"Anasının hərəkətindən çox utanırdı" - İntihar edən 13 yaşlı qızla bağlı İDDİA
Xəbər verdiyimiz kimi, ötən gün Bərdədə 13 yaşlı qız intihar edib. Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü F.C.-nin meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.
AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə Quliyeva ilə əlaqə saxlayıb.
Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti yaxşı olub və tədbirlərdə aktiv iştirak edib.
"Oxumasına görə orta səviyyədə olan şagird idi. Tədbirlərimizdə fəal çıxış edirdi. Psixoloji durumunda pozğunluq hiss etməmişdik. Sakit, başıaşağı qız idi. Ondan yaşca kiçik qardaşı da bizim şagirddir. Qızın dərsə davamiyyəti çox yaxşı idi. Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə göndərmişdik. Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb qalıblar. Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə verməmişəm. Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı" .
Direktorun sözlərinə görə, F. C.-nın anası evdar qadındır, atası isə əvvəllər kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur.
" Valideynləri intiharla bağlı bir söz demirlər. Camaat danışır ki, qız 3 gün bundan öncə deyirmiş ki, özünü öldürəcək. Hərə bir iddia səsləndirir ".
Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, F.C.-nin ailəsində problemlər olub və tez-tez münaqişə edirmişlər. Son mübahisə də elə intihardan 3 gün əvvəl olub.
Hətta 3-4 ay bundan öncə F.C.-nin anası yoxa çıxıbmış. Ailəsi uzun müddət onu axtarıb. Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb. Bu müddət ərzində uşaqların qayğısına nənə qalırmış.
Ailədələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə şagirdlərlə söhbət aparıbmış.
Adının çəkilməsini istəməyən kənd sakini: "Görünür, qız anasının hərəkətindən çox utanırmış. Məktəbdə də tək gəzirmiş. Başını qaldırıb heç kimin gözünün içinə baxmırmış. Yaşından böyük yük çəkirmiş".
Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1946 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?
"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar
17.09.2021 2089 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880