Sizi yaşadığınız evdən çıxara bilərlər - Mənzil sahibləri vergidən necə yayınır?
Mənzillər kirayə verilərkən bəzən tərəflər müqavilə bağlamadan şifahi razılığa gəlirlər. Bu, həm kirayəyə verən, həm də kirayəçi üçün gələcəkdə yarana biləcək problemlərin hüquqi yolla həllində çətinlik yaradır.
Ümumiyyətlə, mənzil kirayə verərkən nələrə diqqət etmək lazımdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov TNS-ə deyib ki, ölkədə hər bir vətəndaş əldə etdiyi gəlirdən vergi ödəməlidir.
"Daşınmaz əmlak sahəsində mənbədən tutulan vergi 14 faiz təşkil edir. Hər bir vətəndaş daşınmaz əmlakdan qazandığı məbləğin 14 faizini vergi şəklində ödəməlidir. Amma ölkə iqtisadiyyatında önəmli rola sahib olan daşınmaz əmlak bazarında vergi sahəsində problemlər var. Vətəndaşlar vergi qanunvericiliyinə əməl etmir. Mənzilini kirayə verən vergidən yayınır. Gələcəkdə tərəflər arasında hansısa problem ortaya çıxdıqda isə çətinlik yaranır. Məsələn, kirayənişin mənzili qarət edə, orada istənilən sayda şəxslər yerləşdirə, kirayə pulunu gecikdirə, hətta heç bir ödəniş etmədən gizli evdən çıxa bilər. Onun mənzili yararsız hala salması ehtimalı da var. Kirayə verən şəxslər üçün belə risklər mövcuddur", - deyə o bildirib.
Ekspert icarəyə götürən şəxslər üçün də müəyyən risklərin olduğunu deyib: "Məsələn, gözlənilməz halda ev sahibi onu mənzildən çıxara, qiyməti artıra bilər. Bundan başqa, vətəndaşın yaşadığı ünvan dəyişəndə mütləq qeydiyyat ünvanı da dəyişilməlidir. Mənzil sahibinin razılığı olmadan isə kirayə qaldığı ünvana qeydiyyata düşməsi mümkün deyil. Qeydiyyat yaşayış üçün önəmlidir, əgər vətəndaşın qeydiyyatı yoxdursa, səsvermədə iştirak etməkdə, övladını məktəbə yerləşdirməkdə və s. problemlərlə üzləşə bilər".
Elnur Azadov xatırladıb ki, icarə müqaviləsi müddətli olur. İcarə müqaviləsində müddət, qiymət, yaşayacaq şəxslərin siyahısı, evdəki əşyalar göstərilir: "Həmçinin qiymətlərin hansı müddətədək dəyişilməyəcəyi qeyd olunur. Kirayə verən şəxs mütləq evdəki əşyaların siyahısın tutmalıdır. Mənzil təhvil verilərkən sayğacların göstəriciləri müqavilədə əks olunmalıdır. Həmin tarixə olan ödənişlər sahibkar tərəfindən sıfırlanmalı, yəni tamamilə ödənilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 754 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 186 Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
00:33 123 Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal
24.10.2026 228 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
24.10.2026 184 Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd
24.10.2026 214 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 129 Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb
24.10.2026 183 İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident
24.10.2026 132 Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
00:14 133