"Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlətə çevrilib"

"Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlətə çevrilib""Bildiyimiz kimi martın 17-də NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfərə gəlib. Bu onun ölkəmizə ilk səfəridir. Stoltenberq Prezident İlham Əliyevlə və müdafiə naziri Zakir Həsənovla görüşərək müzakirələr aparıb.NATO-nun baş katibinin ölkəmizə səfəri xüsusi önəm daşıyır. İnanırıq ki, Stoltenberqin bu səfəri NATO-Azərbaycan əməkdaşlığının inkişafına müsbət təsir göstərəcək".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu həm də, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir:

"Eyni zamanda hazırda Azərbaycan Qərbin enerji təhlükəsizliyində çox mühüm rol oynayan bir dövlətə çevrilib. Səfər Azərbaycan-NATO əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz ordusunu NATO standartlarına uyğun qurur. Düzdür, Azərbaycanın hələ ki, NATO-ya üzv olmaq fikri yoxdur. Ancaq biz bu standartları öz ordumuzda tətbiq etdik. Bu səfərdə məqsəd Azərbaycanla əlaqələrin gücləndirilməsidir. Əslində, Azərbaycan - NATO əlaqələri uzun illərdir sürətlə inkişaf edir. Azərbaycan Əfqanıstanda, Kosovoda sülhməramlı missiyanın tərkibində dəfələrlə iştirak edib. Qeyd etdiyimiz kimi, Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı rol da NATO tərəfindən yüksək formada qiymətləndirilib. Görüşdə cənab prezident çox mühüm məsələlərə toxundu. Ermənistanla Azərbaycanın heç zaman olmadığı qədər sülhə yaxın olmasını qeyd etdi. Hesab edirəm ki, Stoltenberqin də verdiyi açıqlamalar Azərbaycanın mövqeyinin və yaratdığı reallığın bir daha qəbul olunduğunu göstərir.
Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi baxımından bu səfər önəmlidir. Bütün hallarda biz NATO ilə əlaqələrimizi gücləndirməliyik. Çünki bu, Azərbaycanın həm də hazırda götürdüyü istiqamətə uyğun bir yanaşmadır və növbəti illərdə biz bu əlaqələrin daha da inkişaf etdiyinin şahidi olacağıq.
Azərbaycansız Cənubi Qafqazda heç bir problemin həlli mümkün deyildir. Ölkələr və xalqlar arasında sülhün və əməkdaşlığın qurulmasında Azərbaycan önəmli ölkədir. Bu səfər göstərdi ki, Azərbaycanın bundan sonra da mövqeləri daha da möhkəmlənəcək, nüfuzu artacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 611   Tarix: 27 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

10:15 159
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 424
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

23.10.2026 357
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 373
.

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri

23.10.2026 344
.

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Cənubi Afrika Respublikasından olan yazıçı süni intellektdən istifadə edərək 20 ay ərzində 371 kitab ərsəyə gətirib və milyonçu olub. xəbər verir ki, bu barədə EWN radiostansiyası məlumat yayıb. Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən qadın süni intellekt texnologiyalarının köməyi ilə bir milyo

23.10.2026 338
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 306
.

Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır

Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib

23.10.2026 327
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 94
.