Gənclər niyə gec evlənməyə üstünlük verirlər?

Gənclər niyə gec evlənməyə üstünlük verirlər?Əvvəlki illərə nisbətən insanlar tez evlənmək yerinə gec evlənirlər. Gənclər 23-24 yaşda deyil, daha gec yaşda evlənməyə üstünlük verirlər. Gec evlənən ailələrdə çox uşağa meyilin az olması əhalinin artım tempinə ziyan vurur. Beynəlxalq təşkilatların birinin hesabatlarına əsasən, ölkəmizdə 2 100-cü ildə əhalinin sayı on milyondan, səkkiz milyona düşə bilər. Bəs qızlar və oğlanlar evlənməkdən niyə qaçırlar?

Mövzu ilə bağlı BiG.AZ-A sosioloq Mətanət Məmmədova açıqlama verib.
Gənclər niyə gec evlənməyə üstünlük verirlər?Sosioloq bildirib ki, bu gün gənclər evlənməyə qətiyyən meyilli deyillər. Bunun da bir çox səbəbləri var. Kimi bunu işsiz olması, kimi evinin olmaması, kimi də qız tapa bilməməsi ilə əlaqələndirir. Məsələyə uyğun prizmadan baxdıqda hər üç səbəbin əsaslı olduğunu görmək olur.

"Bu gün ölkəmizdə əksər gənc işsizdir. Baxmayaraq ki, universitet bitirib ali təhsil alıblar, müvafiq qurumlara işə düzəlmək üçün imtahanın birinci mərhələsindən keçir, lakin yüksək bal toplamalarına baxmayaraq ikinci mərhələdən keçə bilmirlər. Ölkəmizdə gənclərin işə düzəlməsinə müxtəlif nazirlik və komitələr tərəfindən əngəllər yaradılırsa, bax, bu, aydınlaşdırılmalı, tədbirlər görülməlidir ki, belə soyuq münasibətə son qoyulsun. Dövlət gənclər üçün hərtərəfli şərait yaradıbsa, buna mane olanlar ciddi şəkildə cəzalandırılmalıdır.
İşləyən gənclərdən bəziləri isə hələlik karyera qurmaq, iş həyatında irəliləməyi ailə qurmaqdan vacib hesab edirlər. Lakin bu, əsla doğru olmayan məsələdir. Bunun üçün valideynlərin üzərinə məsuliyyət düşür. Çünki onlar övladlarına ailənin nə qədər əhəmiyyətli bir məsələ olduğunu, bunu müəyyən yaş dövründə gerçəkləşdirməyi tövsiyə etməlidirlər.
İkinci səbəb gənclərin ev təminatının olmamasıdır. Bu, həqiqətən də tutarlı səbəbdir. Ailə quran şəxs harada yaşamalıdır? Bu, artıq gənclərimizdə bir xofa çevrilib. Burada da işsizlik problemi özünü göstərir. Təbii ki, işləyən şəxs zamanla ev sahibi də ola bilir. Digər tərəfdən isə işləyən gənclər də ev almaq məsələsində problemlərlə üzləşir. Çünki ipoteka kreditindən hər kəs yararlana bilmir. Bunun üçün müəyyən üstünlüklərə malik olmalısan, faizlər çox yüksəkdir. Bu faizlər bir gəncin aylıq qazancını çox üstələyir.
Ailə qurmamağın üçüncü tərəfi isə həm qızlara, həm də oğlanlara aiddir. Oğlanlar iddia edilər ki, yaxşı qız tapmırıq, qızlar da əksinə, iddia edirlər ki, yaxşı oğlan tapa bilmirik. Bu da müasir texnologiyaların həyatımıza daxil olması ilə başımıza gələn bəladır.
Oğlanlar istəyir ki, ailə qurduqları qız bəzi sosial şəbəkələrdə olmasın. Qızlar isə bunu qəbul etmir. Qızlarda isə oğlanlara qarşı inam hissi zəifləyib. Onlar düşünürlər ki, bu oğlan məndən əvvəl sosial şəbəkələrdə çoxsaylı qızla tanış olub, onlarla sevgili olub. Bəzən oğlanlar da eynilə. Elə bir dövr yaranıb ki, gənclərin bir-birinə qarşı inamı itib. Gərəkdir ki, ya qonşuluqda, iş yerində, ya təhsil aldığın müəssisədə gözün qarşısında olan və tanıdığın qızla, oğlanla evlənmək barədə düşünəsən. Bu da hər zaman mümkün olmur. Beləliklə də gənclər ailə qurmağı ertələməyə üstünlük verirlər.
İndiki dövrdə ailələrdə uşaq sayları azalıb. Bu, gec ailə quranlarda deyil, ümumiyyətlə, bugünkü cəmiyyətimizin bəlasıdır. Gec, ya tez ailə quranların hər biri bir və iki uşaqdan artıq istəmirlər. Bu da Avropaya meyilli olmağımızdan, onlardan lazımsız olanları əxz etməyimizdən irəli gəlir. Hansı ki, Avropa bizdə olan ən gözəl ənənələri mənimsəyib. Lakin biz onlardan keçmişimizi, adət-ənənələrimizi məhv edən "dəyərləri" götürüb həyatımıza tətbiq etmişik.
Düşünürəm ki, bizdə bu sahədə maarifləndirmə işləri çox zəif təşkil olunub. Televiziya məkanı heç kimə lazım olmayan, lüzumsuz, əttökən verilişlər əvəzinə, bax bu mövzulara üstünlük verməlidir. Lakin biz bütün bunların əksini görürük. Televiziya kanallarımızda ailəsi dağılanları səbəbi müəyyənləşmədən müdafiə edirlər, adət-ənənələrimizə, ailə dəyərlərimizə zidd olanlar belə verilişlərin mövzusu olur.
Düşünürəm ki, həm ailədə, həm cəmiyyətdə yalnız maarifləndirmə ilə hər gün bir az da qloballaşan bu problemi aradan qaldıra bilərik. Bu, hər kəsi narahat etməlidir. Çünki bütün bunlar xalqın gələcəyinə, ailə institutumuza, milli dəyərlərimizə birbaşa təsir edən məsələlərdir".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1249   Tarix: 21 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 191
.

Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

14:10 199
.

Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır

Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu

14:38 179
.

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. BİG.AZ -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiy

10:26 238
.

Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar

Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında

19:45 2
.

Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas

11:06 203
.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 258
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

16:36 115
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 270
.