İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər - Rüşvətalma GÖRÜNTÜLƏRİ
Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" Publik Hüquqi Şəxsin (PHŞ) vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmin şəxslərin qanunazid əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb
Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 805 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 105 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 115 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 126 Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
00:14 133 Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 125 Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
00:26 101 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 186 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
24.10.2026 271 Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
00:10 130