Eşşək südü qızılcanın DƏRMANIDIR?
Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb.
Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik olduğu ilə bağlı iddialar kifayət qədərdir.
Dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək fermaları yaradılıb.
Eşşək südünün bu cür məşhurlaşmasından istifadə edən işbazlar da eşşək südünün qiymətini "ceyranın belinə qaldırıblar". Araşdırmamız nəticəsində məlum olub ki, eşşək südünün stəkanı - 20 manata, litri isə 100 manata təklif olunur.
Eşşək südü qızılcanın müalicəsində effektiv ola bilər?
Məsələ ilə bağlı Bizim.media-ya danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, qızılca bu gün əvvəlki dövrlərdən fərqli bir davranış göstərir:
"Yəni virus müəyyən bir dəyişikliyə uğrayıb. Ona görə də qızılcanın tüğyan etməsi vaksinasiya olunmamaqla bağlı deyil. Sadəcə qızılcanın yeni xassəsi yaranıb. Əslində bu, daşıyıcı virus olduğu üçün dəyişmə də gözləniləndir. Ona görə vaksinasiya əsas çıxış yolu olaraq qalır. Bununla paralel digər mübarizə vasitələri də önəmlidir".
Adil Qeybulla eşşək südünün xalq təbabətindən gəldiyini qeyd edib:
"Əslində bu, məsələnin həlli deyil. Düzdür, müxtəlif ağciyər xəstəliklərində əks-təsirinə görə bu süd müəyyən önəm daşıyır. Amma - "eşşək südü yüz faiz qızılcanı aradan qaldırır", - demək düzgün deyil. Bu cür şayiələrlə insanlar COVID-19 pandemiyası zamanı vaksindən uzaqlaşdı.
Nəticədə xeyli problem yarandı. İnfeksiya bütün dünyaya yayıldı və qlobal bir pandemiyaya çevrildi. Ona görə də elmin göstərdiyi yolla getmək lazımdır. Təbabətdə elə bir şey yoxdur ki, hansısa bir dərman hansısa xəstəliyin tam əlacı olsun. Yaxşı olar ki, insanlar şayiələrə yox, elmin göstərdiyi yola inansınlar".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1406 Tarix: 10 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489