"Deyirdi ki, boşan, mənə "bax""
Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 36 yaşlı Rühəngiz Əliyevanın məhkəməsi yekunlaşıb.
İstintaq materiallarında deyilir ki, xanım müttəhimin 71 yaşlı atası Qubad Əliyevlə mübahisəsi dəfələrlə "Space TV"də yayımlanan "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Kənddə rüsvay olduqlarını düşünən ata Rühəngizin televiziya kanalına çıxmasını istəməsə də, qızı buna məhəl qoymayıb. Bundan qəzəblənən Rühəngiz mübahisə əsnasında atasını bir neçə dəfə bıçaqlayaq qətlə yetirib.
BiG.AZ bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən "Gəl Danış" verilişinin aparıcısı Amil Xəlil bu ittihamları təkzib edib:
"Bu qız bir il bundan əvvəl "SPACE"ə gəlirdi. Gəlsə də, biz onun şikayətlərinə baxmırdıq, çünki bizim verilişin formatı kriminaldır. Rühəngiz gah deyirdi ki, dayımı öldürüblər, gah deyirdi xalam oğlu mənə təcavüz edir. Yeri gəlmişkən, xanım əqli qüsurlu idi. Hətta bir müddət sonra gəlib mənə deyirdi ki, boşan, mənə "bax". Bu barədə məktublar da var, hər dəfə bir məktub yazırdı ki, Amil, boşan. Artıq onu içəri buraxmırdıq ki, bu mövzu bizlik deyil, o isə məktubları qapıdan verib gedirdi. Həmin məktublar hamısı sübut kimi məndədir, +18 məzmunlu məktublar yazırdı, istəyini açıq şəkildə bildirirdi, biz onun öhdəsindən gələ bilmirdik. Artıq atasına, qohumlarına belə zəng edib deyirdik ki, bu xanımı yığışdırın, artıq dəmir hasardan keçib gəlir ki, məni verilişə buraxın, parkda insanlarla dalaşır. Hətta gedib məndən 102-yə də şikayət etmişdi ki, Amil Xəlil mənim şikayətlərimə baxmır, onlar da cavab vermişdi ki, bu efirə çıxarılası məsələ deyil. Bir müddət sonra artıq kanala gəlmədi".
Teleaparıcı qeyd edib ki, 36 yaşlı Rühəngiz Əliyevanın xalası oğlanları ilə problemləri olub:
"İndi deyilir ki, qızın atası ilə mübahisəsi "Gəl Danış" verilişinə çıxmasına görə başlayıb. Mən buna inanmıram. O qızın xalası oğlanları ilə problemləri var idi, tez-tez də bunu qeyd edirdi. Qeydiyyatdan da bu cür keçmişdi, biz isə dedik ki, bu cür əxlaqa zidd mövzuları efirdə işıqlandırmırıq.
Təəssüf ki, bəzi həmkarlarımız bu məsələdə məni və verilişimi ittiham edirlər. Amma burada telekanalın və Amil Xəlilin heç bir günahı yoxdur. Sosial şəbəkələrdə şərh yazanlar da xəbəri oxumadan savadsızcasına deyirlər ki, sosial veriliş bir insanın ölümünə səbəb oldu. Məsələ belə olmayıb.
Hətta Rühəngiz bir dəfə də gəldi dedi ki, Amillə görüşmək istəyirəm. Efirin başlanmasına az vaxt qalmış studiyadan kənarda görüşdüm, xanım ağzına su alıbmış və məni görəndə suyu üstümə püskürtdü, daha sonra qışqırdı ki, sən mənim olacaqsan! Bu hərəkəti son damla oldu, ondan sonra dedim ki, xanımı qapıdan buraxmasınlar. Mənim hüquqi tərəfdən heç bir səhv addımım olmayıb, indi haqqımda bu cür danışılmağı psixoloji cəhətdən pis təsir edir, çünki insanlar bilib-bilmədən məni ittiham edirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1257 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
00:20 0 Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl
24.10.2026 198 İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident
24.10.2026 71 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 180 Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 0 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
24.10.2026 169 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində
24.10.2026 293 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
24.10.2026 179 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24.10.2026 186