Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ
Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.
Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər.
Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətlərini təqdim edirik:
Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadratmetr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. Kürdəxanı qəsəbəsində satışa çıxarılan üçotaqlı mənzillərin qiyməti 56 min manatla 59 min manat arasında dəyişir. Ramana qəsəbəsində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.
Satış prosesinin 2023-cü il iyulun birinədək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin olduğu görünür. Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır.
Portala daxil olduqda ümumilikdə 1 621 mənzilin satışa çıxarıldığı qeyd edilib. Nazirlik isə ötən il 1 662 mənzilin satılacağını açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindın bizim.media-ya bildirilib ki, 1 621 mənzildən 300 mənzil satılıb:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı "ms.sosial.gov.az" portalında həyata keçirilir.
Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1 621 mənzili əhatə edir. Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib.
Sözügedən komplekslərdən üçü - Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir. Alıcılar tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notarial qaydada alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur. Yeni binalarda yerləşən həmin mənzillərin hər biri çıxarışlı və tam təmirlidir. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrindəki şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək".
Qeyd edək ki, bir il ərzində sözügedən mənzillərin təxminən 18-19 faizi satılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6389 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
24.10.2026 230 Ölü elan edilən körpə beş saat sonra morqda sağ tapılıb - Foto
ABŞ-də hovuzda boğulma təhlükəsi ilə üzləşdikdən sonra öldüyü elan edilən təxminən 18 aylıq oğlan uşağı bir neçə saat sonra xəstəxananın morqunda sağ tapılıb. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. Hadisə fevralın 8-də Gilbert şəhərində ailə məclisi zamanı baş verib. Vinsent Fyo
24.10.2026 282 Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu
00:00 270 Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
00:30 350 Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Polşa NATO çərçivəsində Amerikanın nüvə silahından birgə istifadə proqramına qoşulmağa çalışır və eyni zamanda bu sahədə əməkdaşlıq barədə Fransa ilə danışıqlar aparır. "Report"un Polşanın "WNP.pl portalına istinadən məlumatına görə, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamı
11:15 99 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
24.10.2026 206 Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən futbol üzrə FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimində iştirak ediblər. Prezidentin mətbuat xidməti tədbirdən görüntüləri paylaşıb. BİG.AZ paylaşımı təqdim edir:
01:25 301 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 318 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
24.10.2026 222