Qəssab Səbuhi: "Ətin bundan sonra ucuzlaşması mümkün deyil" - MÜSAHİBƏ

Qəssab Səbuhi: "Ətin bundan sonra ucuzlaşması mümkün deyil" - MÜSAHİBƏİnflyasiyanın təsir etdiyi sahələrdən biri də ət bazarıdır. Bu tendensiya artan temp üzrə inkişaf etməkdədir. Artıq bazarlarımızda xaricdən gətirilmiş ətlərə daha çox rast gəlirik. "Kaspi" qəzetinin əməkdaşı bahalaşmanın ət bazarına necə təsir etdiyini, müştərilərin daha çox yerli, yoxsa xaricdən gətirilən ətə üstünlük verdiklərini öyrənmək üçün bu sahənin peşəkarları ilə söhbətləşib. Qəzetin budəfəki müsahibi uzun illərdir peşəkar qəssab fəaliyyəti ilə məşğul olan Səbuhi Hüseynovdur:

- Səbuhi bəy, müştəriləriniz hansı ətə daha çox üstünlük verirlər?

- Ən çox tələbat dana ətinədir. Gündə 70 kiloqram dana əti satılırsa, 20 kiloqram quzu əti satılır. Qoyun ətini təsadüfi halda soruşurlar.

- Bəs bu ətlərin arasında qiymət fərqi necədir?

- Qiymət ətin keyfiyyətindən asılıdır. Ən yaxşı ət 14-15 manatadır. Bu qiymətdən aşağı satılan ətin keyfiyyəti yaxşı olmur. Yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun bir kiloqramı isə 18-20 manatdır. 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur.

- Müştəri qıtlığı yaşamırsız?

- Gündəlik satış var. Amma həftə sonları insanlar evdə olduğu üçün alıcı daha çox olur.

- Müştərilər indi neçə kiloqram ət alırlar?

- Əvvəl ən azı 3-4 kiloqram alardılar. Bir çox hallarda 7-10 kiloqram sifariş edirdilər. İndi isə bir müştəri maksimum 2-3 kiloqram ət alır.

- Mövcud vəziyyət gündəlik ət satışınıza necə təsir göstərib?

- Satışlarımız iki dəfə azalıb. Bahalaşmadan öncə həftə içi hər gün 140-150 kiloqram ət satılardı. Bu rəqəm həftə sonu 170-200 kiloqrama qədər qalxırdı. İndi gündəlik 70-80 kiloqram ət satırıq. Həftə sonu maksimum 100 kiloqram olur.

- Bahalaşmadan sonra bir ayda neçə heyvan kəsirsiniz?

- Əvvəl ət kəsimi hər gün olardı. Ayda 25-30 heyvan kəsərdik. İndi isə bu göstərici aylıq 10-12-dir. Alıcılıq qabiliyyəti zəiflədiyi üçün həftədə 3-4 baş heyvan kəsirik. Həftə içi iki gündə bir, həftə sonları isə hər gün.

- Hazırkı qazancınız sizi qane edirmi?

- Əvvəl hər kiloqramdan minimum 3-4 manat qazanc qalırdı. İndi bir manat qaldıqda şükür edirik.

- Bu dəyişikliklər sizin üçün hansı çətinlikləri yaradıb?

- İnsanların alıcılıq qabiliyyəti aşağı düşüb, satış zəifləyib. Başqa heç bir çətinliyimiz yoxdur.

- Qiymət artımına bayramların və ya mövsümlərin təsiri olurmu?

- Bayramların həmişə ətin qiymətinə təsiri olub. Bu, bayramlara bir həftə qalmış az da olsa, hiss edilir. Mövsüm üzrə bahalaşma əsasən aprel-may aylarına təsadüf edir. Çünki qışda tədbir görülür, yazın sonu isə tədarük bitir, yəni yem, ot azalır. İyun-iyul ayında qiymətlər yenidən sabitləşir.
- Heyvanı haradan alırsınız?

- Əsasən Bərdə və Ağcabədidən. Çünki heyvanı rayondan almaq daha sərfəlidir. Həm də Bakıda heyvan bazarı azdır. Rayon heyvanı olmadıqda müştərilər dadından bilir. Rayon heyvanının əti daha dadlı olur. Çünki heyvan orada daha təbii qidalanır. Bakıda heyvanlara çörək kimi qidalar da verilir və nəticədə ətin dadında fərq yaranır.

- Bazarda heyvan sayında azalma hiss edirsiniz?

- Rayonda heyvan boldur. Azalma çox az hallarda olur. Amma bahalıqdır. Fermalarda 50-100 baş mal saxlayırlar, hər həftə on baş satırlar. Azalma əsasən iyun-iyul aylarına təsadüf edir. Sentyabr ayında digər heyvanlar yetişəndə satışa çıxarırlar. O zaman yenidən bolluq olur. Amma bu, qiymətə təsir etmir.

- Rayon bazarında müşahidə etdiyiniz dəyişikliklər varmı?

- Əvvəl alqı-satqı zamanı çəki gözəyarı olurdu. Yəni təxmini 100 kiloqramlıq dana alırdıq, gətirib çəkəndə 110-115 kiloqram olurdu. Ucuz idi deyə problem yaratmırdılar. Amma indi hamı tərəzilərlə heyvanın çəkisini bilir. Artıq dəqiq çəkisinə görə qiymət qoyurlar. Məsələn 100 kiloqramlıq dana 1300 manatdırsa, 13 manatdan almış oluruq. Bakıya gəlməyi 30-40 manatdır. Qiymət avtomatik 13 manat 50 qəpik olur. Üzərinə də 1 manat qoyub 14 manat 50 qəpiyə satırıq.

- Bəs rayonlarda ətin qiyməti necədir?

- Rayonlarda ət Bakıdan 1 manat ucuzdur. Rayonda ətin kiloqramı 13 manat - 13 manat 50 qəpikdir. Bakıya gələnə qədər hər heyvanın üzərinə pul əlavə olunur deyə, 1 manat fərq yaradır.

- Xaricdən də ölkəmizə ət gətirilir...

- Xaricdən ət gətirilməsi həmişə olub. Sadəcə mövsümi xarakter daşıyır. Bizə ət əsasən Rusiya və Belarusdan gəlir. Əvvəllər Ukraynadan da çox gətirilirdi. Amma müharibəyə görə indi demək olar ki, yoxdur. Qazaxıstandan qoyunlar gəlir. Monqolustandan ucuz qiymətə kəsilmiş ətlər gəlir. 13 manat -13 manat 50 qəpikdən təklif edirlər. Satışı isə 17 manatdır.

- Xaricdən ət gətirilməsinin yerli ətin qiymətinə təsiri varmı?
- Cüzi də olsa təsir edir. Məsələn, 15 manata satırdıq. Amma indi müəyyən yerlərdə 14 manat -14 manat 50 qəpikdir. Bu ətlər daha çox bazarlarda olur. Oralarda satılan ətlərin 90 faizi xarici ətlərdir. Bazarlarda qiyməti 7-9 manat arasındadır. Xaricdən gətirilən ətlərdən restoranlar da istifadə edir. Amma qəssabxanalarda o qədər də satılmır. Yerli heyvanlarımız daha dadlıdır. Ona görə xaricdən gələn məhsulu almaq bizə sərf etmir.

- Necə düşünürsünüz, xaricdən ət gətirilməsi bazardakı problemləri həll edə bilirmi?

- Xaricdən ət gətirilməsi bazarda qiymətləri ucuzlaşdırsa da, kənd təsərrüfatımıza ziyanı vurur. Çünki kəndlimiz heyvanı yemlə saxlayır. Yem də bahadır, kəndlinin xərcini ödəmir. Bu hal rayondakı sahibkarlara çox mənfi təsir edir. Bir çox fermerlər təsərrüfatlarını ləğv ediblər.

- Bundan sonra ətin qiymətində azalma və ya stabilləşmə görə bilərik?

- Ətin bundan sonra ucuzlaşması mümkün deyil. Bu gedişlə qiymət daha da artacaq.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1241   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 348
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 391
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 339
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

"ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu

ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen

01.11.2026 722
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 393
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 403
.