"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMAHəm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər.

Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 min dolları keçib. Həmçinin qızılın qiyməti də yeni rekord qırmaqda davam edir, son bir ildə 19 faiz bahalaşma qeydə alınıb. İstər "Bitcoin", istərsə də qızıl hazırda investisiya aləti kimi geniş istifadə olunur. Yatırım etmək istəyənlər bu qiymət artımlarından xeyirlə çıxmaq istəyirlər. Onları bu artımların səbəbləri və perspektivi də maraqlandırır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

73 min dollar ətrafında satılır

Kriptovalyuta eksperti Elnur Quliyevin sözlərinə görə, martın ilk ongünlüyündə "Bitcoin" son üç ildə ilk dəfə "Binance" birjasında 73 min dollara qədər dəyər qazandı: "Hazırda isə "Bitcoin" 1,4 trilyon dollar bazar kapitalizasiyası ilə 72 min dollar ətrafında satılır. Bu qiymət ilə o ümumi bazar kapitalizasiyasının 52,2 faizini təşkil edir. Qiymətin artmasına təsir edən əsas faktorlar korporativ şirkətlərin "Bitcoin"ə kəskin tələbatının yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini vaxtından əvvəl azaldacağı ilə bağlı gözləntilərin artmasıdır".

"Bitcoin"in növbəti hədəfi...

Ekspertin fikrincə, qiymətdə həm artım, həm də azalma mümkündür: "Analizə əsasən, "Bitcoin"in növbəti hədəfi 80 min dollara qədər bahalaşmaqdır. Əgər hər hansı səbəbdən ciddi qiymət azalması baş verərsə, bu zaman dəyəri 55 min 170 və 50 min 500 dollar ətrafında olacaq. Bundan əlavə, qorxu və xəsislik indeksi hazırda 89 səviyyəsindədir. Bu amil investorlar arasında yüksək alış təzyiqi olduğunu göstərir. Bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük" qiymətlərin düşməsi ilə müşayiət olunur".

Müsahibimiz bildirdi ki, hazırda ölkəmizdə kriptovalyuta üzrə investorların sayını və ümumi investisiya məbləğini müəyyən etmək mümkün deyil. Azərbaycanda kriptovalyutaların istifadəsi və kriptoinvestisiyaların leqallaşdırılması üçün ilk növbədə müvafiq qanunvericilik aktları qəbul olunmalıdır.

Bahalaşma investorlar üçün faydalıdır

E.Quliyev qızılın bahalaşmasının nəticələrinə də toxunub: "Adətən qızılın qiyməti bahalaşırsa, bu, qlobal iqtisadi böhranın yaxınlaşması və ya valyuta bazarına ciddi kapital axını əlaməti kimi qəbul olunur. İnvestorların bir qismi riskli, lakin yüksək qazanclı aktivlərə yatırım edirlərsə, digər qismi qızılı seçirlər. Bu tendensiya hələ bir müddət də davam edəcək. Qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu FED oynayır. Böyük ehtimal ki, yaxın aylarda FED uçot dərəcəsini endirəcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və bu, investisiya mühitinə müsbət təsir edir. Bunlar ümumilikdə iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri ilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir".

Ekspertin sözlərinə görə, qızılın qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına iki istiqamətdə təsir göstərir: "Dünya bazarında qızılın qiymətinin artması ölkəmizin qızıl ixracından əldə etdiyi gəlirin artması ilə nəticələnir. İkinci amil isə, Dövlət Neft Fondunun aktivlərində təqribən 30 ton qızıl var, qiymətlərin artması onların da dəyərini artırır. Yəni biz ölkə olaraq qızılın bahalaşmasında maraqlıyıq".

Tələb və təklifdən yaranan artım

İqtisadçı Pünhan Musayev isə dedi ki, "Bitcoin"lə bağlı nikbinliyin səbəbi tələb və təklifdən irəli gəlir: "Tələblə bağlı məqam ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının tənzimləyici addımlarından qaynaqlanır. Təklif sarıdan isə "Bitcoin"i dəyərləndirən məqam onun təchizatı ilə əlaqədardır. Zaman keçdikcə dəyərinin aşınmaması üçün "Bitcoin" məhdud sayda təsis edilib. Hər yeni yaradılan blok üzrə "Bitcoin" mükafatı sayı dörd ildən bir 50 faiz azalır. Məsələn, başlanğıcda mükafat 50 "Bitcoin" idisə, 2012-ci ildə 25, 2016-cı ildə 12.5, 2020-ci ildə isə 6.25 "Bitcoin"ə qədər azalıb. "Halving" adlanan bu proses hazırda "Bitcoin"dəki tədarük şokunu daha da dərinləşdirir. Beləliklə, bəlli miqdar təklif qarşılığında geniş tələb aktivin sürətlə bahalanmasına şərait yaradır".

Qızıl alışında son 50 ilin rekordu qeydə alınıb

P.Musayevin fikrincə, qızılın qiyməti də hələ maksimum həddə çatmayıb: "Qızılın qiymətindəki artım ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması, dolların zəifləməsi və yaranan iqtisadi problemlərə cavab olaraq Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaltması gözləntiləri ilə bağlı spekulyasiyaların (alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək) birləşməsindən irəli gəlir. Ukrayna müharibəsi, 40 ilin ən yüksək inflyasiyası, rekord borc səviyyəsi, Qərb bank sistemində yaşanan müvəqqəti çalxalanma və Yaxın Şərqdəki münaqişədən əlavə, bir sıra ölkələrin qızıl alışını son 50 ilin maksimumuna çatdırmaları fonunda bahalaşma təbii görünür".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1460   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2735
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17.09.2026 299
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

12:10 94
.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26.09.2026 170
.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla

26.09.2026 158
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20.09.2026 572
.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20.09.2026 389
.

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə

19.09.2026 245
.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

23.09.2026 817
.