Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKT

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKTÖlkəmizdə qanunsuz şans oyunları qadağan olunsa da, müxtəlif yollarla belə qeyri-rəsmi provayderlər vətəndaşları aldatmağa davam edir. Dəfələrlə qanunsuz şans oyunları ilə bağlı çağırışlar edilsə də, bəzi oyunçular buna məhəl qoymur, bir gün aldadılma riskinin olduğunu, pullarını itirəcəyini və geri qaytara bilməyəcəyini unudurlar. Amma tez-tez belə qanunsuz şans oyunlarında başlarına gələn dələduzluq hallarını paylaşan oyunçular da var.

Bu yaxınlarda qanunsuz şans oyunu təşkil edən Pin-UP saytı vətəndaşın içində 3500 manat olan hesabını bağlayıb. Bu barədə "Jude Bellingham" adlı istifadəçi sosial şəbəkədə paylaşım edim:

"Pin-UP saytı hesabımı bağlayıb, içində 3500 AZN pul var idi, səbəbsiz yerə yazıblar ki, guya bonsuzdan xeyir güdürəm. Hesabda 1500 AZN var idi Arsenal-Bortnum oyununda 1500 Arsenalın 3 topu qoyulub, ondan sonra Bayern Shutgart taym üst oynanılıb və hesabı səbəbsiz yerə bağlayıblar. 5 gündür oradan pul çıxara bilmirdim.

Yalandan deyirdilər sistemdə problemlər var, çatda yazıram ki, bəs bonusdan oynamamışam, əsas hesabdan Avropanın əsas linqlərinə qoyulu pul.

Yazırlar ki, hesabınızı birdəfəlik bağlanılıb. Heç bir səbəb gətirilmədən, hesabımı bağlamamışdan öncə çatda yazdım, təzədən üz tanıma linki atdılar, oradan da keçirildi, uğurlu oldu. 10 dəqiqə sonra hesab bağlandı, oynamayın bu saytda".

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKTSözügedən statusa şərh yazan çox sayda istifadəçi də oxşar hadisənin onların da başlarına gəldiyini və belə qanunsuz şans oyunlarına inanmadıqlarını bildiriblər.

Həsən Qafarzadə adlı vətəndaş yazır: "Mənim də orada 1200 AZN var idi. Çıxarış etmək istədim, vermədiler. 100 dənə səbəb gətirib sonra hesabı bağladılar".

Elman Bayramov adlı istifadəçi yazır: "Mənim uduşum 7200 manat idi, ondan cəmi 100 manat çıxara bildim. Nə etdimsə, qalanını çıxara bilmədim".

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKTİctimaiyyətdə narazılıq yaradan məsələnin ciddiyyətini nəzərə alan tanınmış jurnalistlər və bloqerlər də bir daha vətəndaşları bu cür qanunsuz şans oyunlarından uzaq durmağa səsləyiblər.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev də jurnalistin statusuna şərh yazaraq belə reaksiya verib:

"Hər gün bununla və digər onlayn dələduzluq halları ilə bağlı polisə çoxsaylı müraciətlər daxil olur. Elə vətəndaşlar var ki, dəfələrlə xaricdən idarə olunan resurslarda dələduzluğa məruz qalıb, ancaq yenə də bu kimi saxta oyunlarda iştirakdan çəkinmir. Təbliğat belə şəxsləri öyrətməkdə, inandırmaqda aciz qalıb".

Qanunsuz şans oyunlarında növbəti dələduzluq — FOTOFAKTBu hal nə birinci, nə də axırıncıdır. Mütəmadi olaraq qanunsuz şans oyunlarında yaşanan belə fırıldaqçılıq faktlarının şahidi olmuşuq. Heç bir mənbəyi bilinməyən belə qanunsuz şans oyunlarının saxtakarlıqlarına məruz qalmamaq üçün bu faktları gözardı etməyin. Çünki həm qoyduğunuz pulu itirə, həm də İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə görə qanunsuz şans oyununda iştiraka görə 3 000 manat məbləğində cərimə edilə bilərsiniz. Belə hallarla üzləşməmək üçün bəxtinizi və pulunuzu yalnız qanuni şans oyunlarına etibar edin.

Demokrat.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 11 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

22.10.2026 256
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 224
.

Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA

Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol

22.10.2026 239
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

22.10.2026 280
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

22.10.2026 328
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 303
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

22.10.2026 303
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22.10.2026 252
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 247
.