Namiq Qaraçuxurlunun 500 minlik maşını qalmaqal yaratdı
Son vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olub.
İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər.
Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 min manatlıq "Bentley" markalı avtomobili müzakirə mövzusudur.
Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb:
"İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim "mənzilin açarını verin, üç gün orada qalım".
Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim "Ford-focus" markalı avtomobilin 11 "yaşı" var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz. Allaha şükür edirəm ki, yaxşıdır, bu da var. Olmayanlar nə etsinlər?"
Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə ulduz demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb:
"Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə "məşhurdur", nə də ulduzdur. Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar. Onlar da orada-burada müsahibə verib, görməmiş kimi var-dövlətlərini camaatın gözünə "soxurlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1813 Tarix: 06 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVelizar yeni konsertə hazırlaşır!
Son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan mövzulardan biri də fenomen Velizarın Gəncə şəhərində planlaşdırılan konsertinin baş tutmaması oldu. Ötən ay yayılan məlumatlara görə, Velizar məşhur ifaçı Rəqsanə ilə birlikdə Gəncədə səhnəyə çıxacağını açıqlamış və bu tədbir üçün öz izləyici kütləsin
05.05.2026 510 Bakıda müğənni əməliyyatdan sonra öldü
Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub
05.05.2026 469 Alena Əliyevanın tələbələrlə səmimi görüşündən - Fotolar
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva İ.K.Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetinin tələbələri və Kiyev Milli Akademik Operetta Teatrının rəhbərliyi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Sözügedə
05.05.2026 437 Partlayışda xəsarət alan həkim öldü
Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini
05.05.2026 511 Azərbaycanla yollar tam açılacaq - Paşinyan
Azərbaycanla bir-birimiz üçün yolları tam açmağımız, eyni zamanda, Türkiyə ilə sərhədlərin açılması çox vacibdir və bunun baş verəcəyinə heç bir şübhəm yoxdur. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Aİ sammitinin yekunları ilə bağlı Avropa İttifaqı Şurasının Prezident
05.05.2026 331 DİQQƏT! Qızıl bahalaşdı
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb. xəbər verir ki, qızılın COMEX-də iyun ayı üzrə fyuçersləri 0,33% və ya 15 dollar artaraq 4 548,30 ABŞ dollarına, spot qızıl isə 0,36% və ya 16,23 dollar bahalaşaraq 4 538,14 ABŞ dollarına yüksəlib. Platin isə 1,41% və ya 27,39 dollar artaraq 1 974,11 ABŞ dolların
05.05.2026 311 Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir
İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy
10:41 109 Oğlunuzu zəif iradəli böyütmək istəmirsinizsə... bu ifadəni deməməlisiniz
Bəzən qısa bir cümlə oğlan uşağının özünə inamını illərlə verilən tərbiyədən daha tez sarsıda bilər. Ən təhlükəlisi isə odur ki, valideynlər bunu fərq etmədən deyirlər və bu sözlər uşağın yaddaşına həkk olunur. xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar bu cümləni ən təhlükəlilərdən biri hesa
05.05.2026 391 Ukraynanın Naftogaz qaz istehsal zavodlarında Rusiyanın dron və raketləri beş nəfəri öldürüb
Şirkətin baş icraçı direktoru çərşənbə axşamı bildirib ki, Rusiyaya məxsus dronlar və raketlər Ukraynanın dövlət enerji şirkəti Naftogazın Poltava və Xarkov vilayətlərindəki qaz istehsalı müəssisələrinə hücum edib, nəticədə üç işçi və iki xilasetmə işçisi həlak olub. BİG.AZ Reuters-ə istinadən xəbə
05.05.2026 226