DTX: "Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib"

DTX: "Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib""Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur".

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur.

Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.

Həmçinin eyniadlı "Telegram" səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanunamüvafiq qaydada istintaqa cəlb edilmişdir.

Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1365   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

DİQQƏT! Qızıl bahalaşdı

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb. xəbər verir ki, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dolların

05.05.2026 265
.

Bayramov Kallasla görüşdü - Fotolar

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında bildirilib

05.05.2026 238
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

05.05.2026 405
.

Saxta Wi-Fi tələsi: istifadəçilər necə aldadılır?

"Parkda, kafedə və ya ticarət mərkəzlərində təklif olunan pulsuz Wi-Fi şəbəkələri istifadəçilər üçün rahatlıq yaratsa da, təhlükəsizlik baxımından ev və ya ofis şəbəkələri qədər etibarlı hesab olunmur. Bunun əsas səbəbi bu şəbəkələrin açıq mühitdə fəaliyyət göstərməsidir". Bunu -a açıqlamasınd

05.05.2026 260
.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə bir üsul

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər. xarici mediaya istinadən bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?. Alimlərin izahına görə, nəfəsi adi haldan təxminə

05.05.2026 288
.

İlham Əliyev yeni rektor təyin etdi

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

05.05.2026 372
.

Rusiya ordusu Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbə endirib

Rusiya ordusu Ukraynaya yüksək dəqiqlik silahlarla zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın müdafiə sənayesi obyektlərinə və yanacaq-enerji komplekslərinə yüksək dəqiqlikli silahlarla zərbə endirilib. Bundan başqa

05.05.2026 236
.

Stubbdan sərt mesaj: NATO-nun 5-ci maddəsi ilə bağlı xəbərdarlıq

Rusiya NATO ölkələrinin hücum halında cavab verməyə hazırlığını sınamamalıdır. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb müsahibəsində bildirib. Stubbun sözlərinə görə, Moskvanın North Atlantic Treaty Organization-nun Kollektiv Müdafiə Müqaviləsinin 5-c

05.05.2026 203
.

Oğlunuzu zəif iradəli böyütmək istəmirsinizsə... bu ifadəni deməməlisiniz

Bəzən qısa bir cümlə oğlan uşağının özünə inamını illərlə verilən tərbiyədən daha tez sarsıda bilər. Ən təhlükəlisi isə odur ki, valideynlər bunu fərq etmədən deyirlər və bu sözlər uşağın yaddaşına həkk olunur. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bu cümləni ən təhlükəlilərdən biri hesa

05.05.2026 330
.

TOP MP3