Niyə kiməsə toxunanda bizi "cərəyan vurur"? - SƏBƏBİ AÇIQLANDI

Niyə kiməsə toxunanda bizi "cərəyan vurur"? - SƏBƏBİ AÇIQLANDISon vaxtlar bir çox insan "elektrik vurması"ndan şikayətlənir. Kimə toxunuruqsa, hara dəyiriksə bizi sanki yüngül elektrik cərəyanı vurur. Hətta bəziləri bunu daha kəskin şəkildə hiss edir. Çoxları iddi edir ki, buna sintetik geyimlər səbəb olur. Lakin bu da əsl səbəb deyil.

Bəs bu "elektrikvurma"nın əsl səbəbi nədir, nədən yaranır?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı ATU-nun Tibbi və bioloji fizika kafedrasının dosenti Nəzakət Kərimli açıqlama verib.

O deyib ki, bir çox insanın qarşılaşdığı "elektrikvurma" bildiyimiz sabit cərəyan mənbəyi deyil:

"Bioelektrik sahələr insanın əsas varolma səbəblərindəndir. Elektrik sahələri hər yerdə, hətta insan bədənində də mövcuddur. Elektrik hadisələri isə həyatın özü qədər qədim olan proseslər sırasındadır. İnsan öz mahiyyəti etibarilə elektrik strukturlu varlıqlara aid oluna bilər. Bu bizim bildiyimiz sabit cərəyan mənbəyi (batareya) və ya elektrik cihazlarını işlədən dəyişən cərəyan mənbəyi deyil. Sadaladığımız elektrik cərəyanları mənfi yüklü hissəciklərin, yəni elektronların nizamlı hərəkəti nəticəsində baş verir. İnsan orqanizmi isə tamamilə fərqli versiyada baş verən bioelektrik hadisələri əsasında fəaliyyət göstərir. Belə proseslərdə cərəyan əsasən müsbət yüklü ionların - natrium, kalium və kalsiumun nizamlı hərəkəti hesabına yaranır".

N.Kərimli əlavə edib ki, insan bədənindəki 40 trilyon hüceyrənin hər biri ayrılıqda aşağı gərginliyə malik kiçik elektrik batareyalarıdır:

"Sinir impulsu sürətlə sinir lifi boyunca yayılarkən neyrondakı kanallar açılır və bu kanallardan milyonlarla ion daşınır. Belə kütləvi yük miqrasiyası hesabına yaranan elektrik sahəsinin intensivliyi təqribən 1 V/m olur. Bu isə masştabca, bütöv bir ildırımın uzadılmış bir əldən digərinə ötürülməsinə ekvivalent hadisədir. Çəkilən misal insan bədənində fəaliyyət göstərən hər bir neyronun işinin önəmliliyini göz önünə gətirir. Məhz bu yolla beynin daxilində və onunla digər orqanlar arasında bütün siqnalların ötürülməsi baş verir. Bu isə insanın düşünmə, hərəkət, nitq və s. qabiliyyətləri, eləcə də insan bədəninin zədələndikdə ağrı hiss etməsi, yaralanan dərinin sağalması və digər hadisələrin izahında fundamental əhəmiyyətə malikdir.

Bioelektrik proseslərin nəticəsidir ki, insan turş və şirini differensasiya edə bilir və nə zaman susuzladığını anlayır. Ancaq bioelektrik proseslərin işi təkcə sinir sistemi ilə məhdudlaşmır. Son on illiklərdə məlum olub ki, elektrik siqnalları təkcə qəbuledici və idarəedici hüceyrələr tərəfindən deyil, həm də insan bədəninin bütün hüceyrələri tərəfindən istifadə olunur. İnsan dərisinin hər bir hüceyrəsi digər hüceyrələrlə əlaqəyə girərək məxsusi potensiallarının hesabına ümumi bioelektrik sahəsi yaradır. Yəni insanın sümükləri də daxil olmaqla, hətta onun dişinin də hüceyrələri bioelektrik xüsusiyyətlərə malikdir. Ümumiyyətlə, insan orqanları və onların epitel örtükləri də elektrik təbiətlidir və bu siyahıya qan hüceyrələrini də aid etmək olar".

Mütəxəssisin sözlərinə görə, aparılan son tədqiqatlar zamanı aydın olub ki, hətta ana bətnində olan döl tam formalaşana qədər fərqli tezlikli elektrik siqnalları yaradır:

"Dünyaya gələcək körpənin ana bətnində inkişafını təmin edən bu elektrik siqnalları, həmçinin insanın ölümünə səbəb olan xərçəng hüceyrələrini də təbii yolla, hüceyrə kommunikasiyası zamanı yanlış siqnalların (fərqli potensialların) söndürülməsi ilə aradan qaldıra bilir. İnsan bədənindəki proseslərin mexaniki və kimyəvi olduğu qədər də elektrik təbiətli olması fikirləri inkişaf etdirilsə, gələcək on ildə bu istiqamətdə böyük nailiyyətlər əldə oluna bilər. Söhbət bioelektrik siqnalların müxtəlif təsirlərini öyrənmək çərçivəsindən çıxıb, bu siqnalların təbiətini öyrənməkdən gedir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2256   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.