"Paşinyanın ən böyük qayğısı Azərbaycanla toqquşmadan yayınmaqdır" - Politoloq

"Paşinyanın ən böyük qayğısı Azərbaycanla toqquşmadan yayınmaqdır" - Politoloq"Ermənistanın Baş naziri Paşinyan bu günlərdə Tavuş bölgəsinə səfəri zamanı rəsmi Bakının ondan buradakı 4 anklav olmayan kəndi tələb etməsi ilə bağlı məsələlərə toxunmuş və tələbin yerinə yetirilməyəcəyi təqdirdə həftənin sonunda müharibənin başlana biləcəyi ilə bağlı anons vermişdi.Paşinyan bu kəndlərin qaytarıla biləcəyi ilə bağlı məqamlara toxunub. Onun hazırda ən böyük qayğısı Azərbaycanla toqquşmadan yayınmaqdır. Çünki Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələddir.Digər tərəfdən Paşinyan bu kəndlərin beynəlxalq birlik tərəfindən Azərbaycana aid olması amilini də nəzərə alır və gözəl anlayır ki,rəsmi Bakının güc tətbiq edəcəyi təqdirdə bunu dünyaya,ilk növbədə Qərbə Azərbaycan tərəfindən olan təcavüz kimi təqdim edə bilməyəcək".

Bu sözləri politoloq Elşən Manafov BiG.AZ-a bildirib.

O qeyd edib ki, Paşinyan aprelin 5-də Brusseldə ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasinin sədri xanim Fon Den Ber ilə göruşə böyuk umid bəsləyir. Onlardan Ermənistanın təhlükəsizliyinə zəmanət alacağını düşünür:

"Hazırda Rusiya və KTMT ilə münasibətlərin gərginliyi fonunda Paşinyanın bu bloka yardım üçün müraciət etməsinin nə hüquqi,nə də siyasi əsasları var. Paşinyan özü Ermənistanın bu hərbi blok daxilində fəaliyyətini dondurub,digər tərəfdən bəllidir ki,hərbi toqquşmanın baş verəcəyi təqdirdə KTMT yenə kənarda duracaq.Çünki onun bu qarşıdurmaya müdaxilə üçün hüquqi əsası yoxdur.Azərbaycan Ermənistan ərazisinə soxulmur,ona aid kəndlərə girir.
Paşinyan mövcud problemin həllini uzatmaq üçün sərhədlərin demarkasiyası ilə bağlı məsələlərin hələ həllini tapmadığını,buna görə 1991-ci ilin Alma Ata bəyannaməsində olduğu kimi inzibati sərhədlərin tanınmasını təklif edir. Rəsmi Bakının Azərbaycan SSR-nin yox ,Azərbaycan Cumhuriyyətinin varisi olması barədə mövqeyi sərhədlərin sıfırdan çəkilməsi deməkdir ki,Ermənistan bundan çox çəkinir. Çünki geniş ərazi itkisinə məruz qala bilər.

Lakin kəndlərlə bağlı məsələdə Paşinyanın tərəddüdləri onu xəyanətdə ,habelə təslimçilik siyasətində ittiham edən Ermənistanın sabiq müdafiə naziri,parlamentdə Hayastan fraksiyasinin sədri Ohanyanın çıxışı olub.Sabiq müdafiə naziri orduya müraciət edərək xəyanətdə suçladığı Baş nazir Paşinyanın əmrlərinə tabe olmamağa çağırıb.Orduda isə hələ də Rusiyaya sayqı ilə yanaşan zabitlər var.Bu çağırış Ermənistanda ordu və xüsusi xidmət qurumlarını qarşıdurma həddinə gətirib çıxara bilər. Bu isə Ermənistanda Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın daha fərqli faza üzərinə keçməsi ehtimallarını artırır.Daim balanslaslaşdırılmış siyasəti ilə fərqlənən Azərbaycanın ciddi təhlil və müzakirələr aparmadan hərbi konteksdə addım atacağı inandırıcı deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

10:15 159
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 424
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

23.10.2026 357
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 373
.

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri

23.10.2026 344
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

23.10.2026 338
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 306
.

Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır

Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib

23.10.2026 327
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 94
.