"Azərbaycan tərəfi Fransanın regiondan tamamilə çıxarılmasından çəkinməməlidir" - Deputat

"Azərbaycan tərəfi Fransanın regiondan tamamilə çıxarılmasından çəkinməməlidir" - DeputatMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar hökumətə çağırış edərək bu ölkə ilə iqtisadi əlaqələrin dayandırılmasını təklif edib. Komitə Fransaya qarşı sanksiyaların tətbiq edilməsini vacib sayıb.
Təkliflər sırasında "Total" şirkəti də daxil olmaqla bütün fransız şirkətlərin Azərbaycandan çıxarılması, onların Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi məsələsi var.

Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Fransa istər 30 illik işğal və təcavüz dövründə, istərsə də Vətən müharibəsində və antiterror tədbirləri zamanı Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda davamlı olaraq beynəlxalq hüquqa zidd, dövlətlərin əməkdaşlığı prinsipinə uyğun olmayan və BMT Nizamnaməsinin məqsəd və məramlarının əksinə olan davranışlar nümayiş etdirməklə nəinki Azərbaycan-Fransa münasibətlərinin təməllərini, bütövlükdə regional sülh və sabitliyi təhdid edən situasiyanın yaranmasına yol açmışdır:

"Azərbaycan Respublikası bütün dünya xalqları ilə ümumbəşəri dəyərlərə sadiq qalaraq, dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, bu istiqamətdə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyətlərindən biri kimi müəyyən edib. O cümlədən də Fransa Respublikası ilə beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərlə münasibətlər qurmağı hədəfləmişik.
Lakin görünən odur ki, Fransa istər 30 illik işğal və təcavüz dövründə, istərsə də Vətən müharibəsində və antiterror tədbirləri zamanı Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda davamlı olaraq beynəlxalq hüquqa zidd, dövlətlərin əməkdaşlığı prinsipinə uyğun olmayan və BMT Nizamnaməsinin məqsəd və məramlarının əksinə olan davranışlar nümayiş etdirməklə nəinki Azərbaycan-Fransa münasibətlərinin təməllərini, bütövlükdə regional sülh və sabitliyi təhdid edən situasiyanın yaranmasına yol açmışdır.
Fransa 2020-ci ilə qədərki dövrdə vasitəçilik missiyasında pərdələnərək, özünün bütün güc və imkanlarını, qlobal miqyasda təsir rıçaqlarını işə salaraq Azərbaycan ərazilərinin 20%-nin işğalında ehtiva olunan status-kvonun qorunması üçün heç bir pozucu addımdan çəkinməmişdir.
Lakin Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ilə işğal və təcavüzə son qoyulması, ötən ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə sərhəd bütövlüyümüzə nail olunması, həmçinin ötən ilin sentyabrında uğurlu antiterror tədbirləri ilə bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar edilməsi ilə yeni reallıq formalaşdı və bu reallıqda artıq Fransa əvvəlki dövrdə pərdələndiyi vasitəçi maskasını cırıb ataraq əsl simasını nümayiş etdirməyə başladı.
Bildiyiniz kimi, yeni reallıqların yaranması ilə Fransa müxtəlif bey­nəlxalq platformalarda Azərbaycana qarşı uğursuz hücumlar təşkil etmiş, BMT-nin Təhlükəsizlik Şurası başda olmaqla, demək olar ki, bütün müstəvilərdə Azərbaycana məğlub olmuşdur. Eyni zamanda davamlı olaraq Ermənistanı və separatçıları silahlandırması fonunda Ermənistanın hərbi məğlubiyyətindən Fransaya da pay düşür və Fransa əslində həm də Vətən müharibəsinin məğlub tərəfi hesab olunmalıdır".

Deputat qeyd edib ki, Fransa Senatının son qətnaməsi də bu çərçivədə Fransa tarixinin aşkar vandal səhifələrindən biridir. Fransa Senatı açıq formada Azərbaycanın ərazi bütövlüyünə təcavüzü, Azərbaycan xalqının suveren hüquqlarına açıq hörmətsizliyi ehtiva edən qərarlar, heç bir siyasi-hüquqi əhəmiyyəti olmayan qərarlar qəbul etməklə əslində dövlət olaraq özünün nə qədər çürümüş təməllərə əsaslandığını ifşa etmiş olur:
"Bundan başqa, Fransanın uzun illər Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa istiqamətində fəaliyyət göstərən və neoimperialist və neokolonist məqsədlər güdən agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çökdürülməsi Parisin bu bölgədə gizli hərəkət imkanlarını da heçə endirdi.
Bu, 21-ci əsrdə Fransa hakimiyyətinin ən böyük məğlubiyyəti və dünyanın çox həssas nöqtəsi olan Cənubi Qafqazda Fransanın sıradan çıxması demək idi.
Bütün bunların fonunda, əminliklə deyə bilərik ki, Fransa hakimiyyətinin Azərbaycana münasibətdə isterik və qeyri-adekvat davranışlarının, açıq beynəlxalq hüquq pozuntularının təməlində məhz bu məğlubiyyətlərin acısı dayanır.
Bir zamanlar özünü demokratiyanın, insan haqlarının, beynəlxalq hüququn beşiyi hesab edən Fransa Senat səviyyəsində, Xarici İşlər Nazirliyi səviyyəsində açıq hüquqa zidd addımlar ataraq bəşəri dəyərləri çəkinmədən özünün çirkin niyyətlərinə qurban verməkdədir.
Fransa Senatının son qətnaməsi də bu çərçivədə Fransa tarixinin aşkar vandal səhifələrindən biridir. Fransa Senatı açıq formada Azərbaycanın ərazi bütövlüyünə təcavüzü, Azərbaycan xalqının suveren hüquqlarına açıq hörmətsizliyi ehtiva edən qərarlar, heç bir siyasi-hüquqi əhəmiyyəti olmayan qərarlar qəbul etməklə əslində dövlət olaraq özünün nə qədər çürümüş təməllərə əsaslandığını ifşa etmiş olur.
Təbii ki, Azərbaycan üçün təməli çürük tezislərə dayanan sənədlərin, iddia və bəyanatların heç bir əhəmiyyəti yoxdur.
Lakin Fransanın qeyri-adekvat davranışlarına münasibətdə adekvat cavabın verilməsi vacibdir və Azərbaycan tərəfi də Fransanın regiondan tamamilə çıxarılması, Fransaya münasibətdə ağlabatan iqtisadi və digər siyasi addımların atılmasından çəkinməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 490   Tarix: 18 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp: "İran danışıqlara daha ciddi yanaşmağa başlayıb"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton və Tehran arasında danışıqlar davam edir və İran bu prosesə əvvəlkindən daha ciddi yanaşmağa başlayıb. CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbəti zamanı danışıb. "Biz onlarla danışırıq

25.07.2026 150
.

Aleksandar Vuçiç: Serbiya hərbi baxımdan neytral qalacaq

Serbiya hərbi baxımdan neytral qalacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Serbiya Ordusunun ən gənc zabitlərinin buraxılış mərasimində bəyan edib. "Gərginliyin, beynəlxalq qanunsuzluğun hökm sürdüyü, BMT Xartiyasının və ya qətnamələrini

25.07.2026 224
.

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında

25.07.2026 202
.

UKMTO Oman körfəzində tankerlə bağlı insident barədə məlumat verib

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman körfəzində tankerin iştirakı ilə baş vermiş insident barədə məlumat alıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzin rəsmi saytı məlumat yayıb. Bununla belə, UKMTO insidentin nədə

25.07.2026 178
.

Azərbaycan Ordusunun giziri vəfat edib - FOTO

Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb

01:35 353
.

Məhərrəmlik nə vaxt bitir? - TARİX AÇIQLANDI

Səfər ayı avqustun 13-ü bitir və avqustun 14-dən artıq toy məclisləri təşkil etmək olar. Bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, Məhərrəm ayı artıq çıxıb. Bu gün artıq Səfər ayının 11-dir. İmamın qırxın

25.07.2026 460
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

10:45 132
.

Bəzi ərazilərdə 40 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-2

12:33 4
.

Donald Tramp ermənipərəst Adam Şiffi "yekəbaş" adlandırdı

ABŞ Prezidenti Donald Tramp 2020-ci il seçkilərində Co Baydenə məğlub olmadığını bir daha vurğulayaraq, 2028-ci ildə yenidən namizədliyini irəli sürəcəyi ilə bağlı zarafatından da qalmayıb. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulund

25.07.2026 201
.

TOP MP3