Ofisiantlıqdan məşhurluğa yüksələn, ölüm ayağında tək qalan İbrahim Erkal - VİDEO
Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışı Türkiyənin tanınmış müğənnisi İbrahim Erkala həsr olunub.
İbrahim Erkal 10 oktyabr 1967-ci ildə Ərzurumda Əbubəkir Erkal və Xədicə xanımın ailəsində anadan olub.
O, məktəb illərindən bağlama, mandolina və fleyta çalaraq musiqini öyrənməyə başlayıb. Orta məktəbi bitirdikdən sonra Ankarada solfecio və not dərsləri alıb. Daha sonra Ankaranın müxtəlif məkanlarında çıxış edib.
İlk albomundan əvvəl Ərzurum türkülərindən ibarət "Sərxoş Baki" adlı albomunu İbrahim Gözəlsəs adı ilə çıxartdı. 1987-1988-ci illərdə İstanbul Kalender Ordu klubunda solist olaraq hərbi xidmət keçir. Təhsilini İstanbulda Teldən Dilə Musiqi Mərkəzində davam etdirir.
1991-ci ildə pianoçu və ud ifaçısı kimi fəaliyyətə başlayır. 1992-ci ildə Tekirdağın Kumbağ rayonunda 1 il ofisiant işləyir. Həmin ilin sonunda İstanbula qayıdıb musiqi mərkəzində müəllim dostları ilə birlikdə "Tutqu" albomunu hazırlayır.
1993-cü ilin əvvəlində əlində hazır albomu ilə səsyazma studiyalarına yollanır, lakin albomunu heç kimə bəyəndirə bilmir. Hər yerdən əlini üzüb Ərzuruma qayıtmaq üzrə ikən albom İskəndər Ulusun qarşısına çıxır. Onun sayəsində "Tutqu" adlı ilk albomunu çıxarır.
Albomu çıxdıqdan sonra o, ofisiant işlədiyi restoranda ud ifaçısı və solist kimi fəaliyyətə başlayır. 1994-cü ildə "Sıra məndə-ağlımdasan" adlı 2-ci albomunu çıxarır.
1996-cı ildə "Könlünüzə talibəm" adlı 3-cü albomu çıxdı və albomdakı "Canısı" mahnısı ilə bütün Türkiyədə məşhurlaşdı. Elə həmin il rejissor Təməl Gürsunun çəkdiyi "Canısı" filmi ekranlara çıxdı. Rejissoru yenə də Təməl Gürsu olan 26 bölümlük "Canısı" serialı da televiziyada reytinq rekordları qırdı.
1997-ci ildə "Sırılsıklam" adlı 4-cü albomu ilə yüksək satışa nail olur. Daha sonra Təməl Gürsunun çəkdiyi 32 bölümdən ibarət "Sırılsıklam" serialı ilə də uğurunu davam etdirir.
2001-ci ildə İbrahim "Su kimi" albomunu çıxarır. 2002-ci ildə "Bu şöhrəti sevmədim" adlı şeir kitabını çap etdirir. Elə həmin il "Eşqnamə", 2004-cü ildə isə "Könül limanı" adlı albomlarını çıxarır.
İbrahim Erkal Mövlanə və Yunus aşiqi idi. Təsəvvüflə yaxından maraqlanmış, bu fəlsəfəni həmişə mahnıları ilə həyatında əks etdirmişdi.
İbrahim 2003-cü ildə Filiz Akgünlə ailə qurub. Dilara adlı qızı, Eralp adlı oğlu var.
İ.Erkal 2017-ci il aprelin 12-də evinin dayanacağında qan təzyiqinin düşməsi nəticəsində yıxılır, başı yerə dəyir, beyin qanaxması keçirir və reanimasiyaya yerləşdirilir.
Mayın 9-da İ.Erkalın beyin ölümü qeydə alınır. O, 2017-ci ilin mayın 11-də müalicə aldığı Ümraniyə Təhsil və Araşdırma Xəstəxanasında 50 yaşında dünyasını dəyişir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÖzcan Dəniz hakim qarşısına çıxdı
Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət
16.09.2021 1271 Əməkdar artist vəfat etdi - FOTO
Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf
16.09.2021 7387 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 AzTV-nin Ceyranı ad günü etdi - Fotolar
AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy
18.09.2021 9970 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 İkinci əl geyimlər aldığını etiraf etdi
Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad
18.09.2021 6939 Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO
Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər
18.09.2021 4536