"Makler evləri" ilə bağlı narazılıqlar artır - ŞƏRH

"Makler evləri" ilə bağlı narazılıqlar artır - ŞƏRHSənədsiz evlərin sayğaclaşdırılması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Bəs bu qaydalar "makler evləri" biznesinə hansısa formada təsir edibmi?

Yəqin ki, elan saytlarında "makler evi deyil" tipli yazıları çoxumuz görmüşük. Sosial şəbəkələrdə də bu evlərlə bağlı xeyli şikayətlər mövcuddur. İnsanlar bu cür evləri alıb aldadıldıqlarını qeyd edirlər. Həmçinin bu evlər adətən sənədsiz olur. Artıq sənədsiz evlərlə bağlı da yeni qaydalar tətbiq edilir. Bu qaydalara görə, sənədsiz evlərdə kommunal xidmətlərlə bağlı sayğac quraşdırılması mümkün olmayacaq. Məlum qaydalar "makler evləri" biznesinə hansısa formada təsir edibmi?

"Bu qərar iki aya yaxındır ki, verilib"

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, "makler evləri" ilə bağlı şikayətlər hər il artır:

"Bu evləri alan vətəndaşlar müxtəlif problemlərlə üzləşirlər. Şəhərdən kənar ərazilərdə bu prosesə effektli nəzarət mümkün deyil. Sayğaclaşma ilə bağlı qadağaların nə dərəcədə effektli olacağını isə zaman göstərəcək. Bu qərar iki aya yaxındır ki, verilib. Sənədsiz evlərlə bağlı yeni qaydaların əhatə dairəsi genişləndikcə, bundan agah olan şəxslər daha çox sənədli evlərə üstünlük verəcəklər".

E.Azadovun fikrincə, "makler evləri" ilə bağlı problemlərin yaranmasının digər səbəbi daşınmaz əmlakın həddindən artıq bahalaşmasıdır:

"Vətəndaşların gəlir səviyyəsi bu artıma uyğun deyil. İş adamları daşınmaz əmlak alıb bizneslərini inkişaf etdirə bilmirlər. Daşınmaz əmlakın bahalaşması bu cür işbazların əl-qolunu açır, daha çox qazanmalarına şərait yaradır".

Problem son beş ildə daha da böyüyüb

Əmlakçı Mülkədar Rüstəmov bildirib ki, bu problem son beş ildə daha da böyüyüb. İşbazlar bu işdə qazanc olduğunu görərək, ucuz qiymətə torpaq alırlar:

"Kiçik torpaq sahəsində faktiki olaraq iç-içə bir neçə keyfiyyətsiz ev inşa edirlər. Həmin evlərin problemi ən çox payız aylarında üzə çıxır. Xüsusilə Masazır, Ramana, Sabunçu, Xırdalan, Binə, Məmmədli, Zabrat kimi kənar ərazilərdə boş torpaqlar var. Bu torpaqlarda tikilən evlər payız aylarında nəm çəkir, sonra isə çat verir. Aztəminatlı gənc ailələr əziyyətlə yığdıqları pulla bu evləri ucuz qiymətə alsalar da, sonra peşman olurlar. Bəzən bu evləri bir neçə şəxsə satırlar. Hələ də məhkəmələrdə belə çəkişmələrin şahidi oluruq".

Bu evlərə çıxarış verilmir
M.Rüstəmovun sözlərinə görə, bu evlərin əksəriyyəti kənd təsərrüfatı, sənaye məqsədli torpaqlarda inşa edilir ki, nəticədə həmin evlərə müvafiq qurumlar tərəfindən çıxarış verilmir:

"Bakı ətrafındakı qəsəbələrdə bu cür evlərin sayı gündən-günə artır".

Əmlakçı bildirib ki, "makler evləri"nin bünövrəsində də problemlər olur. Qanunla bünövrə qazılıb kəmər atılmalıdır. Tikinti qaydalarına əməl edilməlidir ki, tikilən ev daha təminatlı olsun:

"Makler evləri" isə tək daşla tikilir. Torpağın zamanla yatması nəticəsində evlərdə çatlar yaranır. Kommunal xətlər də quraşdırılarkən ucuz avadanlıqlardan istifadə edirlər. Elektrik kabelləri gərginliyə tab gətirmir. Su boruları, kanalizasiya xətlərində problemlər yaşanır".

Əmlakçının sözlərinə görə, yeni qaydalar qüvvəyə mindikdən sonra bəzi dələduzlar sayğac quraşdıracaqlarını söz verərək insanları aldadırlar:

"Lakin insanlar belə vədlərə inanmasınlar. Məlum qərar bu evlərə olan tələbatın azalmasına qismən də olsa təsir edə bilər. Amma burada əsas iş icra hakimiyyətləri, xüsusilə bələdiyyələrin üzərinə düşür. Onlar həmin ərazilərə nəzarət etməli, tikintilərə icazə verməməlidirlər".

Ucuz qiymətə aldanmayın

M.Rüstəmovun insanlara məsləhəti odur ki, ucuz qiymətə aldanaraq "makler evləri" almasınlar:

"Torpaq sahəsi alaraq evi özünüz tikin. Ev almaq istəyirsinizsə, mütləq çıxarışı olanını seçin. Çıxarışın təyinatına baxmaq lazımdır ki, torpaq hansı məqsədlər üçün nəzərdə tutulur. Torpaq aldıqda da çıxarışlı alın. Sənəddə aldığınız torpağın yaşayış və ya xüsusi mülkiyyət məqsədli olduğu qeyd edilməlidir. Tikəcəyiniz evin eskizini hazırlayaraq müvafiq quruma göndərin. Proses bir qədər uzun çəksə də, işiniz daha keyfiyyətli və təminatlı alınacaq".

"Makler də qazanc götürməlidir, ya yox?"

Makler Cavid Səmədov isə bildirib ki, onlar heç vaxt bahalı məhsul almırlar. Çünki qazanc da götürməlidirlər:

"Makler aldığı evi təmir etdirərkən divar kağızını 50 manata yox, 25 manata alır. Amma şəxsi tikintidə evin sahibi belə şeylərə diqqət edir. Bu o demək deyil ki, makler təmir edirsə, keyfiyyət aşağıdır. Təmir normal olur, sadəcə bahalı məhsullar istifadə edilmir. Makler həmin evdən pul da qazanmalıdır. Təbii ki, şəxsi tikili olanda daha keyfiyyətli ev ortaya çıxır".

C.Səmədovun sözlərinə görə, bu vaxta qədər tikdikləri evlərə sayğac quraşdırarkən problem yaşamayıblar: "Maklerlər sənədsiz ev almamağa çalışırlar. Bələdiyyənin sənədi ilə torpaq alırlar. Adi insanlar da belə torpaqlar əldə edərək evlərini özləri tikib yaşayırlar. Heç bir problem olmur, bütün sayğaclar da quraşdırılır. Makler evə sənəd almır, amma torpağın sənədi olur. Evə sənəd alıb-almamaq insanın öz seçiminə qalır. Onsuz da bu evləri alan insanlar bahalı ev almaq imkanında olmayanlardır. Bu səbəbdən maklerlər də evləri az xərclə tikirlər ki, insanlar onu almaq imkanında olsunlar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1195   Tarix: 09 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.