"Nikosayağı" vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, 6 ildən az cəza verilə bilərmi? - AÇIQLAMA

"Nikosayağı" vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, 6 ildən az cəza verilə bilərmi? - AÇIQLAMA"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

Vəfat edən şəxsin yaxınları təqsirləndirilən şəxsdən şikayətçi olmayanda azadlıqdan məhrum etmə müddəti azaldıla bilirmi?

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Nicat Şakirli vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, ona 6 ildən az cəza təyin oluna bilər:
"Nikosayağı" vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, 6 ildən az cəza verilə bilərmi? - AÇIQLAMA"Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni Nicat Şakirli vəfat edən şəxsin yaxın qohumları ilə barışsa ona 6 ildən az cəza təyin oluna bilər".

Vəkil qeyd edib ki, cinayətin qəsdən və yaxud ehtiyatsızlıqdan törədilməsi cəzanın ağırlığına əhəmiyyətli təsir edir. Yəni, ehtiyatsızlıqdan törədilən cinayətlərə hər zaman qəsdən törədilən cinayətlərdən daha yüngül cəza təyin olunur:

"Məsələn, avtoqəza nəticəsində şəxsin həyatını itirməsi ehtiyatsızlıqdan törədilən cinayətdir. Buna görə də, vəfat edən şəxsin yaxınları hadisəni törədənlə barışarsa, bu sonuncunun cəzasını yüngülləşdirəcəkdir.

Lakin, qəsdən adam öldürmə cinayətində ölən şəxsin yaxınları cinayət törədən şəxsi bağışlasa da bu gələcəkdə təyin olunacaq cəzaya çox da təsir etməyəcəkdir. Məsələn şəxsə 11 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəkdisə əvəzində 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilir. Ona görə ki, bu əməl cinayətin qəsd növündə törədilmişdir".

Şəbnəm Lətifi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1556   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

00:20 299
.

Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılmış ballistik raketi ələ keçirərək məhv edib. "Report" "Arab News"a istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türk

24.10.2026 224
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 277
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

24.10.2026 248
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas

00:25 286
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24.10.2026 225
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

00:27 329
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24.10.2026 292
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

24.10.2026 197
.