Səhnədə hər şeyə razıyam, bundan başqa - Aktrisa

Səhnədə hər şeyə razıyam, bundan başqa - AktrisaMilli.Az aktrisa Sanura Cəfərovanın Kult.az-a müsahibəsini təqdim edir:

- Sanura xanım, qadın sənətçilərin əksəriyyəti Azərbaycanda aktrisa olmağın çətin olduğunu deyirlər...

- Azərbaycanda ümumən qadın olmağın özü çətindir, o ki qaldı aktrisa olasan. Bir şey asandır ki, məşhur olmaq problemi yoxdur. Sosial şəbəkələr bunu əlverişli edib. Mənimçünsə bu məsələlər xüsusi olaraq çətin olub, o da ailəmə görə. Anam heç vaxt aktrisa olmağımı istəmirdi. Çətinliklərə baxmayaraq, illər sonra mən yenə istədiyim peşə ilə məşğul oldum. Uşaqlıqdan incəsənəti sevmişəm. KVN-də oynamışam.

- Ananız aktrisa olmağınıza niyə icazə vermirdi?

- Nə bilim, istəmirdi. Yəqin, cəmiyyətin reaksiyasına görə.

- Aktrisalar, adətən, intim səhnələrə çəkiləndə müzakirə olunurlar. Məsələn, heç olmasa öpüşmə səhnəsinə çəkilmisiniz?

- Xeyr, olmayıb belə bir səhnəm, amma qınamaq düzgün deyil. Məncə, aktrisa bütün səhnələrə çəkilməyi bacarmalıdır, cəmiyyət bunu normal qəbul etməlidir.

- Öpüşmə təklifi gəlsə necə, qəbul edərsiniz? Cəmiyyətin qınağından qorxmursunuz ki?

- Estetik şəkildə təqdim edən rejissor olsa, öpüşmə səhnəsinə razılaşaram. Amma bunu da qısametrajlı film, serialda razılaşmaram. Tammetrajlı filmdə öpüşmə səhnəsi normaldır. Cəmiyyətdən isə qorxmuram, özüm bilirəm ki, nə olar, nə olmaz. Buna təcrübəm, ağlım imkan verir. Cəmiyyətin fikri ilə yaşamıram.

- Konkret olaraq qırmızı xəttiniz nədir, hansı səhnəyə çəkilməzsiniz?

- Qırmızı xətt deməzdim, tək şərtim o olur ki, saçlarıma toxunmasınlar. Bəlkə sualın cavabı bu deyil, amma konkret bu məsələ ən yaralı yerimdir. İmtina etdiyim rol olub, o da açıq-saçıqlığına yox, xoşuma gəlmədiyinə görə.

- Sizi sosial şəbəkədə həm də geyimlərinizin açıq-saçıqlığına görə tənqid edirlər...

- Mən hər şeyi öz bədən ölçülərimə yaraşan tərzdə geyinirəm. Qısa geyim mənə yaraşır. Vulqar geyim istifadə etmirəm. Onsuz da tanınmış simasansa, necəsə müzakirə olunacaqsan, neqativ düşüncələr olacaq. Bütün hallarda düşünmürəm ki, mənim haqqında bu məsələr çox danışılır. İzləyicilərim məni sevirlər.

- Belə bir ifadə var ki, pul hər şeyi həll edir. Məsələn, sizinçün belə miqdar var ki, onu təklif eləsələr, imtina edəcəyiniz rolu da qəbul edəsiniz?

- Pul çox şeyi həll etsə də, hər şeyi həll eləmir. Mən bir səhnədən imtina edirəmsə, bir bildiyim var. Bu, mənim seçimim, sərhədimdir. Buna isə heç bir qonorar təsir edə bilməz.

- Təklifləri nəyə əsasən qəbul edirsiniz? Məsələn, sizinçün filmin, serialın ciddi olub-olmaması önəmlidirmi? Yoxsa məsələn, qonorar versinlər, öz rolunuzu oynayın, vəssalam?

- Təklifləri ilk növbədə ssenariyə görə dəyərləndirirəm. Mənimçün birinci məsələ obrazımın ağırlığıdır.

- Düşünürsünüz ki, "Varlı qız, kasıb oğlan"dakı Nüşabə obrazınız ağırdır? Bəlkə o məhz kütlə üçündür?

- Ağır deyəndə, mən yaddaqalan obrazı nəzərdə tuturam. Biz onu artıq 6 ildir, çəkirik. Düşünürəm ki, bu obraz da sevilən obrazdır və həm də o obrazlar elə cəmiyyətdə var. Təbii ki, həm də kütlə üçün çəkirik.

- Sənət sahəsində, adətən, narazılıqlar çox olur. Sizin necə, film, serial sahəsində narazılığınız var?

- Narazılığım bəli, var. Ssenarilərdən narazıyam ki, sərhədlər qoyulur. Məsələn, "Əqrəb mövsümü" yaxşı idi, hər şey yerli-yerində, amma çox zaman belə olmur, bizə senzura qoyurlar. Məncə, ssenaridə calı danışıq dili tətbiq olunmalıdır, çox zaman ifrat dərəcədə bədii danışırlar. O cümlədən, eyni simalardan çox istifadə edilir. Adama elə gəlir, kim çox görünürsə, ən istedadlı odur. Son olaraq isə qonorar məsələsi. Düzdür, başa düşürük, amma yenə də razı deyiləm.

- Sirr deyilsə, nə qədər qonorar alırsınız?

- Sirrdir, açıqlaya bilməyəcəm.

- Bildiyimiz qədər, ailəli deyilsiniz. Məsələn, gələcəkdə həyat yoldaşınız intim səhnələr olsa, ona qarışsa, necə olacaq? Sənəti sevgiyə qurban verərsiniz, yoxsa əsas ailə dəyərləridir?

- Həyatıma girən insan nə işlə məşğul olduğumu bilməlidir. Mən ayıb bir iş görmürəm. Sənətimi isə yox, sevgiyə qurban vermərəm. Sevgi ilə sənət arasında qalsam, sənəti seçərəm. Onsuz da intim səhnələrdə öz sərhədlərim var. Bu, o qədər də problemli məsələ deyil. Həyatımda olan insan sənətimi qəbul etmirsə, mənim həyatımda da yeri ola bilməz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1182   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır

Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib

23.10.2026 307
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 304
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23.10.2026 305
.

İlham Əliyev bu sazişi təsdiqlədi - Fərman

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Sərəncama əsasən, sentyabrın 10-d

23.10.2026 331
.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

23.10.2026 467
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 350
.

10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?

Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır

11:03 0
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

23.10.2026 272
.

Coni nadir xəstəlikdən əziyyət çəkir?

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç

23.10.2026 369
.