Gənclər arasında sürətlə yayılan xəstəlik – SƏBƏB NƏDİR?
Gənc yaşda Parkinson xəstəliyinə tutulma halları artmağa başlayıb.
Nevroloq, Dr. Gülten Özdemir yaşlılıqda daha çox rast gəlinən Parkinsonun artıq gəncləri hədəf almasının səbəblərindən danışıb.
"Bəzi tədqiqatlar göstərir ki, quyu suyu, insektisidlər, qurğuşun və civə kimi ekoloji toksiklərə məruz qalmaq bu halların artmasında rol oynaya bilər", - deyə həkim bildirib.
Nevroloqun sözlərinə görə, beyin hüceyrələrinə təsir edən Parkinson xəstəliyi adətən 60 yaşdan yuxarı insanlarda müşahidə edilirdi, lakin son illərdə xəstəliyə 40 yaşın altındakı insanlarda da rast gəlinir.
"Parkinson Alzheimerdən sonra ikinci ən çox görülən nevroloji xəstəlikdir. Son illərdə hətta 20-30 yaşlarında olan insanlar da Parkinsonla üzləşə bilir", - deyə G.Özdemir qeyd edib.
Nevroloq Parkinson xəstəliyinin əlamətləri haqqında məlumat verib:
"Beynin müəyyən anatomik bölgələrində dopamin ifraz edən hüceyrələrin degenerasiyası və itkisi nəticəsində Parkinson xəstəliyinin simptomları baş verir. Degenerasiyanın dəqiq səbəbi məlum deyil. Alimlər ispan qripindən sonrakı illərdə Parkinson xəstəliyinə yoluxma hallarının artıb-artmadığını və eyni artımın koronavirusdan sonra müşahidə olunub-olunmadığını araşdırırlar".
Həkimin sözlərinə görə, xəstələrin 25 faizində titrəmə olmur.
"Hər titrəmə Parkinson xəstəliyi ilə əlaqəli deyil. Ancaq Parkinson xəstəliyinə diaqnoz qoyarkən xəstənin hərəkətlərinin yavaşlamasını nəzərə almaq vacibdir. Parkinson xəstələrinin gündəlik həyatlarını aktiv şəkildə davam etdirə bilmələri üçün velosiped, yoqa, üzgüçülük, pilates, gəzinti kimi fərdi fizioterapiya proqramları və məşqlər çox əhəmiyyətlidir. Xəstəliyin müalicəsinin məqsədi simptomları azaltmaq və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaqdır.
Xəstənin yaşı, xəstəliyin mərhələsi, istifadə olunan dərmanların əks təsirləri müalicə prinsipini müəyyən edən amillərdir. Əsas müalicə azalmış dopamin səviyyəsini artırmaqdır. Xüsusilə dərmana ilkin mərhələdə, yəni dopamin anbarları tükənməzdən əvvəl başlamaq vacibdir".
Nevroloq vurğulayıb ki, xəstəliyin gedişində depressiya və demans kimi əlamətlər də yarana bilər.
"Xəstələr yaxından izlənilməli və şikayətləri olduqda müvafiq müalicə təyin edilməlidir. Əgər Parkinson diaqnozu qoyulan xəstə dərman müalicəsinə adekvat reaksiya vermirsə və dərmanla əlaqəli əks təsirlər yaşayırsa, o zaman Dərin Beyin Stimulyasiyası tətbiq olunur".//Medicina.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 318 "Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər
Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur
13.09.2026 284 Hansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 243 Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər
Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər
06.09.2026 490 Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus
13.09.2026 517 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 270 İnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 468 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 392 Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ
Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin
20.09.2026 193