Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb - YENİLƏNİR + FOTO/VİDEO
Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları "Crocus City Hall" konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxlayıblar.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib. Bildirilir ki, artıq onlarla müstəntiqlər məşğul olurlar.
Həmçinin qeyd olunur ki, şübhəlilər Ukrayna ilə sərhədin yaxınlığında saxlanılıblar.
12:14
"Crocus City Hall"da terror aktında əli olmaqda şübhəli bilinən şəxslərin saxlanılmasının təfərrüatı məlum olub.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.
Onun sözlərinə görə, şübhəlilərin idarə etdiyi "Renault" markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçinski rayonu Xatsun kəndi ərazisində aşkarlanıb.
"Hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə baxmayaraq, sürücü maşınını saxlamayıb və qaçmağa cəhd edib. Təqib zamanı atəş açılıb və avtomobil aşıb. Bir terrorçu yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıblar. Axtarış nəticəsində yerli vaxtla saat 3:50-də ikinci şübhəli aşkar edilərək saxlanılıb", - deyə deputat bildirib.
O qeyd edib ki, digərlərinin axtarışı davam etdirilir.
Deputat vurğulayıb ki, avtomobildən bir ədəd PM tapançası, AKM avtomatı üçün daraq və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.
10:25
Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall"a hücumda şübhəli bilinən iki nəfər Bryansk vilayətində ələ keçirilib.
Bu barədə "Baza" "Telegram" kanalı öz mənbələrinə istinadla xəbər yayıb.
Bildirilir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda - Tyoplıy kəndi yaxınlığında saxlanılıb.
İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub: Onlardan dördü qaça bilib. Qaçan şəxslərin kimliyi məlum olub.
Bunların:
Məhmədrəsul Nəsridinov - 37 yaş;
Rivojidin İsmonov - 51 yaş;
Şoxinjon Safolzoda - 21 yaş;
Rüstəm Nəzərov - 29 yaş olduğu bildirilir. Onların hamısının Tacikistan vətəndaşları olduğu deyilir.
Hazırda onların terror aktında iştirakları yoxlanılır.
Qaçan dörd nəfərin axtarışına başlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2510 Tarix: 23 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 48 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 478 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23.10.2026 337 Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas
23.10.2026 401 Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları
Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl
23.10.2026 353 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər?
Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçılarından birinin, daha doğrusu qətli törətməkdiyi deyilən şəxsin - Əhməd Əlizadənin deputat Arzuxan Əlizadənin oğlu olduğu müəyyənləşib. Deputatın digər oğlu Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsinin hakimidir. Bəs, şəxsin cinayət törətməsi atasını
14:54 128 Canni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
10:22 209 "Elton toxunulmazdır"
Əməkdar artist Elton Hüseynəliyevin prodüseri olan xanımı Tamillə Hüseynəliyeva (Toma) sənətçi haqqında yayılan iddialara münasibət bildirib. Axşam.az-a açıqlama verən Toma Eltonla bağlı səsləndirilən fikirlərə əsəbiləşdiyini deyib. O, bəzi şəxslərin müğənninin toy bazarındakı fəaliyyətinə mane olmağ
13:29 168 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur
14:47 157