Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR
Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır.
Metbuat.az xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yaydığı məlumata görə, bu məktəbdə şagirdlər arasında erkən nikah halları qeydə alınıb. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları qeyd olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur. O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir.
"Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib", - Eşqi Bağırov vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 907 Tarix: 28 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran özünün nüvə proqramı ilə bağlı danışıqlar aparmayacaq
İranın, raket proqramı da daxil olmaqla, ənənəvi silahları ilə bağlı danışıqlar aparmaq niyyəti yoxdur. TASS-a istinadən xəbər verir ki, bunu İranın yüksəkvəzifəli rəsmisi Nyu-Yorkda jurnalistlərə bildirib. "Biz raketlər də daxil olmaqla, konvensional silahlarla bağlı heç bir danışıqlar aparmayacağıq
12:20 182 Məsumə Babayeva dəfn edildi
Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dəfn edilib. xəbər verir ki, mərasimdə mərhumun sənət yoldaşları, yaxınları və digər şəxslər iştirak ediblər. Mərhum Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, 74 yaşlı M.Babayev
14:32 242 Suriya azad edilmiş yataqlarda neft hasilatına başlayıb
Suriyanın dövlət neft şirkəti "Syrian Petroleum" Rakka və Deyr-əz-Zor vilayətlərində yeni azad edilmiş yataqlarda hasilatın başladığını elan edib. "Report" SANA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin kommunikasiya direktoru Safvan Şeyx Ahmad bildirib. Onun sözlərinə görə
13:50 194 Orban: "Ukrayna NATO ilə Rusiya arasında bufer zonası olmalıdır"
"Ukrayna NATO üzvü olmamalıdır. Bu ölkə alyansla Rusiya arasında bufer zonası olaraq qalmalıdır, çünki onun Rusiya sərhədlərinə yaxınlığı daimi hərbi münaqişə təhlükəsi yaradacaq". TASS-a istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu fikri ölkənin cənub-qərbindəki Kapoşva
15:20 191 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yanvarın 25-də...
Azərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman v
12:31 343 Finlandiyada 80 yaşlı kişi onilliklər ərzində tualeti olmayan zirzəmidə yaşayıb
Finlandiyanın Helsinki şəhərinin ətraf qəsəbələrindən birində polis onilliklər ərzində pəncərəsiz, tualetsiz, mətbəx ləvazimatları və elementar gigiyena vasitələri olmayan zirzəmidə yaşayan 80 yaşlı kişini aşkarlayaraq azad edib. bu barədə "Daily Mail" nəşrinə istinadən xəbər verir. Dəhşətl
16:40 209 ABŞ-də qar fırtınasına görə 230 mindən çox ev işıqsız qalıb
ABŞ-də qar fırtınası fonunda 230 mindən çox abunəçi işıqsız qalıb. "Report"un"Poweroutage" saytının göstəricilərinə istinadən məlumatına görə, ümumi kəsinti sayı 230 327 olub. Ən çox elektrik kəsintisi Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb
20:10 89 Hansı sahədə çalışanların pensiyası arta bilər? - "100 mindən çox vətəndaşı əhatə edəcək"
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasınd
21:30 0 "Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ -a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib. Təqsirləndirilə
19:40 142