Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunub

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunubBakının Suraxanı rayonunda yerləşən "Antalya" restoranının sahibi və mühafizəçilərini döyən mərhum iş adamının oğluna hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan-Türkan yolunda yerləşən "Antalya" restoranının çimərlik hissəsindəki 200x50 metr ölçülü əraziyə görə baş verib.

Belə ki, həmin ərazi 1998-ci ildə Suraxanı İcra Hakimiyyətinin sabiq başçısı olan, sonradan uzun illər Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala Abutalıbovun 23 iyul 1998-ci il tarixli 1221 saylı sərəncamı ilə sahibkar Hacımurad Rzayevə hədiyyə edilib. Hacıbala Abutalıbov bunun əvəzində sahibkardan Hövsan qəsəbəsindəki çimərliyin bir hissəsini abadlaşdırmağı xahiş edib.

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunubSərəncamın qərar verilmiş hissəsinə əsasən, Hövsan Bağları sahəsinin şimal hissəsində dənizkənarı sahədə 200x50 metr ölçüdə torpaq sahəsini abadlaşdırmaq və əhalinin rahatlığını təmin etmək üçün təqdim olunmuş çizgi əsasında təhkim olunub. Həmçinin sahədə kapital tikintinin aparılmasının qadağan edilməsi, Hacımurad Rzayevə çimərlikdə göstərilən bütün xidmət növlərinin pulsuz olması tapşırılıb. İş adam həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ərazidə kafe, mağaza, o cümlədən turistlər üçün kiçik qayıqlar fəaliyyət göstərib.

Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən getdikdən sonra qanuni təmsilçisi Mehdiyev Qalib Tücarət oğlu olan "Mars-M" Çoxsahəli Kommersiya Firması tərəfindən "Antalya" restoranı tikilib. 2019-cu ildə həmin ərazidə olan obyektlər də sökülərək restoranın ərzisinə daxil edilib.

Bundan sonra Hacımurad Rzayev ilə "Mars-M" şirkəti arasında mübahisələr baş verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə "Antalya" restoranın qarşısındakı 50x200 metr ərazidəki çimərlik sahəsi möhürlənməklə, mübahisə tərəflərinin istifadəsinə qadağa qoyulub.

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunub20 avqust 2021-ci il tarixdə Hacımurad Rzayevin vəfatından sonra şirkətin qeyri-rəsmi sahibi Qadir Mehdiyev sözügedən ərazini mərhum iş adamından aldığını iddia edib. Hacımurad Rzayevin oğlu, 1984-cü il təvəllüdlü Samir Rzayev ərazidə məhkəmənin qərarı pozularaq Qadir Mehdiyev tərəfindən iş aparıldığını görüb. O, qardaşları Zaur Rzayev və Əlifağa Rzayev ilə əraziyə gedərək, "Mars-M" şirkətinin sahibi Qadir Mehdiyev ilə mübahisə edib. Samir Rzayev əvvəllər hüquq-mühafizə orqanlarında çalışmış və hazırda təqaüddə olan Qadir Mehdiyev və restoranın mühafizəçilərini döyüb.

Mərhum iş adamının oğlu iki gün həbsdə saxlanıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri cinayət işi açılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Samir Rzayevə 9 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 224
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 190
.

Sabah Saatlıda qaz olmayacaq

Sabah Saatlı şəhərində qaz təchizatı dayandırılacaq. Bu barədə Teleqraf-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib. Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Saatlı şəhər mərkəzinin qaz təchizatında müvəqqəti fasilə yaranaca

20:45 144
.

Məşhur aşpazın toyu təxirə düşdü - Nişanlısı xəyanəti bağışlamadı

Türkiyənin məşhur "MasterChef" proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb. Evlənməyə hazırlaşan cütlüyün ayrılmasında

19:30 232
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

20:15 168
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

19:00 167
.

"El Pizza" bağlandı

Bakı şəhəri, Yasamal rayonu, Akademik Şəfaət Mehdiyev küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən "El Pizza" restoranında yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məluma

15:41 235
.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 230
.

Putin Qərbdən maksimum güzəşt qoparmağa çalışır - Əsl məqsədi AÇIQLANDI

Ukrayna ilə bağlı qarşıdakı danışıqlarda Rusiya Prezidenti Vladimir Putin çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinə endirilməsini tələb edəcək. Bu barədə "Telegraf" nəşri yazıb. "Rusiya Ukrayna ilə bağlı yeni sülh danışıqları raundundan istifadə edərək, NATO-nu

14:22 251
.