"Rasim Balayev məşhur aktyordur, amma idarəçiliyi bacarmır"

"Rasim Balayev məşhur aktyordur, amma idarəçiliyi bacarmır"Tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ İdarə Heyətinin katibi Oktay Mir-Qasım Xalq artisti Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsinə münasibət bildirib.

Axşam.az xəbər verir ki, rejissor bununla bağlı "Report"un sualını cavablandırıb. O.Mir-Qasım Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını deyib:

"Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır. Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir. O, sadəcə kağızlara qol çəkirdi. Bunu cəsarətlə deyirəm. Çünki mən onunla dostam, filmlərimdə də çəkilib. Uzun illərdir, eyni istiqamətdə çalışırıq. Amma düzünü demək lazımdır".

Qeyd edək ki, AKİ (Azərbaycan Kinematoqrafçılar İttifaqı ) və ARKİ-nin (Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının) birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da iki qurumun idarə heyətlərinin birgə iclası keçirilib və birləşmə haqqında birgə bəyanat qəbul edilib. AKİ 1963-cü ildən fəaliyyət göstərir, İdarə Heyətinin sədri Xalq artisti Rasim Balayev idi. ARKİ isə 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədova idi.

İki kino ittifaqı birləşib və yeni təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olub. İttifaqın sədri Xalq artisti Rasim Balayev seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1330   Tarix: 07 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

İordaniyada cümə günü Əl-Kərək əyalətindəki kilsə yaxınlığında dəfn mərasimi zamanı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalı məlumat yayıb. Həmçinin 27 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdə

24.10.2026 189
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24.10.2026 183
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

00:20 126
.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24.10.2026 186
.

Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto

ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo

24.10.2026 157
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

24.10.2026 228
.