Bədəndə göyərmələrin səbəbi nədir?

Bədəndə göyərmələrin səbəbi nədir?Bəzən bədəndə, xüsusilə ayaqlar və qollarda heç bir yerə toxunmadan göyərmələr yaranır.

Tibb elmləri doktoru, professor, hematoloq həkim Mireldar Babayev BiG.AZ-a bildirib ki, bu göyərmələrə müxtəlif xəstəliklər səbəb ola bilər. Bunun əsas səbəbi trombosidlərin az yaranması və ya plazma faktorlarının çatışmazlığı nəticəsində qan laxtalanmasının pozulmasıdır:
Bədəndə göyərmələrin səbəbi nədir?"Bədəndə göy ləkələrin yaranması hansısa xəstəlikdən xəbər verir. Əsasən qan laxtalanmasının pozulmasına bağlıdır. Qan laxtalanmasının pozulması orqanizmdə müxtəlif səbəblərdən yaranır. Sümük iliyində qan yaranmanın pozulması və ya sümük iliyində yaranan trombositlərin az yaranması, damar keçiriciliyin pozulması göy ləkələrin yaranmasına səbəb olur. Ola bilər ki, sümük iliyində trombositlərin yaranması normal olar, amma yenə də bədəndə göy ləkələr trombosit səbəbindən əmələ gələr. Bu o halllarda olur ki, yaranmış trombositlər damarda hərəkət edərkən parçalanırlar və ya onlara qarşı bədəndə yaranmış əks cisimlər trombositlərin parçalanmasına səbəb olur. Üçüncü səbəb isə plazma faktorlarının çatışmazlığı nəticəsində qan laxtalanmasının pozulmasıdır. Bu 3 səbəbin də altında müxtəlif xəstəliklər var. Birincisi, əgər sümük iliyində trombositlərin yayılması pozulubsa, qan xərçəngi xəstəliyindən və ya sümük iliyinin işləməsinin zəifləməsi ilə əlaqədar ola bilər. Belə hallarda trombosit yaradacaq baş hüceyrələrin yarana bilməməsi və yarananların da tez məhv olması nəticəsində bədəndə göy ləkələrin yaranması baş verir. Sümük iliyinin yetməzliyi təkcə trombosit deyil, eyni zamanda digər qan hüceyrələrini də yarada bilmir. Aplastik anemiya və ya leykemiyalarda müşahidə edilən ən əsas simptomlardan biridir. Digər hal dediyim kimi, trombositlərin damar daxilində məhv olmasıdır. Bu, orqanizmdə baş verən virus, allergik səbəb, qidadan ola bilər. Orqanizmin immun yaddaşı pozulur,nəticədə orqanizmin öz doğma trombositləri yad cisim kimi qəbul olunur və orqanizm ondan canını qutarmaq üçün əks cisimlər istehsal edir. Bu da trombositlərin parçalanmasına səbəb olur. Bu, plazma faktorlarının çatışmazlığı ilə də əlaqəli ola bilər. Çoxlarına məlum olduğu kimi hemafiliya xəstəliyi irsiyyətə bağlı olaraq qan laxtalanmasında iştirak edən 8, 9, 11 -ci faktorların çatışmazlığı nəticəsində qanın durulaşması və ən kiçik səbəblərdən belə qan sızması baş verə bilər. Qan laxtalanmasının zəifləməsi, yəni qanaxmaya meylin olması müxtəlif fəsadlar verə bilər. Diş dibindən,burun dibindən qanaxma ,mədə-bağırsaq qanaxmalarına səbəb ola bilər. Ən ağır fəsad isə beyin qansızmasıdır. Adətən bu təhlükəli hal baş verəndə xəstələri itirmək olur. Çünki beyin qansızmaları həyat üçün vacib olan mərkəzlərin qısa müddətdə sıradan çıxması nəticəsində ölümə səbəb olur. Digər fəsad qanaxmaya bağlı kəskin anomik sindromun yaranmasına və həyat üçün təhlükəli anların yaşanmasına səbəb ola bilir".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 4175   Tarix: 18 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall

16:25 235
.

"Başqa kişidən uşaq dünyaya gətirmərəm"

Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc

11:02 274
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

17:30 132
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 386
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

16:27 309
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 228
.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

12:29 229
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

19:04 53
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 370
.