Ermənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEO

Ermənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEOİrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb.

Caliber.Az-ın əldə etdiyi məlumata görə, 17 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd "HINO" markalı avtomaşının hərəkəti qeydə alınıb. Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid məntəqəsinə, saat 21:17-21:31 radələrində isə Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.

Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə açıq-aşkar gizlədilmək üçün brezentlə örtülüb, onun hərbi məqsəd daşıdığı şübhə doğurmur.

Əsas sualdan başlayaq: Bu dəfə "daşlar ölkəsi"nə silah tədarük etmək qərarına kim gəlib? Burada bir neçə variant var.

Siyahıda birinci yerdə Rusiyadır. Bir neçə gün əvvəl Paşinyanın partiyasının nümayəndəsi, istefada olan general Qaqik Melkonyan Ermənistana Rusiya silahlarının daha bir partiyasının gətirildiyini yüksək səslə elan edib. Eyni zamanda o, Moskvanın İrəvana konkret olaraq nə çatdırdığı barədə danışmaqdan imtina edib. Yaxud, ötən ilin dekabrında Rusiya səfiri Kopırkin TASS-a müsahibəsində qeyd edib ki, İrandan Ermənistana Rusiya hərbi texnikasının yeni partiyası göndərilib.

"Bağlanmış müqavilələrin demək olar ki, hamısı ya artıq tamamlanıb, ya da icrasının son mərhələsindədir. Moskva və İrəvan yeni sazişlərin bağlanmasını müzakirə edirlər. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlər də müzakirə olunur", - deyə səfir bildirib.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, hətta 44 günlük müharibə zamanı Rusiya silah, texnika və sursatları İran ərazisindən keçməklə Ermənistana ucsuz-bucaqsız axınla daşınıb. Ehtimal etmək olar ki, Rusiya yenidən İran vasitəsilə Ermənistana yeni silah partiyası göndərib. Və burada tamamilə ağlabatan sual yaranır: Moskva İrəvanı silahlandırmaqda davam edirsə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün özünü necə vasitəçi kimi təqdim edir?

İkinci seçim Hindistandır. Paşinyan özü 2022-ci ildə parlamentin tribunasından Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı fəal şəkildə inkişaf etdirəcəyini yüksək səslə bəyan edib. Ermənistan çoxsaylı buraxılış raket sistemləri, özüyeriyən artilleriya, tank əleyhinə idarə olunan raketlər, artilleriya radarları, pilotsuz uçuş aparatları sistemləri və hətta Hindistan istehsalı olan raketlərin alınmasına ciddi maraq göstərib.

2022-ci ilin noyabrında Ermənistan Hindistandan təxminən 160 milyon dollara 155 millimetrlik özüyeriyən artilleriya sistemi sifariş edib. Siyahı Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın 2023-cü ilin fevralında Hindistana səfərindən sonra genişlənməyə başlayıb. Bundan əlavə, İrəvan havadan buraxılan ortamənzilli "BrahMos" raketləri və yerüstü qısamənzilli "Pralay" taktiki ballistik raketləri almağa hazırlaşır. Güman etmək olar ki, indi millətçi Modinin hökuməti Ermənistanı silahlandırmaqda davam edir.

Və nəhayət, İranın bu dəfə Ermənistanı silahlandırmaq qərarına gəldiyini istisna edə bilmərik. Bildiyiniz kimi, bu ölkə Zəngəzur dəhlizi ilə bağlı mütəmadi olaraq hədələyici bəyanatlar verir və bildirir ki, "Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsi qırmızı xəttdir". Ehtimal etmək olar ki, müxtəlif istiqamətlərdə (Yəmən, Suriya, Livan, İraq, Qəzza, indi də Pakistan) proksi müharibələr aparan Tehran Ermənistanın silahlandırılmasının onun ərazisinə qoşun yeritməkdən daha məqsədəuyğun olduğuna qərar verib. Bu qərar Tehranda Azərbaycanın Türkiyə və İsraillə artan hərbi-texniki əməkdaşlığına qarşılıq olaraq verilə bilərdi.

Burada hansı variant olursa-olsun, Bakının Tehrana təbii sualları olacaq.

Əldə etdiyimiz məlumata görə, iki ölkənin müvafiq strukturları arasında diplomatik razılaşmalar olub ki, İran bundan sonra Ermənistana silah tranziti üçün öz ərazisini verməyəcək. Görünən odur ki, tərəflər bu barədə ötən ilin yayında Hindistan silahlarının İran vasitəsilə Ermənistana çatdırılması məlum olandan sonra razılaşıblar.

İndi isə İran bu razılaşmaları aşkar şəkildə pozub. Bu, şübhəsiz ki, Bakı ilə Tehran arasında təzəcə yaxşılaşan münasibətlərdə fəsadlara gətirib çıxaracaq. Burada, fikrimizcə, İran azərbaycanlıları da öz sözünü deməlidir. Axı onların ərazisindən Ermənistana silah-sursat dolu karvanlar keçir. Onlar artıq 44 günlük müharibə zamanı özlərini ciddi qüvvə kimi göstərmişdilər. Sonra İran ikili oyun oynadı - sözdə Bakını dəstəklədi, əslində isə İrəvana kömək etdi. Xüsusilə Ermənistana silah daşınması üçün ərazisini təqdim etdi.

Rejimin ikiüzlülüyü mitinq və etiraz aksiyaları keçirməyə başlayan İran azərbaycanlılarının kütləvi narazılığına səbəb oldu. Təbriz, Ərdəbil, Urmiyada mitinqlər, etirazlar olmasaydı, azərbaycanlıların təşkilatlanması olmasaydı, İran açıq şəkildə Ermənistana dəstək verə bilərdi. Bu gün Tehran rejimini Azərbaycanın düşmənlərini silahlandırmaq kimi çirkin təcrübədən əl çəkməyə məcbur etmək güney azərbaycanlıların səlahiyyətindədir.

Ermənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEOErmənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEOErmənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEOErmənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEOErmənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir - Moskva, Nyu-Dehli, yoxsa Tehran? - FOTO/VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 224
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 190
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 144
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

19:30 232
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

20:15 168
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

19:00 167
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 235
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 230
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 251
.