Qəzadan sonra susdurulmaq: "Hər detalı görməyən insan sonra depressiyaya düşür" - MÜSAHİBƏ

Qəzadan sonra susdurulmaq: "Hər detalı görməyən insan sonra depressiyaya düşür" - MÜSAHİBƏ"Avtoqəza baş verən yerdə hər detalı görməyən insanlar sonradan dəhşətli natamamlıq yaşayırlar. Nəticədə onlar suallarına cavab tapa bilmirlər və bu da gətirib depressiyaya çıxarır".

Bunu Oxu.Az-a müsahibəsində psixoloq Vəfa Rəşidova deyib. Psixoloq günümüzdə getdikcə artan problem - avtoqəzaların insan beynində yaratdığı fəsadlardan danışıb. Qəzalarla bağlı ən üzücü statistika, adətən, bayram tətillərinə təsadüf edir. İstirahətə köklənən insanların ani diqqətsizliyi bir ömür unuda bilməyəcəkləri hadisələrə yol açır. Məsələn, bir öncəki bayram tətili ərzində - martın 20-dən 27-dək respublika ərazisində 39 yol-nəqliyyat hadisəsi baş verib, həmin qəzalarda yeddi nəfər həyatını itirib.

Psixoloqun fikrincə, avtoqəza insan hafizəsində uzun müddət qalan travmalardan hesab olunur:

- Yol-nəqliyyat hadisələri güclü fobiya yarada bilər. İnsan nəinki qəzadan sonra avtomobil idarə etməkdən çəkinir, çox vaxt avtobusa, hətta etibar etdiyi birinin maşınına da əyləşə bilmir. Qəza anını dəfələrlə yada salaraq təkrarlanacağından qorxur. Qəza keçirmiş insanda digərlərinə nisbətən üç-dörd dəfə artıq həyəcan, təşviş pozuntuları yaranır. Həmin şəxs bunu digər insanlara da ötürür və o qorxunu gözündə adiləşdirməyənə kimi bu hal davam edir.

- Bəzən insanlar posttravmatik sindrom yaşadıqlarının fərqində olmurlar. Bəs bu onların hansı hərəkətlərində özünü büruzə verir?

- Həyəcan-təşviş pozuntusu zamanında korreksiya olunmursa, o zaman posttravmatik stres yaşana bilir. Bu zaman insan yol keçərkən qorxur, avtobus, taksi sürücülərinə diqqət edir. Qəzaya düşdüyü andakı sürücünün keyfiyyətləri ilə eyniləşdirir.

- Böyüklər və uşaqlar bu qorxunu eyni cür büruzə verirlər, yoxsa hansısa fərq olur?

- Qorxu hər yaşda qorxudur, lakin buna reaksiyalar fərqlidir. Uşaqlar qorxularını səsli şəkildə ifadə edə bilirlər. Böyüklər isə qorxularını daxillərində basdıra bilirlər və bu daha təhlükəlidir.
- Ağır qəza törədən, yaxud qəza zamanı əzizlərini itirən insanlara ilk məqamlarda necə yardım etmək olar? Hansı sözlər, yaxud hərəkətlər onları dərin depressiyaya düşməkdən xilas edə bilər?

- Qəzadan sonra həmin insanların bağırıb, ağlayıb sakitləşmələrinə şərait yaratmaq lazımdır. Onları susdurmaq, hadisə yerindən uzaqlaşdırmaq məhz posttravmatik stressə yol açan səbəblərdir. Hisslərini yetərincə yaşaya bilməmək dərin depressiyaların yaranmasına və uzunmüddətli olmasına gətirib çıxarır. Hadisə yerində hər detalı görməyən insanlar sonradan dəhşətli natamamlıq yaşayırlar. Nəticədə onlar suallarına cavab tapa bilmirlər və bu da gətirib depressiyaya çıxarır.

- Qəza törədən, qəzaya düşən şəxslərin əksəriyyəti sonradan avtomobil sürməkdən imtina edir, sürücülük vəsiqəsi olmayanlar isə hətta öyrənməyə də cəhd etmirlər. Bunu necə aradan qaldırırlar?

- Qəzadan sonra belə hal yaşandıqda mütləq psixoloji dəstək alınmalıdır. Əks halda insanlar ömürlərinin sonuna qədər qorxu və imtinalarla yaşaya bilirlər.

- Sizcə, avtoqəza hadisələrindən sonra psixoloji dəstək alınmasını məcburi etməyə ehtiyac varmı?

- Bu elə bir mövzudur ki, şəxsin razılığının olması mütləqdir. Əgər terapist və ya ailə üzvləri həmin şəxsi məcbur edirlərsə, bu korreksiya, əlbəttə ki, effektiv olmayacaq. Şəxs yalnız özü bu travmadan qurtulmaq istədikdə sağala bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 805   Tarix: 14 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

12:41 358
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

22:00 0
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

16:41 241
.

Dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsində hansı maşınlar satılır - SİYAHI

2026-cı ilin yanvar-sentyabr ayları arasında ABŞ-da yeni avtomobil satışları 11.905.288 ədədə çatıb. -ın xarici mediaya istinadən xəbərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azdır. Ekspertlərin fikrincə, ABŞ avtomobil bazarındakı rəqabət getdikcə fərdi modellər arasında fərqli satı

18:45 193
.

Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi

FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını

19:15 182
.

Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı

Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların

15:50 232
.

Coni nadir xəstəlikdən əziyyət çəkir?

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç

20:30 155
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

21:22 106
.

Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco

11:51 245
.