Paşinyan Fransanın diktəsi ilə oturub-durur - RƏY

Paşinyan Fransanın diktəsi ilə oturub-durur - RƏYErmənistanın baş naziri Nikol Paşinyan xüsusilə Münhen Təhlükəsizlik Konfransındakı görüşdən sonra Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirib.

Bu fikirləri "Report"a politoloq İlqar Vəlizadə deyib. O qeyd edib ki, əslində Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında daha konstruktiv danışıqlar olub:

"Lakin N.Paşinyan son çıxışları ilə danışıqların üstündən xətt çəkməyə çalışır. Bu, o deməkdir ki, Paşinyan əslində Fransanın diktəsi ilə oturub-durur. Çünki o, məhz Fransada olarkən Azərbaycana qarşı fikirlər səsləndirib.

Ermənistan baş nazirinin müsahibəsinə nəzər saldıqda Azərbaycanla yox, daha çox Rusiya ilə bağlı məqamların diqqət çəkdiyini görərik. Belə anlaşılır ki, Ermənistan bu dəfə Fransanın əlində alətə çevrilib və Rusiyanın dəstəyini rəsmi Parisin köməyi ilə əvəzləmək niyyətindədir".

Politoloq hesab edir ki, Ermənistan tərəfi növbəti dəfə vəziyyəti mürəkkəbləşdirir:

"Hər zaman olduğu kimi, Azərbaycan və Ermənistan arasında müsbət addımlar atılanda və ya buna zəmin yarananda Ermənistan tərəfi destruktiv mövqedən çıxış edir, prosesi pozmağa çalışır.

Keçmiş illərdə bu cür təxribatçı fikirləri digər dairələr və ölkələrin istəklərini yerinə yetirmək məqsədilə səsləndirilirdi. İndi də açıq görünür ki, Paşinyanın Parisdəki görüşdən sonra belə bəyanatlarla çıxış etməsində Fransa rəhbərliyinin rolu danılmazdır".
Tarixdə ilk dəfə olaraq, Ermənistanın müdafiə nazirinin böyük heyətlə Fransaya getdiyini xatırladan İlqar Vəlizadənin fikrincə, bu o deməkdir ki, Fransa Ermənistana hərbi siyasi dəstək verir:

"Nikol Paşinyan bu dəstək vədinə dayanaraq, təxribatçı çıxışlar edir. Halbuki belə çıxışlar regionun stabilliyinə xələl gətirə bilər.

Açıq sezilir ki, regionda geosiyasi rəqabət yaşanır. Ermənistan Fransanı regiona gətirir, Rusiyaya alternativ olaraq görür. Azərbaycana qarşı ittihamlar isə bu məsələdə bəhanədir. Guya ki, Ermənistana qarşı təhdidlər mövcuddur, Rusiya İrəvanı müdafiə etmir, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qorumur. Ona görə, Fransa regiona gəlir. Bu proses Fransa üçün də bəhanədir ki, Ermənistanın təhlükəsizliyini qorumaq adı ilə regiona gəlsin".

Bu görüntünün kənd teatrında nümayiş olunan bəsit tamaşaya oxşadığını vurğulayan ekspert Ermənistanın növbəti dəfə xarici ölkələrin əlində alətə çevrildiyini diqqətə çatdırıb. İ.Vəlizadə deyib ki, müstəqil siyasət yürütmək iqtidarında olmayan Ermənistan Rusiyanın əlində qonşu ölkələrə qarşı alət idi, hazırda isə Fransa tərəfindən Azərbaycana və Türkiyəyə təsir üçün istifadə edilir. Bu, Ermənistanın ənənəvi roludur.

"Reparasiyalar və Ermənistanın addımlarına qarşı Azərbaycanın tədbirlərinə gəlincə, kifayət qədər çox addım atmaq mümkündür. Ermənistana qarşı reparasiya tələbinin qaldırılması belə məsələlərdən biridir. Amma təkcə bununla kifayətlənmək lazım deyil. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Xocalıda davamlı yeni məzarlıqlar aşkar edilir. Bütün bunlar bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir. Həmin cinayətkarlar isə hələ də azaddırlar. Soyqırımların arxasında təkcə ayrı-ayrı şəxslər yox, Ermənistan dövləti, onun işğalçı siyasəti dayanır. Həmin məzarlıqlar, soyqırımları, kütləvi qırğınlarla bağlı da ayrıca məsələ qaldırılmalıdır, ciddi araşdırılmalıdır. Ermənistan dövlət olaraq bunlara görə də cavab verməlidir. Ermənilərin törətdikləri soyqırımlarının siyasi cavabları olmalıdır".

Xatırladaq ki, N.Paşinyan fevralın 22-də "France 24"ə müsahibəsində Azərbaycana qarşı iddialarla çıxış edib və sülhün təmin olunmamasına görə rəsmi Bakını ittiham edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 625   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 358
.

Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini

15:30 0
.

Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA

Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəd Həsənov küçəsində qanunsuz tikinti aparılır. olaraq əraziyə yaxınlaşaraq tikinti işlərinin aparıldığını müşahidə etdik. Məsələ ilə bağlı əməkdaşlarımızın suallarını cavablandırmaqdan yayınan şəxslər qapını bağlayaraq açıqlama verməkdən imtina etdilər. Qanunsu

00:00 285
.

Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi

Bolqarıstan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, iş adamı Slavi Binev Sofiya şəhərində başından güllələnərək öldürülüb. xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi brifinqdə məlumat verib. Cinayətdə şübhəli bilinən üç nəfər - bir Bolqarıstan və iki Türkiyə vətəndaş

10:45 190
.

Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edən Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyası (Maʻohi Nui - Tahiti) komandalarına dəstək aksiyası təşkil olunub. APA xəbər verir ki, oktyabrın 25-də hər iki komandanın azarkeşləri Atletlər Kəndinin qarşısına toplaşaraq yarışlar

15:22 23
.

"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib

24.10.2026 221
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

15:00 59
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 326
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

11:26 179
.