Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?
Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərinin nə vaxt başladığını dəqiq bilmək çətindir.
Lakin mütəmadi olaraq tibbi müayinədən keçməklə, peşə xəstəliklərini ilkin mərhələdə müəyyən etmək mümkündür.
Məsələn, deyilənlərə görə, müəllimlərdə görmə zəifliyi, cərrahların isə şəkər xəstəliyi olur. Söylənənlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün tibb elmləri doktoru, tibb eksperti Adil Qeybullaya müraciət olunub.
Maraqlıdır, hansı peşələrin özünəməxsus xəstəlikləri var?
Adil Qeybulla Bizim.media-ya bildirib ki, əslində şəkərli diabeti peşə xəstəliyinə aid etmək düzgün deyil:
"Bu, ya orqanizmdəki meyillilikdən, genetik defektdən, ya da insulin müqavimətindən qaynaqlanır. Hər bir peşədə stress var, o cümlədən Həkimlərdə də bu, mövcuddur. Belə hesab edirəm ki, peşə xəstəlikləri daha çox istehsalatla məşğul olan insanlarda olur".
Həkim bildirib ki, Azərbaycanda da peşə xəstəlikləri ilə bağlı zamanında kifayət qədər tədqiqat aparılıb:
"Lakin düşünürəm ki, bu gün əl əməyinin avtomata keçməsi peşə xəstəliklərinin də sayını xeyli azaldıb. Əmək fəaliyyətindəki müdafiə vasitələri də bu kimi problemlərin qarşısını almağa kömək edir. Bütün bunlara baxmayaraq, peşə xəstəlikləri var".
Adil Qeybulla bir sıra peşələrə xas olan xəstəliklərin də adını çəkib:
"Məsələn, sürücülərdə babasil, radikulit (bel oynaqlarında sinir köklərinin iltihabı), aşağı ətrafların damar xəstəlikləri olur. Bundan başqa, bərbərlərdə artrit (barmaq oynaqlarında problem), əllərdə qiqromalar (oynaq və ya vətərlərin yanında yaranan şiş), həkimlərdə venaların varikozu (damar genişlənməsi), oynaq xəstəlikləri, virus hepatitləri ilə yoluxmalar, nevroz olur. Eyni zamanda, müəllimlərdə də varikoz və artroz (oynaq xəstəlikləri) olur".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1441 Tarix: 24 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO
Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ
14.09.2021 1946 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121