Bakıda zavodda DƏHŞƏT: Faciəvi şəkildə həlak olanlarla bağlı araşdırma başlandı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun beş əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
20:29
Bakıda zavodda beş nəfər qazdan zəhərlənərək ölüb, ikisi xəstəxanaya yerləşdiriib.
Bu barədə BiG.AZ-a TƏBİB-dən bildirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.
Hadisə yerinə dərhal doqquz təcili tibbi yardım briqadası yönləndirilib.
Beş nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən iki nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
20:09
Bu gün saat 17:00-da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun beş əməkdaşı qazdan zəhərlənib.
BiG.AZ xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Qeyd olunub ki, üzən tərsanədə işləyən dörd işçidən səs gəlmədiyini görən növbədə duran Namik Əli oğlu Yolçuyev həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən beş nəfərin –Tural Şabəddin oğlu Səfərəliyev, Orxan Zaur oğlu Şahbazov, Namik Əli oğlu Yolçuyev, Teyyub Eyyub oğlu Ağayev, Samid Abdulvahab oğlu Məmmədovun meyiti çıxarılıb.
Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2682 Tarix: 03 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumunu həyata keçirib
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynaya son dövrlərin ən genişmiqyaslı hücumlarından birini həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə, 450-dən çox zərbə dron və təxminən 30 müxtəlif növ raketlərl
13.12.2025 158 Cari ildə iki milyard sərnişin, 217.9 milyon ton yük daşınıb
2025-ci ilin yanvar-noyabr ayları ərzində yükdaşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz, sərnişindaşımaları isə 5.6 faiz artıb. Hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən ümumilikdə 217.9 milyon ton yük daşınıb. rəsmi statistikaya istinadə
13.12.2025 123 Sabah Bakıya sulu qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın14-ü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanı
13.12.2025 277 Zelenski: Belarus həbsdə olan beş Ukrayna vətəndaşını azad edib
Belarus Ukraynanın beş vətəndaşını azad edib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bildirib. "Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Belarusda olan mülki şəxslərin azad edilməsi üçün xüsusi tədbirin hazırlanmas
13.12.2025 100 Səidə Haqverdiyeva vəzifədən azad olundu
Azərbaycan Dövlət Kukla Teatrında kadr dəyişikliyi baş verib. xəbər verir ki, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva tutduğu vəzifədən ayrılıb. O, bu barədə özü məlumat verib. Bildirilib ki, S.Haqverdiyeva işdən öz ərizəsi əsasında azad olunub
13.12.2025 175 Məşhur serialda "Tərəkəmə" oynadılar - Video
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərəkəmə" səsləndirilib. "Qafqazinfo" xəbər verir ki, bu, sosial şəbəkələrdə azərbaycanlılar tərəfindən maraqla qarşılanıb. Belə ki, həmin səhnədə ekran işinin əsas obrazlarından olan və serialda qardaş kimi təqdim edilə
13.12.2025 230 Ərdoğan Putinlə görüşündən danışdı: "Dedi ki, sözümə əməl edəcəyəm"
"Putinlə ikitərəfli münasibətlər, Ukraynadakı müharibə və regional məsələlər barədə fikir mübadiləsi apardıq". "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri Aşqabadda keçirilən Beynəlxalq sülh və təhlükəsizlik forumunda
13.12.2025 168 Doğum sayı azalıb
2025-ci ilin on ayı ərzində ölkədə 80 802 doğulan körpə doğumu, 49 846 isə ölüm halı qeydə alınıb. Axşam.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə doğum halı azalaraq 10,1-dən 9,5-ə düşüb
13.12.2025 122 DİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"
Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh
13.12.2025 137