"Prezident İlham Əliyev Şuşada növbəti dəfə həm Ermənistana, həm də onun havadarlarına ciddi mesajlar verdi"
"Şuşada yeni tarix başlayır. Artıq Şuşa ilk sakinlərini qəbul etdi. Şuşa sakinləri öz doğma yurd yuvalarında xoşbəxt, firavan yaşayacaqlar. Bu günü biz uzun illər gözlədik və nəhayət arzumuza çatdıq.2020-ci ildən başlayaraq Azərbaycan qələbəsini təmin etdi və biz 2023-cü ildə suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa etdik. Artıq bu gün Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar gedir. Bu uzun müddətdir ki, Azərbaycan tərəfindən irəli sürülən bir təşəbbüs idi. Ancaq bu təşəbbüsün gerçəkləşməsinə mane olan dövlətlər var idi. Cənab prezidentin də söylədiyi kimi bu Fransa və ABŞ idi. Onlar çox çalışırdı ki, bu görüşlər onların vasitəçiliyi ilə həyata keçsin.Bu dövlətlərin bizim bölgəmizdə maraqları var və onlar vasitəçilikləri hesabına maraqlarını əldə etməyə çalışırlar.Cənab prezidentin toxunduğu önəmli məsələlərdən biri də ATƏT-in 30 ilə yaxın fəaliyyəti idi. Prezident bu məsələyə çox dəqiq və konkret fikir bildirdi. Bu 30 il ərzində onlar çalışdılar ki, danışıqlar baş tutmasın, işğal olunmuş torpaqlar Ermənistanda da qalsın. Bizə söyləyirdilər ki, siz müharibə edə bilməzsiniz, siz işğalla barışmalısınız".
Bu sözləri BiG.AZA-A deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan səbirlə, təmkinlə bu danışıqları apardı, gözlədi və nəhayətində cənab prezidentimizin müdrik, uzaqgörən siyasəti, şanlı ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad edildi.
"Cənab prezidentin də söylədiyi kimi, Ermənistan sülh istəmirdi. Ermənistan və onun havadarlarının məqsədi torpaqların onlarda qalmasına nail olmaq idi. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər.
Bu gün Azərbaycanla təhdid dilində danışmağa cəhd edirlər. Şuşadakı görüşdə prezidentin nitqindəki müharibə ilə bağlı sərt ritorika əslində bir mesaj idi. Ermənistan sülhü pozarsa, biz məsələni müharibə yolu ilə həll edəcəyik deyə - bu Ermənistandakı revanşistlərə ünvanlanmış bir mesaj idi və bir də hesab edirəm ki, bu mesaj bəzi qərb dövlətlərinə idi.
Bu gün Ermənistan hakimiyyəti anlayır ki, 2020-ci ildən bu yana hansı yola əl atdılarsa, nəticə onlar üçün xoşagələn olmadı və ona görə də onlar sülh danışıqlarını hazırda davam etdirir. Lakin bu gün hakimiyyətin istefasını istəyən aksiyaçıların arxasında dayanan onların havadarları hələ də bilə-bilə ki, Azərbaycan Ermənistandan nə qədər üstündür, yenə də Ermənistanı sülhə davam etməkdən çəkindirməyə çalışırlar. Kənar vasitəçilər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək vermək əvəzinə, daha çox öz geopolitik maraqlarını reallaşdırmağa çalışırlar.
Artıq təşəbbüs bizim əlimizdədir. Bütün proses Prezident İlham Əliyevin irəli sürdüyü şərtlərlə və qaydalarla gedir. Erməni tərəfi bilməlidir ki, əgər bizim şərtlərlə, qoyduğumuz qaydalarla davranmasalar, Azərbaycan Ordusu hazır bir şəkildə gözləyir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 592 Tarix: 15 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 247 Dünyanın xəstəlik xəritəsi dəyişir - Mütəxəssislər təhlükəyə diqqət çəkirlər
İqlim dəyişikliyi yalnız temperatur və yağıntı rejimlərinə deyil, xəstəliklərin dünyada yayılma coğrafiyasına da təsir göstərir. Daha mülayim qışlar və yüksələn temperatur ağcaqanad və gənə kimi xəstəlik daşıyan canlıların yeni ərazilərə yayılması üçün əlverişli şərait yarada bilər. Yeni araşdırma 2050-c
22.10.2026 190 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22.10.2026 307 "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 207 Əmək müqaviləsinə dəyişiklik hansı qaydada rəsmiləşdirilməlidir?
Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmadıqda, əmək müqaviləsini
22.10.2026 288 2030-cu ildə gənc qadınların 45 faizi subay və uşaqsız olacaq - TƏHLÜKƏLİ PROQNOZ
2030-cu ilə qədər 25-44 yaş arası qadınların təxminən 45%-i subay və uşaqsız olacaq. Bizim.Media xəbər verir ki, bu beynəlxalq investisiya bankı "Morgan Stanley"in proqnozlarında öz əksini tapıb. Məqalədə bildirilib ki, getdikcə daha çox qadın ali təhsil alır, karyera qurur və ailə həyatı qurmağı
22.10.2026 198 Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
22.10.2026 249 Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI
Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl
22.10.2026 313 Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır
"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti
22.10.2026 213