Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis bazar ertəsi Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi "yol xəritəsi"ni müəyyənləşdirəcək, ticarət dövriyyəsinin artım perspektivlərini, Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
"Report"un məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti xəbər yayıb.
Miçotakis Türkiyə Prezidentinin 2023-cü ilin dekabrında Afinaya səfərinə cavab olaraq mayın 13-də Ankaraya səfər edəcək.
Qəzetin yazdığına görə, Ərdoğan və Miçotakis arasında keçiriləcək görüşdə gündəm iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə, eləcə də humanitar əlaqələr kimi müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi olacaq.
"İki ölkə arasında 6 milyard dollar civarında olan ticarət həcminin 10 milyard dollara çatdırılması üçün atılacaq addımlar qiymətləndiriləcək. Ərdoğan, həmçinin Miçotakisə Türkiyənin regional və beynəlxalq hadisələrə, xüsusən Fələstin-İsrail münaqişəsinə dair fikirlərini və diplomatiyasını açıqlamaq niyyətindədir", - nəşr yazıb.
Tərəflər arasında səhiyyə və tibb elmləri, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 758 Tarix: 12 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949