45 minə toya gedən Natiq Şirinov: "Əllərimdə çürümə gedir, 20 min dollar xərcləyirəm"

45 minə toya gedən Natiq Şirinov: "Əllərimdə çürümə gedir, 20 min dollar xərcləyirəm""45 min manat çox kiçik rəqəmdir. Elə məclis olub ki, 150-220 min manat qazanmışam".

Bunu Qaynarinfo-ya Xalq artisti Natiq Şirinov rəhbərlik etdiyi "Natiq" ritm qrupunun toy qiymətləri ilə bağlı danışarkən deyib.

O, sənətinin bu səviyyəyə gəlib çatmasına görə sağlamlığını itirdiyini bildirib:

"Vaxt var idi Natiq toya 10 manata gedirdi. Niyə ondan yazan yox idi? Mən nağaranın qiymətini 10 manatdan 220 min manata qaldıran sənətkaram. Nağara yox idi, amma mən onu əllərimlə dünyaya tanıtdım. Türkiyə sənətçisi Murat Boz Azərbaycana 400 min dollara gələndə heç bunu yazan olmadı, mənim toy qiymətimi elə tez yazırlar ki... Ledi Qaqa 2 milyona Azərbaycana gəlmişdi. Yaxşı ediblər, qiymətləri də odur və bu pulu onlara verənlər də sağ olsunlar. Nəyisə biz istəməklə deyil, gərək onu Allah versin. Amma mənim bu yolda sağlamlığım gedib".

Natiq Şirinov 200-220 min manatı konsertlərdən, tədbirlərdən götürdüyünü açıqlayıb:

"Bu boyda pulu toyda verməzlər. Biz məclisə 80 nəfərlə giririk və 45 min manat alırıq. Həmin tədbirlərdə Xalq artisti Alim Qasımov və "Mirvari" rəqs qrupunun üzləri də bizimlə birlikdə olur. Proqramımızda 10 yuxarı nömrə nümayiş etdiririk. Axırda aldığımız pulu 85 nəfərin arasında bölürük. Ondan mənə 1500 manat çata, ya çatmaya. Mən rəhbər olmadım ki, musiqiçimə 20 manat verəm. Bu gün musiqiçim bir tədbirə 300 manatdan aşağı getmir. Düz də edir. Mən düz adamam. Qazancımı niyə tək yeyim? Onlar da mənimlə əziyyət çəkir. Sağ olsunlar, bizdən yazanlar reklam edirlər".

Natiq Şirinov bir il əllərinə çəkdiyi müalicənin də məbləğini açıqlayıb:

"Gəlin, mənim əlimə baxın. 2004-cü ilə bu günə kimi hər il əlimdən müalicə alıram. Hər il mən 20 min dollardan çox əlimə müalicəyə pul verirəm. Niyə bunu yazmırsınız? Beynəlxalq festivallarda yer tutmaq, Azərbaycan nağarasını dünyaya tanıtmaq üçün əllərimi bu yolda qoydum. Festivallarda qələbə qazanmaq üçün əlllərimi nağaraya vurmaqdan çürümə getməyə başladı. Natiq ermənin əlindən nağaranı alan adamdır. Siz bunu görmürsünüz? Xalqıma canım qurban, dünyada mənim xalqımdan yoxdur. Mənim xalqım məni çox istəyir. Əllərimin qabarı ilə xalqıma xidmət edib, ailəmə çörək qazanmışam. Yüzlərlə Azərbaycan gənçini yetişdirib dünyaya yaymışam. Sənətkarın dəyəri öpüşlə, əl çalmaqla deyil ey, onun qiymətini maddiyatla ortaya qoyarlar. 200 min nədir ki? Bu nağara musiqi sənətinə verilən qiymətdir".

Qeyd edək ki, Xalq artisti Natiq Şirinovun rəhbəri olduğu "Natiq" ritm qrupunun toy qiymətlərini açıqlayıb. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir.

Natiq Şirinov toyda açılış və aş gətirmə mərasimində yer alırsa, 15 nəfərlik musiqiçi ilə 10 min manat tələb edir. Əgər gəlingötürdü, açılış, aşgətirdi və yallı istəyirsinizsə 25 min manat ödəməlisiniz. Qavaldaşı arzulayanlar 17 min manat ödəməlidir.

Məclisdə Alim Qasımov yer alarsa, bu qiymət 30 min manata yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət isə 45 min manatdır. Buna isə gəlingötürdü, Natiq Şirinov və Alim Qasımovun yer aldığı açılış mərasimi, aşgətirdi və yallı daxildir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3821   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.