Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMAToy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik.

Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonra toy biznesi ciddi böhrandadır. Müşahidələr göstərir ki, xeyli şadlıq sarayları mərasim evlərinə çevrilib, başqa sahələr üzrə icarəyə verilib.

Azərbaycanda toy məclislərinin sayının kəskin şəkildə azaldığını rəsmi statistika da təsdiqləyir. Təkcə son üç ilin statistikasına nəzər salsaq görərik ki, nikaha daxil olanların sayında əhəmiyyətli şəkildə azalma var. Məsələn, ölkədə 2024-cü ilin ilk ayında 3 657 nikah qeydə alınıb. 2023-cü ildə müvafiq olaraq 11 870 nikah bağlanılıb. 2022-ci ilin yanvar-mart aylarında isə 14 606 nikah rəsmiləşdirilib.

Bəs görəsən, toy sənayesi böhrandan çıxa biləcək? Bunun üçün sahibkarlar hansı addımları ata bilərlər? Bu sektora dövlətin hansı dəstəyi ola bilər?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Xərc yükü yaradan toy ənənəsi

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, toy biznesinin böhranda olmasının əsas səbəbi son dövrlərdə nikahların sayının azalmasıdır:

"Eyni zamanda, biz xüsusilə pandemiyadan sonrakı dövrdə gənclərin daha rasional toy məclislərinin təşkilinə üstünlük verdiyini müşahidə edirik. Belə ki, onlar nisbətən daha az dəbdəbəli, əsasən yaxın ətrafları ilə toy etməyə üstünlük verirlər. Nəticə etibarilə, daha çox 2005-ci ildən sonra formalaşan və dəbdəbənin artması ilə müşahidə olunan, artıq xərc yükü yaradan toy ənənəsi mərhələli şəkildə zəifləyəcək".

"İnvestorlar daha effektiv sahələrə yatırım etməlidirlər"

Ekspert hesab edir ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar öz investisiyalarını alternativ istiqamətlərə yönəltməlidirlər:

"Sahibkarlar bu sahədə dəbdəbəni artırmaq istiqamətində investisiyalardan çəkinməlidirlər. Daha optimal sayda tutumu olan sarayların qurulmasına meyilənməlidirlər. Eyni zamanda, infrastrukturu elə dizayn etməlidirlər ki, bu təyinat fərqli istiqamətlərdə də istifadə oluna bilsin. Tutaq ki, həmin obyektlərdən yalnız toy məclisləri üçün deyil, adi günlərdə, kütləvi tədbirlərin, konsertlərin təşkili və sair kimi də istifadə etmək mümkün olsun".

Mütəxəssis dövlətin bu sahəyə dəstəyini vacib saymır. O hesab edir ki, dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr mövcuddur:

"Düzdür, bura da xidmət sektorudur, müəyyən bir dövriyyə yaradır. Amma dövlətin dəstək verməli olduğu kifayət qədər sahələr vardır. Hesab edirəm ki, dövlət daha ağlabatan, ciddi sərmayələri dəstəkləməlidir".

Menyuların tərtibatına yenidən baxmalıdırlar

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev hesab edir ki, şadlıq sarayları menyuların tərtibatına yenidən baxmalıdırlar. Onun fikrincə, toy sənayesində mövcud olan iqtisadi çətinliklər menyuların qiymətinin baha olması ilə bağlıdır:

"Menyulardan lüzumsuz əlavələr çıxarılmalıdır. Şadlıq sarayları toy sahiblərinə menyu seçimi ilə bağlı şərt qoymamalıdırlar. Atəşfəşanlıq, toya dəvət olunan musiqiçilərlə bağlı da qiymətlərə yenidən baxılmalıdır. Çünki bunlar da çox xərc tələb edən istiqamətlərdir".

R.Atakişiyevin qənaətincə, bu sahəyə dövlət tərəfindən dəstək verilməsi gözlənilmir:

"Çünki bu sektor dövlət üçün strateji sahə sayılmır".

"Kim deyir ki, bu sahədə böhrandır?"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə toy sənayesinin böhranda olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, bu gün də şadlıq saraylarında toy etmək üçün aylar öncədən növbəyə yazılmaq lazımdır:

"Kim deyir ki, bu sahədə böhrandır? Təxminən 1-2 ay əvvəl yaxın bir qohumum toyla bağlı şadlıq sarayı axtarırdı. Onlara bildirmişdilər ki, ən yaxşı halda toy tarixini oktyabr, noyabr və dekabr ayına yaza bilərlər. Belə olan halda hansı böhrandan söhbət gedir? Heç bir böhran yoxdur, hamı da işləyir. Sadəcə, məni həm vətəndaş, həm də millət vəkili olaraq toyların dəbdəbəli keçirilməsi narahat edir. Biz bu məsələni bir qədər sadələşdirməliyik. Toy gənclər üçündür, sadə bir ortamda olmalıdır. Amma mən toy xərclərini eşidəndə dəhşətə gəlirəm. Menyular adambaşı təxminən 100 manatdan başlayıb, 500-700 manata kimi dəyişir. Axı bu qədər israfçılıq olmaz".

Bir vaxtlar ayda 20-25 toy, indi isə...

Əvvəllər toy mövsümünü səbirsizliklə gözləyən və yeni mövsümə ciddi şəkildə hazırlıq görən şadlıq saraylarında durğunluqdur. Onlar da bu durğunluğun səbəbinin axtarışındadırlar. Həmsöhbət olduğumuz bəzi şadlıq saraylarının administratorları bildirirlər ki, vəziyyət son iki ildə daha pisləşib. Onların sözlərinə görə, bir vaxtlar ayda 20-25 toy şənliyi təşkil edirdilərsə, indi 4-5 toy tutanda sevinirlər.

Şadlıq saraylarından birindən bildiriblər ki, tələbat əvvəlki illərlə müqayisədə xeyli azalıb:

"Əvvəlki dövrlərlə müqayisədə toy edənlərin sayında ciddi fərq var. Tələbat çox azalıb. Səbəbini özümüz də bilmirik".

Digər şadlıq sarayının administratoru da toyların azlığından gileylənib. Onun sözlərinə görə, toyların sayında təxminən 50 faiz azalma var:

"Qiymətlərimiz də baha deyil. Sadəcə, elə bil ki, toy etmək istəyən yoxdur. Son iki ildə vəziyyət daha da pisləşib".

Daha bir şadlıq sarayından təsdiqləyiblər ki, ötən illərlə müqayisədə toy etmək istəyənlərin sayı ciddi şəkildə azalıb:

"Əvvəllər mövsüm başlayanda bir ayda 12-14 toyumuz olurdu. Amma bu ilin aprel ayına 5-6 toyumuz var. İndi toy edənlər həm də daha yığcam məclislərə üstünlük verirlər. Demək olar ki, artıq 500-600 nəfərlik toy edən yoxdur. İndi müraciətlər 150, maksimum 300 nəfərlik məclislərin təşkili ilə bağlıdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 939   Tarix: 13 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yutub pul qazanmaq şərtlərini sərtləşdirir

Yutub məzmun yaradıcılarının reklam və premium abunə gəlirlərindən pay əldə etməsi üçün tələb olunan baxış hədlərini artırır. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar Yutub Tərəfdaş Proqramına daxil olaraq reklam və Yutub Premium gəlirlərindən pay almaq istəyən yeni yaradıcıları əhatə edəcək

12.08.2026 106
.

"WhatsApp Web" istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

"WhatsApp Web" istifadəçiləri artıq brauzer üzərindən birbaşa səsli və görüntülü zəng edə biləcəklər. xəbər verir ki, bunun üçün ayrıca masaüstü tətbiqini yükləməyə ehtiyac qalmayacaq. Yeni funksiya həm fərdi, həm də qrup zənglərini dəstəkləyir. Zənglər başdan-başa şifrələnəcək və ekran paylaşımı

02.08.2026 242
.

Avqustda MÜTLƏQ ALIN - Sonra tapmayacaqsınız

Yay mövsümünün son ayı olan avqust meyvə və tərəvəz bolluğu ilə seçilir. Məhz bu dövrdə bir çox məhsul süni yetişdirmə üsullarına ehtiyac olmadan, təbii şəraitdə yetişərək bazarlara çıxarılır. Mövsümündə yığılan məhsullar həm daha dadlı, həm də vitamin və mineral baxımından daha zəngin olur. Mütəxəssislə

09.08.2026 508
.

Yayın ən bərəkətli tərəvəzi: Kolundan DƏRDİKCƏ YENİSİ GƏLİR

Xiyarda yüksək məhsuldarlığın sirri təkcə suvarma və gübrələmə deyil. Mütəxəssislər yetişən məhsulların müntəzəm olaraq yığılmasının bitkinin yeni meyvə verməsini dəstəklədiyini bildirirlər. Düzgün yığım üsulu ilə yay boyu bol məhsul əldə etmək mümkündür. xəbər verir ki, xiyar becərilməsində yüksək məhsuldarlı

09.08.2026 291
.

Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?

Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?. xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka

02.08.2026 226
.

Smartfonu uzun müddət qoruyub saxlamağın düzgün yolları AÇIQLANDI

Smartfonu uzun müddət istifadə etmədən saxlayarkən müəyyən qaydalara əməl etmək lazımdır. bildirir ki, bu barədə "BGR" portalı yazıb. Portalın mütəxəssisləri müəyyən səbəblərdən smartfonlarını uzun müddət istifadə etmədən saxlamalı olan şəxslər üçün tövsiyələr siyahısı hazırlayıblar. İlk növbədə

09.08.2026 230
.

Ağcaqanadlardan qorunmağın ən sadə yolu açıqlandı

Ev şəraitində ağcaqanadlardan qorunmaq üçün qablarda və digər yerlərdə yığılan durğun suları vaxtında boşaltmaq lazımdır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, ağcaqanadlar əsasən durğun sularda çoxaldığı üçün evdə və həyətlərd

02.08.2026 509
.

Yuxuda güzgünün sınması nə deməkdir?

Yuxular insanın şüuraltında gizlənən hisslərin, qorxuların, arzuların və gündəlik həyatda yaşadığı hadisələrin fərqli obrazlarla üzə çıxması kimi qəbul edilir. Yuxuda güzgü görmək də maraqlı rəmzlərdən biridir. Güzgü adətən insanın özünə baxışı, daxili dünyası, münasibətləri və həyatında baş verən dəyişikliklərl

09.08.2026 237
.

İlk iş günündə 47 saniyədən sonra QOVULDU

İsveçdə yaşlılara qulluq müəssisəsində işə başlayan əməkdaş ilk iş gününün başlamasından cəmi 47 saniyə sonra işdən çıxarılıb. xəbər verir ki, kişi işə qəbul olunarkən panik atak keçirə biləcəyini rəhbərliyə əvvəlcədən bildirib. Buna baxmayaraq, müəssisə onu işə götürüb. İlk iş günündə həyəcan keçirə

02.08.2026 249
.

TOP MP3