"Ermənistan başa düşməlidirlər ki, Yerevanın Qərbə inteqrasiya imkanları Azərbaycandan və Türkiyədən asılı olacaq"

"Ermənistan başa düşməlidirlər ki, Yerevanın Qərbə inteqrasiya imkanları Azərbaycandan və Türkiyədən asılı olacaq""İstisna etmirəm ki, erməni rəhbərin son zamanlar daha kritik bəyanatlar verməsinin səbəbi Qərbin xüsusi xidmət orqanlarının Kreml tərəfindən Paşinyanın gec - tez çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılılacağı ilə bağlı ona ötürülən bəyanatlar fonunda baş verir. Xatırladım ki, bir müddət əvvəl baş nazir buna eyham vurmuşdu. Hərçənd, bu mövzuyla bağlı mənim fikrim ondan ibarətdir ki, hamı başa düşür ki, Azərbaycan bir sıra məsələlərdə tələblərinin yerinə yetirilməsinə nail olacaq və belə olan təqdirdə qaçılmaz məsuliyyətin məhz Paşinyanla bağlı olmasını istəyirlər. Əlqərəz, müxalifətin indiki halda hakimiyyətə gələrək Azərbaycan qarşısında zəif görünməmək üçün Nikola dözməkdən başqa çıxış yolu yoxdur. Bunu onların xaricdəki havadarları da anlayırlar.
Bütün bunlar öz yerində. Dünən isə daha bir maraqlı hadisə baş verib. Tavuşdan sonra ( rus postlarının yerləşdiyi bölgə) bu dəfə Paşinyan Gümrüyə səfər edib. 5 saat qapalı şəraitdə öz partiya üzvləri və özünə yaxın siyasi qruplarla danışıqlar aparıb. Danışıqlar zamanı Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və Ermənistanın Aİ perspektivi, bu fonda daxildə müxalif qrupların davranışları müzakirə edilib".

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı ölkə daxilində müəyyən siyasi və hərbi qruplaşmaların hakimiyyətə pressinqi olsa da, ümumilikdə böyük şəhərlərin əhalisi bu mövzuda hökuməti dəstəkləyirlər. Ölkə rəhbərliyini hazırda bu məsələ ilə yanaşı 5 aprel Brüssel görüşü və orada veriləcək bəyanatlardan sonra İrəvanda və digər şəhərlərdə mümkün iğtişaşların olub - olmayacağı maraqlandırır. Ukrayna və Gürcüstan hakimiyyətlərinin Avropa İttifaqının üzvlüyünə perspektivi alaraq üzləşdiyi çağırışlar hər kəsin yadındadır. İndiyə qədər həmin ölkələrin xalqları bu qərarın nəticələrini hiss etməkdədirlər. Sözsüz, 5 aprel görüşü və onun nəticələri də Ermənistanda hiss ediləcək, ancaq hələlik Kiyev və Tiflisdə maydanlarda baş verəcəklər kimi yox.

"Yeri gəlmişkən, Gürcüstan və Ermənistanın Avropa perspektivliyi fonunda bölgədə geosiyasi vəziyyətin daha da qəlizləşməsi və Azərbaycanın tamamilə müstəqil və suveren balanslı siyasəti güdərək bloksuz dövlət kimi statusunu davam etdirməsi yaxın qonşularımız tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır. Onlardan biri ilə artıq 4 cü ildir nəzərə alınan bu münasibətlərdə əməkdaşlığın yeni xətt üzrə perspektivliyindən danışa bilsək də, cənub qonşumuz 1994 - 1996, 2005 - 2006 -cı illərdə olduğu kimi bugünkü Qərbdən gələn təkliflər fonunda da, rəsmi Bakının mehriban qonşuluq siyasətinə sadiqlik siyasətini tam olaraq təhlil edərək müsbət nəticəyə gəlməkdə çətinlik çəkir. Hərçənd, Ermənistana bu illər ərzində əsl dayı olmağı bacaran regional subyektlərə qarşı Azərbaycan emosional tərzdə tamamilə başqa addımlar da ata bilərdi. Ancaq, Azərbaycan xarici siyasət diplomatiyası daim səbrli, soyuqqanlı siyasi davranışı ilə seçilib və bundan sonra da bu gedişat davamlı olacaq.
Qayıdım aprelin 5 -i Blinken, Fon der Layen və Paşinyan arasında görüşə. Gəlin Azərbaycanla Ermənistanın hansının daha çox əslində Qərbin tərəfdaşı olmasını müqayisə edək. Müqayisəni edərkən maraqlı şəkil qarşımıza çıxır. KTMT və Avrasiya İttifaqının üzvü olan, Avropa İttifaqı ilə ümumi ticarət dövriyyəsi 2023 - cü ildə cəmi 7 milyard dollardan bir qədər çox olan Ermənistan, NATO - nun ən güclü üzvlərindən sayılan Türkiyənin hərbi - siyasi müttəfiqi, Aİ - nin 9 dövləti ilə strateji tərəfdaş olan, qoca qitənin ənənəvi və yaşıl enerji siyasətində xüsusi rol oynayan və oynayacaq , Aİ ilə ticarət dövriyyəsi 2023 cü ildə 24 milyard dollar olan Azərbaycan. Əlbəttə ki, Ermənistanla bağlı Qərbin çətir funksiyasını yerinə yetirmək istəməsinin əsl səbəbi geosiyasi faktor, Rusiya ilə olan konfrantasiyadır. Bununla da, Qərb Ermənistanı tərəzinin bir tərəfində, Azərbaycan və Türkiyəni isə o biri tərəfində qoyaraq açıq şəkildə ayrı - seçkilik etmiş olduğunu göstərmiş olur.
Ermənistanda və Qərbdə başa düşməlidirlər ki, Yerevanın Qərbə inteqrasiyalarının imkanları ilk növbədə Azərbaycandan və Türkiyədən asılı olacaq. Azərbaycan və Türkiyə hansı cinahı seçərlərsə Ermənistan orada olacaq. Çünki Anadolu - Qafqaz birgə siyasi orqanizmdir və 44 günlük müharibədən sonra region öz bucağı altına qayıtdı- daim burada ağalığı edən azərbaycanlılara qayıtdı.
Əlqərəz, yaxın vaxtlarda növbəti şad xəbərləri eşidəcəyik. Azərbaycan böyük şahmat lövhəsində böyük fiqurları bir - bir şah və mat etməyi bacarır. 44 günlük müharibə, son 4 ildə ordumuzun uğurları, Xankəndidə bayrağımızın asılması və bizi gözləyən sonrakı hadisələr".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 720   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

10:15 159
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 424
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

23.10.2026 357
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 373
.

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri

23.10.2026 344
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

23.10.2026 338
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 306
.

Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır

Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib

23.10.2026 327
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 94
.