"Özünə hörmət edən kanal bu qədər səviyyəsizlik etməməlidir" - Media eksperti
"Azad Azərbaycan" kanalında yayımlanan Zaur Baxşəliyevin "Bizimləsən" verilişində efirə qatılan qadının anonimliyi pozulub. Belə ki, qadının maskası zorla üzündən çıxarılıb və kamera qadının üzünü çəkməyə davam edib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan media eksperti Azər Həsrət bildirib ki, burada media etikası ayaqlar altındadır. Efirə çıxan şəxsin anonimliyini pozmaq həm tərbiyəsizlik, həm də qanun pozuntusudur:
"Burada media etikası ayaqlar altındadır. Bu, media deyə biləcəyimiz bir davranış deyil. Vətəndaş efirə çıxır və öz anonimliyini qorumaq istəyirsə, ona bu şərait yaradılmalıdır. Yaradılmayacaqsa, efirə buraxmaya bilərlər, amma anidən üzünü açıb göstərmək, anonimliyi pozmaq çox böyük ədəbsizlikdir. Media etikasını bir kənara qoyuram, ümumiyyətlə, ədəbsizlik, tərbiyəsizlikdir. Üstəlik qanun pozuntusudur. Bəlkə üzünü gizlədənin ciddi səbəbi var, bəlkə kimsə onu təhdid edir, axtarır, öldürmək istəyir və s. Bu baxımdan media etikası ayaqlar altındadır və ümumiyyətlə bu tip verilişlər xüsusilə gənclərin və qadınların əxlaqını pozmağa davam edir. Təəssüf ki, illərdir belə verilişlərin efirdən yığışdırılması üçün çağırışlar edirik. Bu cür düşük səviyyəli verilişlərin milli əxlaqı pozduğunu deyirik. Amma kimlərsə 3 -5 manat pul və reytinq qazanacaq deyə hələ də qalıblar və təəssüflə qeyd etmək istəyirəm ki, böyük bir tamaşaçı auditoriyasını əsir ediblər. Özünə hörmət edən televiziya kanalı bu qədər səviyyəsizlik etməməlidir. Bəli, pul qazanmaq lazımdır, amma belə səviyyəsizliklə deyil".
Şəbnəm Lətifi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 13529 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakı Univermağında fəaliyyət göstərən restoranda oğurluq
Bakının Səbail rayonunda yerləşən köhnə Bakı Univermağında fəaliyyət göstərən restoranlardan birində baş vermiş oğurluq hadisəsi ilə bağlı məhkəmə hökmü elan edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə Bakı Univermağının daxilində fəaliyyət göstərə
24.07.2026 283 Qızıl və gümüş yenidən ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,52% azalaraq 4029.1 ABŞ dolların
24.07.2026 242 Rusiya Kiyevi raket atəşinə tutdu, paytaxtda partlayışlar baş verdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə növbəti raket hücumu həyata keçirib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, şəhər meri Vitali Kliçko bildirib ki, paytaxtın müxtəlif ərazilərində partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə düşüb. Ukrayna Silahl
24.07.2026 222 Səudiyyə Ərəbistanının Mülki Müdafiə Nazirliyi Yanbu əyalətində fövqəladə vəziyyət elan etdi
Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti bildirib ki, Yanbu əyalətində Fövqəladə Hallar üzrə Milli Erkən Xəbərdarlıq Platforması vasitəsilə sakinləri potensial təhlükə barədə xəbərdar etmək üçün xəbərdarlıq edilib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafi
10:13 0 Avropanın müdafiə sənayesi yeni yüksəliş dövrünə daxil olur
Financial Times yazır ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə artan gərginlik Avropa ölkələrini müdafiə xərclərini rekord səviyyəyə çatdırmağa vadar edib. Təhlildə qeyd olunur ki, bu proses müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sifariş portfelini əhəmiyyətli dərəcədə artırıb və yen
24.07.2026 240 Rumıniya hava məkanını pozan PUA-nı F-16 qırıcısı ilə vurub
Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsi ölkənin hava məkanını pozduğu bildirilən pilotsuz uçuş aparatını məhv edib. BİG.AZ DW-yə istinadən xəbər verir ki, Rumıniya Prezidenti Nikuşor Danın açıqlamasına görə, insident yerli vaxtla saat 11:00 radələrində qeydə alınıb. O bildirib ki
24.07.2026 219 Onlayn alış-verişdə hüquqlarınız necə qorunur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Elektron ticarətin sürətlə inkişafı ilə yanaşı, onlayn alış-veriş edənlərin sayı da ildən-ilə artır. Rahatlıq və vaxta qənaət baxımından üstünlük qazanan bu alış-veriş üsulu bəzi hallarda istehlakçıların məhsulun keyfiyyəti, çatdırılma, geri qaytarılma və ödənişlə bağlı problemlərlə üzləşməsinə səbə
24.07.2026 292 "QoçƏt" biabırçılığı - İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" marketlər şəbəkəsinə məxsus filialda baş verən son olay yerli istehlak bazarında qida təhlükəsizliyinin hansı acınacaqlı durumda olduğunu bir daha üzə çıxarıb. Tanınmış "QoçƏt" brendinə məxsus kolbasa məhsulunu alara
24.07.2026 325 Rus ordusu Xarkovda iki kəndi işğal etdi
Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov vilayətindəki Zaxarovka və İvaşkino üzərində nəzarəti ələ keçirib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
24.07.2026 247