Qərbi Azərbaycan Xronikası: "KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk, axırınız yoxdur"

Qərbi Azərbaycan Xronikası: "KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk, axırınız yoxdur""Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "KQB-nin rayon üzrə sədri mənə dedi ki, ey türk, axırınız yoxdur..." adlı veriliş Dərəçiçək mahalının Axta rayonunun Təkəli kənd sakini Zahid Həsənovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, orta məktəbdə ermənilərlə birlikdə oxuduğunu, müxtəlif oyunlar oynadıqlarını xatırladıb: "Məktəbdə həm ermənilər, həm də biz oxuyurduq. Biz sayca üstün idik. 100-150 uşaq azərbaycanlı idisə, 10-15 nəfər erməni idi. Uşaqlıq illərimizdə münasibətlərimiz mülayim, yaxşı olub. Yarışlarda həmişə ermənilərə üstün gəlmişik.

Təkəli kəndində 170-ə yaxın evin 20-də ermənilər yaşayırdı. Onlar kəndə 1915-1918-ci illərdə Türkiyədən gətirilib məskunlaşdırılmışdılar. Kənddə camaat tayfa ilə tanınırdı. Günümüz bulaqların başında, meşələrdə gül yığmaqla keçərdi".

Z.Həsənov qaçqınlıq illərindən danışıb: "1988-ci ilin fevral ayı idi. Dövlət Təhlükəsizlik Komitəsinin Axta rayonun üzrə sədri erməni idi. O, qonşumun əmisi oğlu idi. Bir dəfə dedilər ki, səni sədr çağırır. Getdim, mənə dedi ki, ey türk, sizin axırınız yoxdur, çalış uşaqlarını buradan çıxar. Soruşdum niyə? Dedi ki, bu vəziyyəti görmürsənmi, millətin qabağını ala bilməyəcəyik.

Elə səhəri gün bizim kəndə 6 yük maşını gəldi, əşyalar yükləndi və getdi. Biz iyunun 3-4-də kənddən çıxdıq. Bakıya gəldik, Zabratda məskunlaşdıq.

Kəndimizin camaatı 1949-cü ildə yenə deportasiya olub. Saatlı rayonuna gəliblər. İnsanlar istiyə dözə bilməyib. Camaat görüb ki, yaşamaq mümkün deyil, yenidən Qərbi Azərbaycana, Axta rayonuna qayıdıblar. Gedib görüblər ki, kəndləri artıq yoxdur, darmadağın dağıdıblar. İnsanları cəmləşdirib Təkəli kəndinə yığıblar. Babam həmişə söhbət edərdi ki, oralarda türk əsgərləri olub. Sarıqaya deyilən yerdə türklərin topları düzülübmüş. Erməni topların qorxusundan müsəlmana zərər verməyib.

Babam deyərdi ki, Nuru başa bizim kənddən keçib. Cavanları dəvət edib ki, gəlin, Azərbaycana köməyə gedək. Onlar Mərdəkana kimi gəliblər, xalqı azad ediblər. Geri qayıdanda Nuru paşa deyib ki, çocuqlarım, gəlin bizimlə Türkiyəyə gedək. Sizin burada axırınız yoxdur. Babam deyir, biz cavab verdik ki, bəs Vətən, bəs valideynlər? Bu gözəl yeri buraxıb getmək olarmı? Getməyiblər".

Onun sözlərinə görə, doğma yurdu hər gün yuxuda görür: "Mən yenidən o gözəl yerlərə qayıdacağıma əminəm. Üləşik kəndində babalarımın, atamın qəbrini ziyarət edəcəyəm. Oradan doğulduğum Təkəlli kəndinə gedəcəyəm. Buna ümidimiz böyükdür. Ona görə ki, İlham Əliyev kimi Prezidentimiz var. Biz ora mütləq qayıdacağıq, yaşayacağıq".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1122   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

12:41 358
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

22:00 0
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

16:41 241
.

Dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsində hansı maşınlar satılır - SİYAHI

2026-cı ilin yanvar-sentyabr ayları arasında ABŞ-da yeni avtomobil satışları 11.905.288 ədədə çatıb. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azdır. Ekspertlərin fikrincə, ABŞ avtomobil bazarındakı rəqabət getdikcə fərdi modellər arasında fərqli satı

18:45 193
.

Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi

FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını

19:15 182
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 232
.

Coni nadir xəstəlikdən əziyyət çəkir?

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç

20:30 155
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

21:22 106
.

Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco

11:51 245
.