Piylənməyə nə səbəb olur? - AÇIQLAMA
Əksər insanlar üçün həftədə 1-2 kq arıqlamaq məqsədi təhlükəsiz hesab olunur. Karbohidratları azaltmaq, daha çox protein yemək, ağırlıq qaldırmaq və daha çox yatmaq, davamlı kilo verməyə kömək edə biləcək hərəkətlərdir. İnsan arıqlamağı düşünməmişdən öncə bunu dietoloqla mütləq məsləhətləşməlidir.
Mövzu ilə bağlı BiG.AZ-a dietoloq Rəna Həsənova açıqlama verib.
O bildirib ki, bu gün insanlar arıqlamaq üçün bir çox üsullardan istifadə edir.
"Müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması bir çox insanın üz tutduğu metoddur. Dieta ilə arıqlamağın bir sıra zərərləri var. Belə ki insanın ancaq seçmə yeməklər yeməsi bədəndə mineral və vitanim çatışmazlığına səbəb olur. Sonra isə insanlar dietadan bezib onu buraxır və əvvəlkindən daha çox formada sürətlə kökəlirlər. Xatırladım ki, bu dietalar hər kəsin bədən kütləsinə, qan qrupuna uyğun yazılmalıdır. Sağlam arıqlamaq düzgün həyat tərzi olmalıdır. Ən önəmlisi yuxu hormonlarına fikir verilməlidir, hərəkət olunmalıdır, hərəkətsizlik bir çox xəstəliyə gətirib çıxarır. Yuxu hormonları melatonin – epifizin ən əsas hormonu hesab olunur. Gecə və gündüzün sirkad ritmini təyin edir. Epifiz vəzisinin pineolasit hüceyrəsindən ifraz olunur. Elektromaqnit sıxlığı artdıqca onun ifraz olunması azalır. İnsan bu hormon sayəsində yuxuya gedir. İnsanda yorğunluğu artırır. Bu proses saat 23:00-dan 05:00-dək gedir. İfraz olunması işıqda azalır, qaranlıqda isə artır. Melatonin hormonunun yaşlanmağa gecikdirici təsiri də vardır.
Düzgün arıqlamaq istəyənlər həyacandan uzaq olmalıdırlar. Çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar.Arıqlamaq yavaş-yavaş səbrlə və bundan həzz alaraq olmalıdır. Sağlam arıqlamaq sübh tezdən oyanıb səhər yeməyini yeyib, yürüş etməkdə faydalıdır. Amma səhər yeməyi də düzgün seçilməlidir. Qidaların lifli, zülallı, karbohidratlı olmasına diqqət edilməlidir. Həmçinin qazlı içkilər və çöl yeməklərindən, stressdən uzaq qalmaq lazımdır. Arıq qalmaq insanlar buna mənəvi cəhətdən hazır olmalıdır. Birinci növbə ağızdan başlayır. belə ki ağızda olan hər tikə çoxlu çeynənilməlidir ki, rahat həzm olunsun. Ağız suyu az qarışıb tikə tam əzilmədiyi zaman qida çətin həzm olunur. Bu da piylənməyə səbəb olur. Piylənmə maddələr mübadiləsinin pozulması deməkdir, bu sağlamlıq demək deyil. Bağırsaqlarımızdan iri piy hüceyrələri qana keçir, sonra isə toxumalara toplaşır. Piylənmə gələcəkdə insanlarda ağır xəstəliklərə səbəb olur: şəkər xəstliyi, ürək xəstəliyi, yorğunluq, tənbəllik və s.
Mən insanlara tövsiyə edirəm ki, artıq çəkinin səbəbin araşdırmaq üçün həkimə müraciət etsinlər. Bədən parametrlərinə, qan qrupuna uyğun düzgün müayinə olunsunlar. Piylənmənin qarşısını almaq üçün mütləq sağlam həyat tərzimiz olmalıdır".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1109 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?
Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır
11:03 235 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 157 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
20:18 214 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 243 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
21:00 134 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 159 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 175 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
19:20 179 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 535