Əllərdən başlayan gözəlliyin yaratdığı təhlükələr - ARAŞDIRMA

Əllərdən başlayan gözəlliyin yaratdığı təhlükələr - ARAŞDIRMABelə bir fikir var ki, qadının gözəlliyi əllərindən başlayır. Uzun və baxımlı dırnaqlar qadına xüsusi gözəllik verir. Günümüzdə işgüzar xanımların ağır iş rejimi dırnaqlarına qulluq etmək üçün vaxt da saxlamır. Bu mənada son illərdə xüsusən dəbə düşən manikür xidməti xanımların dadına çatır. Bəzən çox gözəl bəzəkli - dizaynlı dırnaqları görürük ki, sanki onun bir sənət əsəri olduğu, üstündə rəssamın işlədiyi gəlir ağlımıza. Bəs belə gözəl dırnaqlara sahib olmaq xanımlara neçəyə başa gəlir?

"Kaspi" qəzetinin mövzu ilə əlaqədar məqaləsində deyilir:

Manikür xidmətinə aid olan dırnaq qaynağı ilə bağlı fikirlər birmənalı deyil. Kimi deyir ki, "əladır, rahatdır, gözəldir". Kimi də deyir ki, "olmaz, orqanizmə ziyandır". Hətta bunun müəyyən xəstəliklər törətdiyini israrla deyənlər də var. Bu səbəbdən, sterillik çox önəmlidir.

Sertifikatı olmayan "ustalar" çoxdur

Manikür tədrisi üzrə təlimçi və texnoloq İlkanə Həsənova deyir ki, hazırda salonlarda sertifikatı olmayan "ustalar" çoxdur: "Dırnağını gözəlləşdirmək istəyən xanım öncə xidmətindən istifadə edəcəyi salonu araşdırmalıdır. Bilməlidir ki, dırnaq ustasının bu iş üçün sertifikatı var, yoxsa yox. Bunun üçün salon rəhbərliyi məsuliyyət daşıyır. Onlar sertifikatı olmayan dırnaq ustasını işə götürməməlidirlər. Müştəri ustanın iş təcrübəsi ilə də maraqlanmalıdır. İki ildən az təcrübəsi olan ustanın yanına getmək məsləhət deyil. Bundan başqa, xanımlar ustanın istifadə etdiyi məmulatları da bilməli və mütləq araşdırmalıdırlar. Steril olmayan alət və məhsullarla işləyən "usta" müştəriyə infeksiya sala və xəstəlik yoluxdura bilər. Ona görə də salon və usta seçəndə xanımlarımız çox diqqətli olmalı, bu işə ciddi yanaşmalıdır. Usta müştərinin dırnağını həm gözəl düzəltməli, həm də onu narahat edən suallara düzgün cavab verə bilməlidir".

Kimlər daha diqqətli olmalıdırlar?

"Şellak, gellak və s. dırnağın özünə çox yaxşı təsir edir", - deyir təlimçi: "Çünki dırnaq özü heç nəsiz olanda sanki müdafiəsiz qalır. Ona görə də bu, əslində həm dırnaqların gözəlliyi, həm də sağlamlığı üçün yaradılıb. Dırnaq qatı hər kəsdə müxtəlifdir. İş düzgün aparılsa, əslində dırnağı qoruyur. Necə ki, geyim insan bədənini istidən, soyuqdan qoruyur, o cür də bu".

İlkanə xanım dırnaq qaynağının ziyanından da danışdı: "Müəyyən xəstəliklər var ki, onların daşıyıcılarına bunu etmək olmaz. Məsələn, şəkərli diabet xəstələrini götürək. Onlara çox incə manikür etmək, qanatmamaq lazımdır. Çünki risk qrupuna daxildirlər. Bundan başqa, onların dırnağında qaynaq haradasa bir həftə, on gün qalır".

Məsləhətli don gen olar

Xanımlar arasında salon seçimi, adətən, məsləhətlə olur. Yəni bəyəndikləri ustanı bir-birilərinə tövsiyə edirlər. "Bəzən müştəri narazılıq edir ki, dırnağım tez qopdu. Bunun günahı tək ustada deyil. Elə xanımlar var ki, dinc durmur, dırnağını dartışdırır. Estetik tərəfdən yanaşsaq, dırnaq baxımı xanımların dırnaqlarının gözəl görünməsini təmin edir. Xanımlar əvvəlki zamanlardakı kimi dırnaq manikürünə, boyanmasına çox zaman və əmək sərf etməli olmurlar", - deyə təlimçi bildirir.

Həkim məsləhəti

Dermatoloq Kamil Qurbanov isə deyir ki, dırnaq qaynağı prosesi kimyəvi müdaxilədir: "Dırnağın üstünə "dırnaq" qoyan zaman istifadə olunan maddələrdən dəridə allergik reaksiya yaranma ehtimalı var. Nəticədə bu, allergik dermatit və ekzema xəstəliyi yarada bilər. İkincisi, dırnaq qoyan zaman dırnağın və dırnaq ətrafının zədələnməsindən müxtəlif infeksiyaların düşməsi də mümkündür. O cümlədən göbələk və bakterial infeksiyalar. Prosedur zamanı dərinin qanla ləkələnmiş alətlərlə işlənməsi ciddi infeksiyalara da yol aça bilər. Hepatit B, S, QİÇS kimi qanla keçən xəstəliklərə yoluxmaq mümkündür. Buna görə də dırnaq qoyma zamanı prosesə nəzarət etmək lazımdır. Sterilliyə, gigiyenaya diqqət edilməli, birdəfəlik alətlərdən istifadə olunmalıdır. İltihab olmasın deyə dəri, dırnaq zədələnməməlidir".

Qiymətlər niyə fərqlidir?

Manikür xidmətləri 20-60 manat aralığında və bəzən də daha baha qiymətə təklif edilir. Qeyd etmək lazımdır ki, manikür prosesində istifadə olunan bütün materiallar, əsasən Çin istehsalıdır. Yəni müxtəlif salonlarda eyni prosedurun qiymət fərqi istifadə olunan materiallardan daha çox, onun hansı salonda, hansı usta tərəfində həyata keçirilməsindən asılıdır. Əgər salon şəhərin mərkəzində yerləşirsə, deməli, onlar həmin yer üçün daha çox icarə haqqı ödəyirlər. Analoji olaraq xidmətin qiymətini də yüksək edirlər. Amma şəhərin mərkəzindən bir qədər kənara çıxanda qiymətin nisbətən düşdüyünün şahidi oluruq. Həmçinin ustadan ustaya da fərq var. Əgər dırnaqlarınızı peşəkar manikür ustası düzəldirsə, xidmət haqqı hələ təzə öyrənən və özünə müştəri yığmaq mərhələsində olan gənc ustanın xidmət haqqından, əlbəttə ki, baha olacaq. Bir vacib məqam da var ki, dırnaq düzəltdirən xanımın istəyindən asılı olaraq dırnağın üstünə vurulan bəzək də əlavə ödənişə səbəb olur. Amma istənilən halda, mütləq şəkildə ilk növbədə sterilliyə diqqət edilməlidir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1149   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.