Gəliri az, əziyyəti çox: Azərbaycanda niyə keyfiyyətli tütün istehsal olunmur? - ARAŞDIRMA

Gəliri az, əziyyəti çox: Azərbaycanda niyə keyfiyyətli tütün istehsal olunmur? - ARAŞDIRMAKeçən ilin yanvar-avqust aylarında Azərbaycanda 2744,6 hektar sahədən 2092,4 ton tütün yarpağı yığılıb. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,5 faiz və ya 572,4 ton azdır. Belə ki, həmin dövrdə sahələrdən 2664,8 ton tütün yarpağı yığılıb.

Bu geriləmənin səbəbi nədir?

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

Tütünçülüklə məşğul olan Məmmədiyyə bəy bildirib ki, fermerin bu sahədəki ən böyük problemi pul ilə bağlıdır:

"Biz yapon şirkəti ilə işləyirik. Pul az verirlər, qiymət də aşağıdır. Müqavilədə göstərilən kimi ödənişi vaxtı-vaxtında vermirlər. Bugünkü gündə də pulumuz gecikir. Gecikdikcə, məhsuldarlıqda da azalma olur. İşçiyə ödəniş edilmir, məhsul məhv olub gedir".

Kadr çatışmazlığı

Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov qeyd edib ki, hazırda dövlət tərəfindən tütünçülük sahəsi dəstəklənir:

"1990-cı illərə qədər 60 min ton quru tütün istehsal edilirdi. Amma 2000-ci ildən bəri iki min tondan artıq tütün istehsal edə bilmirik. Halbuki həmin dövrdə nə texnika, nə dövlətin qayğısı yox idi. Bu gün alınan texnikanın, torpağa verilən gübrələrin dəyərinin 40 faizi dövlət tərəfindən ödənilir. Sovet dövründə bunların heç biri yox idi".

R.Şərifovun sözlərinə görə, yaxşı mütəxəssislər olmadığı üçün torpaq gücdən düşür, bu da məhsuldarlığa təsir edir:

"Torpağa düzgün aqrotexniki yanaşma yoxdur. Sovet dönəmində hər bir kolxozda alim, kənd təsərrüfatı mütəxəssisi var idi. İndi torpağı paylamışıq, fermer həm torpaqşünas, həm bitkiçilik alimi, həm zərərvericilərə qarşı mübarizə aparandır. Nəticədə torpaq gücdən düşür, məhsuldarlıq da azalır".

Toxumu xaricdən alırıq

O vurğulayıb ki, fermerlər bu sahəyə o qədər də maraqlı deyillər:
"Biz zamanında toxum istehsal etmişik. İndi toxumu xarici şirkətlərdən alırıq. Bu sahədə sistemlilik yoxdur. Əslində, gələn toxum rayonlaşdırılmalıdır. Hər rayonun ərazisinin torpaqları fərqlidir, deməli, toxumlar da fərqli olmalıdır. Amma bunu edə bilmirik. Nəticədə bu da məhsuldarlığa təsir edir".

Əziyyəti çox, qiyməti az

R.Şərifov deyir ki, fermer taxıl əksə daha az əziyyət çəkər, nəinki tütün:

"Eyni torpaqda fermer taxıl da, qarğıdalı da, yonca da əkə bilər. Fermer təbii olaraq gəlirini fikirləşir ki, tütünçülüklə məşğul olsa, qazancı nə olacaq. Bu gün tütünçülərə yaş tütünün hər kiloqramına görə növlərindən asılı olaraq verilən məbləğ 15-32 qəpikdir. Fermer bir hektarda 10-15 ton tütün istehsal edə bilir. Orta hesabla məhsulun dəyəri 3 000 manat edir. Tütünün yetişdirilməsi, becərilməsi, əkilməsi xərclərini çıxanda fermer görür ki, bir hektardan 300 - 700 manat mənfəət qalır. Əldə etdiyi gəliri digər sahələrlə müqayisə edir. Görür ki, digər məhsulları da əksə, bu pulu qazanacaq, amma daha az əziyyət çəkəcək. Tütündə altı ay becərmə, yığım işləri gedir. Ona görə stimullaşdırma olmalıdır".

Keyfiyyətli tütün istehsal edə bilmirik

Ekspert bildirib ki, tütünün fermerdən alış qiymətini formalaşdıran bəzi səbəblər mövcuddur:

"Bizdə tütünü xaricə ən yaxşı halda iki dollar, iki dollar yarıma satırlar. Bu səbəbdən fermerdən 32 qəpikdən baha qiymətə ala bilmirlər. Amma dünya bazarında tütünün Virciniya sortunun qiyməti kiloqramına görə 10 dollara qədər qalxır. Bu gün biz yüksək keyfiyyətli tütün istehsal edə bilmirik. Bunun üçün ilk növbədə toxumçuluqdan başlayaraq tütünün əkilməsi, becərilməsi, yığılması, emalı prosesində standartlar hazırlanmalıdır. Dünyanın ən yüksək standartlarına cavab verməlidir. O halda tütünü beş-yeddi dollara satacağıq. Fermerdən tütünü 50-60 qəpiyə alanda, o, məmnuniyyətlə tütün əkməyə meylli olacaq".

Tütünümüzü hansı ölkələr alır?

R.Şərifovun sözlərinə görə, standartları dövlət hansısa quruma sifariş verməlidir:

"Bu standartlarla toxum istehsal etməliyik. Azərbaycanın ərazisi, torpağı, təbiəti nəzərə alınaraq toxumlar yetişdirilməli, rayonlaşdırılmalıdır. Bu da uzun prosesdir. Kənd Təsərrüfatı Nazirliyi çalışır, vaxtaşırı görüşlər, müzakirələr, tədqiqatlar keçirilir. Amma bir nazirlik yox, digər dövlət qurumları ilə birlikdə bu işə diqqətlə yanaşılmalıdır".

O qeyd edib ki, bizdə tütünçülük sahəsində zavodlar var, lakin yalnız xarici xammalı qablaşdırmaqla məşğuldur:

"Tütünçülük çox gəlirli sahədir. Dediklərimizi etsək, 100 milyonlarla dollar gəlir götürərik. Siqaretin tərkibindəki tütün bir neçə növdən ibarətdir. Xarici şirkət heç vaxt icazə verməz ki, özbaşına siqaretin tərkibinə keyfiyyətsiz tütün vurulsun. Xaricdə müəyyən edilir ki, hansı tütündən istifadə olunmalıdır. Hazır şəkildə bizim müəssisələrə göndərilir. Biz ancaq qablaşdırırıq. Bizim tütünü ancaq Rusiya, Belarus, Ukrayna müəssisələri alırlar. Onu da yəqin ki, daxili bazara hesablanmış aşağı keyfiyyətli siqaretlərdə istifadə edirlər. Bu gün Avropa ölkələri tütün əkməkdən imtina edirlər. Yəni, bazar boşalır. Bu boşluğu tuta bilərik. 60 min tondan çox tütün istehsal edib, dünya bazarına da daxil ola bilərik".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 844   Tarix: 14 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır

Mətbəx və vanna otağı xərclərinin gündən-günə artdığı bu dövrdə ev təsərrüfatına töhfə verəcək praktiki təmizlik üsulları diqqət çəkir. Paltaryuyan vərdişlərini kökündən dəyişəcək təbii düsturlar bahalı kimyəvi maddələrə xərclənən pulu cibinizdə saxlayır. Paltaryuyan maşının gözünə əlavə ediləcək bi

13:00 94
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

00:41 255
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 337
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

20.09.2026 330
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20.09.2026 240
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 253
.

Siqaret çəkənlər daha tənha olur

Siqaret çəkən insanların tənhalıq hissini daha çox yaşadığı müəyyənləşib. Axşam.az xəbər verir ki, bunu London İmperial Kollecinin alimləri araşdırma zamanı müəyyən ediblər. Tədqiqatda Avropanın 15 ölkəsindən 50 mindən çox insanın məlumatları araşdırılıb. Nəticələrə görə, siqaret çəkənlər araşdırmanı

19.09.2026 214
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 274
.

Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır

Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind

19.09.2026 227
.