Azərbaycanda boşanmaların əsas səbəbləri AÇIQLANDI
Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) "Müasir Azərbaycan ailəsi" mövzusunda hazırladığı analitik - hesabatda qeyd olunub.
İkinci amil kimi isə ailədaxili şiddət, zorakılıq problemi (27,3%) qeyd olunub. "Deviant" hesab olunan davranışların, yəni "ağır" səbəblərin boşanma qərarını legitimləşdirən hallar kimi ən çox seçilməsi boşanma statistikasındakı artıma baxmayaraq, ailə münasibətlərinin insanlar üçün əhəmiyyəti ilə əlaqəlidir.
Növbəti pillələrdə xarakter uyğunsuzluğu (16,4%) və nikahdankənar münasibət (16,4%) cavabları yer alıb.
Demoqrafik göstəricilərə görə bölgüdə bir sıra əhəmiyyətli fərqlər üzə çıxıb. Boşanmanı legitimləşdirən hal kimi ailədaxili şiddət və zorakılığı göstərənlər arasında qadınlar kişilərdən daha çoxdur. Belə ki, qadınların 33,8%-i, kişilərin 20,6%-i belə cavab verib. Bu, zorakılığa həssaslıqda ciddi gender fərqlərinin olmasını nümayiş etdirir.
Digər mühüm məqam ailədaxili şiddətin qavranılmasında yaş fərqlərinin olmasıdır. Belə ki, bu amilə həssas yanaşanlar daha çox cavan nəslə aid respondentlərdir. Yaşı 35-ə qədər olanların 34%-i, yaşı 55-dən çox olanların yalnız 20%-i bu cavabı seçib.
Narkomaniya və alkoqolizmə həssaslıqda yaş qrupları arasında statistik əhəmiyyətli fərq qeydə alınmayıb. Şəhər əhalisi arasında narkomaniya və alkoqolizmi, ailədaxili şiddəti boşanmanı legitimləşdirən hal kimi göstərənlər daha çoxdur. Kənd yerlərindən olan respondentlər arasında xarakter uyğunsuzluğu və digər qohumların ailəyə müdaxiləsini seçənlər o biri qruplara nisbətən üstünlük təşkil edir. Ailəni hər bir halda qoruyub saxlamaq lazımdır deyənlər də, daha çox kənd tipli yaşayış yerlərindən olan respondentlər arasındadır.
Bundan başqa, keçirilən sorğu nəticəsində ailəni boşanma qərarından saxlayan ən əsas səbəb kimi azyaşlı uşaqların olması (53,9%) göstərilib. Bu, Azərbaycan ailəsinin övlad mərkəzçiliyinin təzahürü hesab oluna bilər. Bu yanaşmaya görə, ailədə uşaqların tələbatları, onların fiziki, emosional inkişafı ön plana çəkilir, ailədəki digər məsələlər, hətta ər-arvad münasibətlərindəki narazılıqlar ikinci dərəcəli yer tutur. Qeyd edək ki, kişi respondentlərin 48,7%-i, qadınların isə 59,0%-i bu cavabı seçiblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 831 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 247 Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22.10.2026 190 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22.10.2026 307 "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 207 Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
22.10.2026 288 2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 198 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI
Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl
22.10.2026 313 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213