Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMA

Hansı rayonlarda mənzillərin qiymətində UCUZLAŞMA OLACAQ? - AÇIQLAMABildiyimiz kimi, Bakı və bir sıra ətraf ərazilərdə mənzillər kütləvi şəkildə satışa çıxarılır və ucuzlaşma prosesi gedir. Yay aylarının sonlarında, tələbələr paytaxta axın etdiyi üçün bu dönəmlərdə kirayə mənzil bazarında qiymətlər əl yandırır. Lakin yay aylarına doğru bu tendensiya dəyişir. İlin bu vaxtında vətəndaşlar tətilə istirahət üçün rayonlara və turizm zonalarına üstünlük verirlər. Bu bölgələrdə, xüsusilə turizmin aktiv olduğu regionlarda kirayə mənzillər, fərdi yaşayış evləri baha olur. Bəs bu il Bakı və regionlarda mənzil bazarında qiymətlərdə hansı dəyişikliklər olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, hər ilin bu dövründə mənzil bazarında hazırlıq dövrü gedir:

"Əslində hər ilin bu vaxtında mövsümü kirayə verilən fərdi evlərin, mənzillərin, yaşayış fondlarının hazırlıq dövrüdür. Həmişə bu dövrlərdə qiymətlər nisbətən yuxarı olur. Ərazi üzrə verilən kirayə evlər ilə digər şəxslər artıq maraqlanır. Tələbatın necə olacağını öyrənməyə çalışırlar. Ona uyğun isə vətəndaşlar öz qiymətlərini tənzimləyirlər. Hələlik bu barədə danışmaq tezdir. Yalnız demək olar ki, nisbətən turizm aktivliyi gözlənilir. Eyni zamanda hər il bu fondda artım müşahidə olunur. Yəni təklif olunan əmlakların sayı ilbəil çoxalır. Turizm zonalarında daha çox aktiv artım var. Hazırlıq dövrü getdiyi üçün Bakı və turizm zonalarında mövcud qiymətlər bağlı erkən məlumat vermək çətindir".

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, yay aylarında mənzillərin qiymətlərində həm düşmələr olur, həm də stabil qalır:

"Adətən biz müşahidə edirik ki, yay aylarında mənzillərin qiymətlərində həm düşmə, həm də stabil qalır. Keçən il biz bunu müşahidə etmədik. Keçən ay ümumiyyətlə mənzillərin qiymətlərində artımlar oldu. İlin əvvəlindən etibarən qiymətlər stabildir. Hər hansı bir bahalaşma müşahidə edilmir. Keçən 25-30 faiz artım olduğu üçün hələ də o qiymətlər stabil olaraq qalır. Keçən ilki qiymətlərdir və hələ də qalır. Qiymətlər yüskək olduğu üçün bazarda alıcı azdır. Yüksək qiymətləri almaq istəyən alıcı yoxdur. Təbii ki, 100-120 min otaqlı mənzil bir alıcı gücündə deyil. Bu səbəbdən bu gün bazarda alıcı durğunluğu var. Yay aylarında 10 faizə qədər azalma gözləyirik. Satıcılar isə hələ də qiymətləri salmaq istəmirlər. Bu tendensiya hələ də davam edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2600   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

22.10.2026 256
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 224
.

Süni intellekt insanları düşünməkdən uzaqlaşdırır? - ARAŞDIRMA

Süni intellekt gündəlik həyatı asanlaşdırsa da, ondan həddindən artıq istifadə insanın müstəqil düşünmə və məlumatları təhlil etmə bacarıqlarına mənfi təsir göstərə bilər. Araşdırmalar göstərir ki, texnologiyaya həddindən artıq güvənmək insanların öz qərarlarını verməkdə daha az fəal olmasına səbəb ol

22.10.2026 239
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı

22.10.2026 280
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

22.10.2026 328
.

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi

Yaşayış binalarında elektrik sobalarına keçid tələbi qoyulur. APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" sənədində əksini tapıb. Sənədə əsasən, təbii qazla işləyən avadanlıqların elektrikləşdirilməsi çərçivəsində 2035-ci ilədək yaşayı

22.10.2026 303
.

"Həzi Aslanov"dakı təmir yekunlaşdı

Metronun "Həzi Aslanov" stansiyasında dalanın yenidən qurulması işləri yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib. Layihəyə uyğu

22.10.2026 303
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

22.10.2026 252
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 247
.