İlham Əliyev "Euronews"a müsahibə verib

İlham Əliyev "Euronews"a müsahibə veribAzərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı "Euronews" telekanalına müsahibə verib.

"Qafqazinfo" müsahibəni təqdim edir:

Müxbir: Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?

Prezident İlham Əliyev: Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.

Müxbir: Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?

Prezident İlham Əliyev: Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.

Müxbir: COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?

Prezident İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə "siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız" deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınıza görə çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

İlham Əliyev "Euronews"a müsahibə verib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 392   Tarix: 23 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İsmayıllıda kişi özünü elektrik naqili ilə asdı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində qeydə alınıb. Kənd sakini Sergey İvanoviç Smagin yaşadığı evdə elektrik naqili ilə özünü asıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır

22.06.2024 163
.

Bu gün 32 dərəcə isti olacaq

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. G.Məmmədova deyib ki, bu gün səhər saatlarında Bakıda və Abşero

22.06.2024 236
.

Lənkəran Dövlət Dram Teatrına direktor təyin olunub

Lənkəran Dövlət Dram Teatrına direktor təyin olunub. "Report"un Cənub bürosunun məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Lənkəran Dövlət Dram Teatrına Əməkdar mədəniyyət işçisi, ixtisasca rejissor olan Laləzar Ramil qızı Hüseynova direktor təyin olunub. Qeyd edə

22.06.2024 172
.

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib

İranda tanınmış hüquq müdafiəçisi və jurnalist, məhbus Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı Nərgiz Məhəmmədi iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək. "Report" xəbər verir ki, məlumatı "İraninternational" yayıb. İranda Evin həbsxanada saxlanıla

22.06.2024 101
.

Füzulidə üç tondan artıq yabanı çətənə bitkisi məhv edilib

Füzulidə üç tondan artıq yabanı çətənə bitkisi məhv edilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbi

22.06.2024 120
.

Bollivud aktrisasına ədəbsiz mesaj göndərdi, sevgilisi onu xüsusi amansızlıqla qətlə yetirdi

Hindistanlı məşhur aktyor Darşan Thqudipa və həmkarı olan sevgilisi Pavitra Qovda qəddar şəkildə adam öldürmədə ittiham olunaraq həbs ediliblər. İddiaya görə öldürülən Renuka Svami adlı şəxs aktrisanın pərəstişkarı olub və onu hər yerdə izləyib. Qovdanın Darşanla münasibətlərini açıq-aşkar şəkildə etira

22.06.2024 272
.

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 20 uşağı himayədar ailələrə verib. Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 5-i oğlan, 15-i qızdır. Qeyd olunub ki, nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayəda

22.06.2024 124
.

Küləyin sürəti güclənib - Faktiki hava

Saat 23:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında

21.06.2024 496
.

Livanda HƏMAS-ın liderlərindən biri öldürülüb

Livanda HƏMAS və "Əl-Cəmaə əl-İslamiyyə" qruplaşmasının liderlərindən biri Ayman Qatma İsrail Müdafiə Ordusunun hava hücumu nəticəsində zərərsizləşdirilib. "Report" xəbər verir ki, bu barədə "The Times of Israel" ordudakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə

22.06.2024 122