Məleykə AĞLADI: "Anam məni məcbur etdi ki, ailə qurum" – VİDEO
"Əvvəlcə atamı, daha sonra isə anamı itirdim. Onların ikisi də ürəyindən dünyasını dəyişib. Ailə həyatımı anama görə qurdum. O vaxt anam mənə söyləyirdi ki, mən gedəcəyəm, sən tək qalma... Hər şey nə olursa, qismətdir. Olmalı imiş... Nə yaxşı ki, Gülər qızım var. Nə yaxşı ki, anam məni məcbur etdi ki, ailə qurum. O anda həyat yoldaşım yanımda idi. Amma ruhən hər zaman tək idim. Qızım dünyaya gələndən sonra həyatım doldu".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artist Məleykə Əsədova qonaq olduğu "O üz" verilişində danışıb.
Sənətçi bildirib ki, anası dünyasını dəyişəndən sonra həyatı dəyişib və çox şeyləri itirib:
"Anamın sağlığında ətrafımda insanlar çox idi. Bilmirəm, nə idi... Anam dünyasını dəyişəndən sonra həyatımdan hər şey getdi. Həyatımda çox şeyi itirdim. Hətta çox-çox (ağlayır)... Anamdan sonra insanları tanıdım. Öz dünyama çəkildim. O balaca dünyama... O dünyada qızımla mən varam. Həyat keşməkeşlidir. Bu çətin həyatda zirehli paltar geyinib övladımı qoruyuram... İstəyirəm ki, o, addımlarını düzgün atsın".
Aktrisa ona pislik edənlərdən də söz açıb. Məleykə o şəxsləri Allahın məhkəməsinə tapşırıb:
"Hər zaman deyirəm ki, kim mənim haqqımı düşünürsə, kim haqqımda doğru-düzgün danışırsa, qəlbində düzgün fikirləri varsa, Allah o insanları qorusun. Kim mənə pislik edirsə, o qədər görürəm ki... Haqsız danışanların, yolumu kəsənlərin qarşısında hər zaman başımı uca tuturam... Mən aktrisayam və hər zaman da var olmalıyam. O insanları da qoy, Allah özü bilsin. Tək başına, zəhmətimlə vuruşaraq, bir gözüm ağlayıb, bir gözüm evdə gülərək övladıma doğru-düzgün, savadlı addım atmağa öyrədirəm".
Əsədova qızı Güləri sosial şəbəkələrdən uzaq tutmasının səbəblərindən də danışıb:
""Kaş, belə olmazdı" dediyim zamanlar çox olub. İnsanlar çox çətin olub. Özümüz görürük hər şeyi. Ona görə qızıma sosial şəbəkələrdən istifadə etməyə icazə vermirəm. İstəmirəm ki, o, mənfi şeylər görsün".
Aktrisa xoşbəxt ana və aktrisa olduğunu dilə gətirib:
"Mən xoşbəxt ana və xoşbəxt aktrisayam. Ümid edirəm ki, sona kimi xoşbəxt ana olaram. Xoşbəxtlik məhvumu anlarla olur. Tam xoşbəxt ola bilmərəm. Həyatdır, yaxşı da olar, pis də... Kaş ki, insanlar bir-birinə pislik etməsəydi".
Xalq artisti sosial şəbəkədə mənfi şərhləri oxumadığını bildirib:
"Mən heç zaman mənə sosial şəbəkə hesabında yazılan neqativ şərhləri oxumuram. Mənə elə gəlir ki, o insan ki, ağzını açıb nələrsə danışırsa və ya nələrsə yazırsa, o öz daxili dünyasını büruzə verir. Normal insan belə şeylər edərmi? Qoy, Allah bilsin. Mənim məhkəməm Allahdır. Mən özümü kiçildib aşağıya cavab vermərəm".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"
"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə
16.09.2021 3763 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO
Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas
16.09.2021 7167 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb
Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır
16.09.2021 2690 Beyonsun 500 milyonluq özəl günü - Fotolar
Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar
16.09.2021 2230 Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147