Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır - TƏHLİL

Makron və komandası çətin durumda: Paris Azərbaycana möhtacdır - TƏHLİLMərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.

Fransanın daxili və xarici siyasətdə uğursuzluqları səngimir. Yay Olimpiya Oyunları ərəfəsində keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb. Fermerlər hökumətin aqrar sahədə apardığı islahatlara qarşı çıxır, yolları bağlayır, hakimiyyəti sərt tənqid edirlər.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xarici siyasətdə də vəziyyət fərqli deyil

Xarici siyasətdə də vəziyyət daxildən fərqlənmir. Bir vaxtlar müstəmləkəsi olduğu ərazilərdən biabırcasına qovulan Yelisey sarayı böyük gəlirlərdən məhrum olub. Müstəmləkələrin talanması ölkə büdcəsinə milyardlarla dollar gəlir gətirməklə yanaşı, həm də nüfuz məsələsi idi. İndi isə bunların heç biri yoxdur. Fransız iflasının əsas səbəbi kimi isə Prezident Emmanuel Makron göstərilir.

İş o yerə çatıb ki, keçmiş müstəmləkələrdə Fransa bayrağı yandırılır, onu xatırladan hər şey məhv edilir. Onun yerini isə Rusiya və Türkiyə kimi dövlətlər tutur. Bu da Yelisey sarayını özündən çıxarır, əks addımlar atmağa vadar edir. Hər iki dövlətə qarşı total hücum kampaniyası da bu səbəbdən start götürüb. Məsələn, Paris Ukraynaya Avropa İttifaqına daxil olan ölkələrin hərbi kontingentini göndərməklə Rusiyanı hədələyir. Bu ideyası Qərb dövlətlərində avantüra kimi qələmə verilsə də, Makron hər vəchlə sözünü yeritməyə çalışır. Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq da bu planın tərkib hissəsidir. Türkiyəyə gəldikdə isə, Fransa mübarizəni açıq apara bilmir. NATO üzrə müttəfiq olması, Ankaranın nüfuzu və gücü bu planını açıq şəkildə reallaşdırmağa imkan vermir. Ümidi qalır yenə Ermənistana. Paris bu ölkədə anti-Azərbaycan ritorikanı gücləndirir, keçmiş separatçı rejimin tör-töküntülərinə açıq dəstək göstərir.

Makronun yeni hədəfi Qafqaz və Mərkəzi Asiyadır

Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya nüfuz etməyə çalışmasıdır. Əsas fikir bundan ibarətdir ki, Ankaranın Afrika siyasəti Fransanın müstəmləkə nizamını pozub. Makron da bu səbəbdən Ukrayna-Rusiya müharibəsinə müdaxilə edərək türk dövlətlərini öz hegemonluğu altına almağa çalışırlar. Son zamanlar o, bu istiqamətdə diqqətçəkən açıqlamalar verir. Türkiyənin Afrikada atdığı addımlar, bir çox ölkələrlə siyasi, hərbi və ticari yaxınlaşması, "qazan-qazan" taktikası Fransanı regionda arzuolunmaz ölkəyə çevirib. Planları alt-üst olan Fransa lideri Afrikadakı məyusluqdan sonra marşrutunu Qafqaza dəyişib, eləcə də Qazaxıstan və Özbəkistana da səfər edib.

Türkiyə Fransanın planlarını pozur

Makron hökuməti Qarabağda və Liviyada Türkiyəyə qarşı ağır məğlubiyyətə uğrayıb, müdafiə sahəsində türk şirkətlərinə qarşı ciddi itkilər verib. Bunlar faktlardır. Mövcud vəziyyətlə bağlı "Türkiyə" qəzetinə danışan ekspertlər qeyd edir ki, türk ordusu Fransanın Suriya və İraqdakı oyununu ciddi şəkildə pozub. Fransızlar da qisas almaq üçün Ermənistanı və Cənubi Qafqazı qızışdırmağa çalışırlar. Fransanın məqsədi uzunmüddətli müharibədir.

KAFKASSAM rəhbəri Həsən Oktay hesab edir ki, "Fransa Suriya və Ermənistanda məskunlaşaraq Türkiyəyə qonşu olmaq istəyir. Fransızların Qafqaza marağının ən mühüm məqsədlərindən biri Türkiyənin diqqətini Aralıq dənizi başda olmaqla, bütün enerji və strateji əhəmiyyətli bölgələrdən yayındırmaqdır. Fransanın yandırmaq istədiyi atəş Türk Dövlətləri Təşkilatına böyük ziyan vuracaq. Makron yeni istismar sahələri açmağa çalışır. Onun türk cümhuriyyətlərinə səfərləri bu kontekstdə dəyərləndirilməlidir", - deyə H.Oktay bildirib.

Fransanın uran arzusu

Qeyd edək ki, Emmanuel Makronun ötən il noyabrın 1-də Qazaxıstana səfəri zamanı uran alışı məsələsi prioritet olub. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. Uranla zəngin olan və Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün Qazaxıstanın önəmi daha da artıb. Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü əsas ölkəyə çevrilib. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb. Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il Prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi.

Paris Azərbaycana möhtacdır

Beləliklə, müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə də elə türk dövlətlərinə minnətçi düşüb. İstəyi odur ki, Mərkəzi Asiyadan uran tədarük etsin. Bir faktı da deyək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və düşmənçilik yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.

Beləliklə, ölkəsində müsəlmanlara qarşı "səlib yürüşü"nə çıxan Makron və komandası çətin durumdadır. Yoxsa min kilometrlərlə uzaqda yerləşən regiona üz tutmazdı - özü də, müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış yolu var. Bu yol da sadədir - birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi mənafeyə yox, dövlət mənafeyinə əsaslanan praqmatik siyasətə üstünlük verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən qovulacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş

19:30 0
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 370
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

10:22 237
.

Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək

15:40 158
.

İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir

Oktyabr 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva

19:30 0
.

Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur

14:47 268
.

Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb

Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib. Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması il

17:10 140
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin

11:45 228
.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

12:29 229
.