Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLAR

Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARİspaniyanın Barselona şəhərində keçirilən 2024 Mobil Dünya Konqresi (MWC) mobil texnologiyaların sərgiləndiyi və sənayedəki ən son yeniliklərin vurğulandığı bir tədbir oldu. Dörd günlük tədbirin məğzinə 5G texnologiyalarının, generativ süni intellektin, bulud hesablamalarının ən son tətbiqləri daxildir. Tədbirdə 205-dən çox ölkə və bölgədən isə 100 mindən artıq insan iştirak edib.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARDünyanın dörd bir yanında texnologiya həvəskarlarının diqqətini çəkən bir tədbir olan "MWC 2024" tədbirində HONOR özünəməxsus yeniliyi ilə seçilir. Şirkət beynəlxalq media qurumları ilə görüşdə əsas hədəflərini açıqlayıb. Honor süni intellekt texnologiyası ilə bağlı əməkdaşlıq və texnoloji kommunikasiya strategiyasına start verib.Brendin "Magic Series" seqmentinin ən son modeli olan HONOR Magic6 Pro-nun təqdimatında ən maraqlı yeniliklərdən biri "Magic Portal" oldu. "Magic Portal" istifadəçi mesajlarını və davranışlarını anlamaq üçün süni intellektin gücündən istifadə edərək mürəkkəb tapşırıqları bir addımlı prosesə çevirir. Eyni zamanda, "Magic Capsule" ilə zənginləşdirilmiş Magic6 Pro istifadəçilərə vacib resurslara ani giriş imkanı verir və maksimum məhsuldarlıq üçün çoxsaylı proqramlar arasında naviqasiya ehtiyacını aradan qaldırır. HONOR Magic6 Pro həmçinin 50MP Ultra Geniş Kamera (f.2.0, EIS) və güclü 50MP əsas kamera (f/1.4 və f/2.0, OIS) ilə professional çəkilişi təmin edir. Bununla yanaşı HONOR Magic6 Pro səs, ekran, batareya xüsusiyyətlərində öz zirvəsini qoruyub saxlayır.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARDigər tərəfdən təkmilləşdirilmiş istifadəçi təcrübəsini daha yığcam bir cihaza gətirən marka, tədbirdə istifadəçilərinə ən yeni planşet Pad 9-u təqdim etdi. 20Hz yeniləmə tezliyi ilə diqqət çəkən 12,1 düymlük 2,5K HONOR FullView ekrana və HONOR Histen səs tənzimləmə texnologiyası və səkkiz dinamiki ilə diqqəti cəlb edir.

Süni intellektin inkişaf etdiyi bir dövrdə HONOR sənayenin qabaqcıl texnologiyalarını ictimaiyyətə çatdırmaq üçün tərəfdaşları ilə fəal əməkdaşlıq edir. Tədbirin açılışı zamanı HONOR smatfon ilə bərabər, insan mərkəzli təcrübələri gücləndirmək üçün platforma səviyyəli süni intellektlə təchiz edilmiş ən son AIPC-si HONOR MagicBook Pro 16-nı istifadəçilərə təqdim etdi. HONOR-un ən son texnoloji möcüzəsi olan Honor MagicBook Pro 16, texnologiya həvəskarlarının və noutbuk istifadəçilərinin uzun müddətdir gözlədiyi yeniliklərlə satışa çıxarıldı. HONOR MagicBook Pro 16 16 düymlük HONOR FullView Displey, 3072 x 1920, 100% DCI-P3 yüksək ayırdetmə qabiliyyəti ilə təchiz edilib. Bu komponentlər MagicBook Pro 16-ya nəinki yüksək performans təmin edir, həm də çoxlu tapşırıq və gərgin iş yüklərində belə üstün istifadəçi təcrübəsi verir.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARNəticə etibarilə, qlobal texnologiya brendi HONOR Device Co. Ltd. CEO-su George Zhao-nun tədbirdə verdiyi mesajlardan aydın olur ki, şirkət təkcə qabaqlayıcı texnologiyalara maraqlı deyil. Eyni zamanda gələcəyə dərin baxışla rəhbərlik edir. Şirkət tədbirdə əməkdaşlıqların və nailiyyətlərin əldə edilməsində kollektiv səyin vacibliyini vurğulayır. HONOR süni intellektin inkişafı üçün təhlükəsiz və etibarlı mühitin yaradılmasının vacibliyini diqqətə çatdırır. Tədbirdə istifadəçilərə təqdim edilən ən son modellər onu deməyə əsas verir ki, şirkət texnologiyadakı irəliləyişlərini məxfilik və təhlükəsizliyə xələl gətirmədən davam etdirir.

Qeyd edək ki, "HONOR"un Azərbaycan nümayəndəliyi tədbiri professionallıqla həyata keçirdi. Tədbir zamanı Azərbaycan mediası yüksək səviyyədə təmsil olunub və ən yeni texnologiyalar mətbuatda işıqlandırılıb. Azərbaycanda "HONOR" istifadəçilərinin sayı az deyil. Bu baxımdan gələcək sərgilərdə qarşılıqlı əməkdaşlıq xeyli güclənəcək. Bu möhtəşəm tədbirdə azərbaycanlı jurnalistlərin iştirakı təşkil edildiyi üçün "HONOR"un Azərbaycan nümayəndəliyindən Lamiyə xanıma və Nihal bəyə öz dərin təşəkkürlərimizi bildiririk.
Texnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLARTexnologiyanın sehrli möcüzəsi "MWC 2024"də HONOR-dan gəldi - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 860   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.