"New York Times": "Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolunun bərpasının əleyhinə çıxır"

"New York Times": "Ermənistan Azərbaycandan Naxçıvana dəmir yolunun bərpasının əleyhinə çıxır"Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş kanalına alternativ kimi çıxış edir.

AZƏRTAC xəbər verir ki, bu fikir ABŞ-nin "The New York Times" qəzetində "Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir" sərlövhəli məqalədə yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir. Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən keçərək Fars körfəzinin sahillərinə kimi uzanır.

Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək.

"Bununla yanaşı, Rusiya ŞCBND vasitəsi ilə Hindistan, Pakistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələrini genişləndirəcək. Mumbay Hindistanın iri limanıdır və Avropaya göndərilən yüklər məhz bu limandan yola salınır. Həmin yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına çatdırılır və buradan da qatarla Azərbaycan və Rusiyaya nəql olunur. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra da yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. ŞCBND fəaliyyətini davam etdirir və 2023-cü ildə bu dəhliz vasitəsi ilə yükdaşımaların həcmi 38 faiz artıb. Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalar baha başa gəlir və təhlükəsizliyi təmin olunmur. Qiyamçı husilərin ticarət gəmilərinə silahlı basıqınları buna sübutdur. Ona görə də 2030-cu ilə kimi ŞCBND ilə yükdaşımaların üç dəfədən çox artacağı gözlənilir", - deyə məqalədə bildirilib.

Materialda diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və nəqliyyat xərcinin azalması deməkdir.

Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir:

"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun açılışına can atsa da Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə çalışır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl

16:50 187
.

"Başqa kişidən uşaq dünyaya gətirmərəm"

Xalq artisti Röya Ayxan ikinci dəfə ailə qurmaq və ana olmaq barədə sualları cavablandırıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Fruktoviy çay" yutub layihəsində danışıb. Röya başqa bir kişidən ikinci dəfə övlad dünyaya gətirməyin tərəfdarı olmadığını bildirib:. "Heç vaxt ikinc

11:02 285
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

20:48 77
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

16:27 355
.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

20:18 119
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

17:30 166
.

Keşişlər Tramp üçün dua etdilər

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq

23.10.2026 378
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

17:20 167
.

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall

16:25 281
.