QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLAR
Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçrilib.
Manset.az xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov iclasın əlamətdar tarixə - Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini bildirib.
Professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının aparat rəhbəri Qalib Qasımov Böyük Qarakilsə rayonunun sakinlərini salamlayıb. O, İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.
Ölkəmizin Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri olmuş Qaley Allahverdiyev diqqətə çatdırıb ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgi və sayğı ilə anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək.
Sonra Hallavar kənd icmasının sədri, Hüquq üzrə fəlsəfə doktoru Əli Eyvazov, Arcut kənd icmasının sədr müavini, Tibb üzrə fəlsəfə doktoru, məşhur kardioloq Akif Nəsibovun, Heydərli kənd icmasının sədr müavini Hümbət Tanrıverdiyevin, Qarakilsə icmasının sədri İsaxan Maçanovun, Almalı kənd icmasının sədri Sabir Əhmədovun, Gözəldərə İcmasının sədri Şakir Muradovun, Dızman kənd icmasının sədri Bayram Əhmədovun və rayonun gənclərlə iş üzrə koordinatoru Famil Fərhadoğlunun hesabatları dinlənilib. Rayonun ictimaiyyət nümayəndələri və ziyalıları görülən işlər barədə məlumatlandırılıb.
Görülən işlər qənaətbəxş hesab edilib. Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov rayon sakinlərini Qayıdış konsepsiyasına aktiv dəstək olmaya çağırıb.
Tədbirin yekununda Böyük Qarakilsə rayon sakinlərinə Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.





















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 684 Tarix: 11 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik
"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana
22.10.2026 328 Səudiyyə Ərəbistanına hücum: Misirdən SƏRT REAKSİYA
Misirin Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd hava limanına çərşənbə günü edilən hücumu pisləyib. Hadisə nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin bəyanatında Səudiyy
22.10.2026 280 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
22.10.2026 261 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22.10.2026 300 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22.10.2026 307 Kosmosdan görünən dairələr: Səhranın ortasındakı nəhəng sirr açıldı
Səhranın dərinliklərində, Mavritaniyanın ərazisində yerləşən heyrətamiz təbii obyekt alimlərin diqqətini uzun illərdir cəlb edir. Rişat strukturu (və ya Rişat krateri) kimi tanınan bu geoloji quruluş qərbli geoloqlara ən azı 1930-cu illərdən, fransız coğrafiyaşünaslarının onu ilk dəfə xəritəyə salmasında
22.10.2026 162 Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA
Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol
22.10.2026 239 Kəndlilər yırtıcılarla üz-üzə qalarsa, nə etməlidir?
Son vaxtlar vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşması və insanlara hücum etməsi narahatlıq yaradır. APA TV-yə istinadən xəbər verir ki, Qusarın İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində təsərrüfata ziyan dəyib, üç nəfər xəsarət alıb. Zooloq Elşad Əsgərov və ekoloq Amin Məmmədo
22.10.2026 231 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 189