Azərbaycanda bir çox xəstəliklərin 40-50 yaş aralığında alovlanmasının səbəbi nədir? - AÇIQLAMA

Azərbaycanda bir çox xəstəliklərin 40-50 yaş aralığında alovlanmasının səbəbi nədir? - AÇIQLAMASon dövrlər bir çox xəstəliklər cavanlaşıb. Xüsusilə də orta yaş dövründə - 40-60 yaş aralığında özünü büruzə verən və müalicələrə demək olar ki tabe olmayan xəstəliklər sırasında ürək-damar və onkoloji xəstəliklər üstünlük təşkil edir. Hətta "Worldlifeexpectancy"də açıqlanan statistik məlumatlara görə, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.

Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.

Son zamanlar isə cavanların ürək-damar və onkoloji xəstəliklərdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.

Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır. Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir.

Ümumiyyətlə mütəxəssislər deyirlər ki, hər iki xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, "Fast Food" və stresslə əlaqəlidir.

Bəs son dövrlərdə 40-50 yaş aralığında olan insanlar arasında xəstəliklərin rastgəlmə tezliyinin artması nə ilə bağlıdır? Bu yaş dövrünü ümumiyyətlə orqanizmin kritik, həssas dönəmi kimi qiymətləndirmək olarmı?

Həkim-pediatr Günel Sadıqlı Oxu.Az-a açıqlamasında bildirib ki, ilk öncə ürək damar xəstəliklərinin erkən və bir az daha erkən və nisbətən orta yaşlarda ölümə səbəb olma faktları var:

"Daha erkən, yəni 25 yaşdan aşağı qəfləti ürək ölümlərinə fikir versəniz, bu, daha çox kişilərdə müşahidə olunur. Ötən il bir çox universitet tələbəsinin qəfil ürək ölümündən dünyasını dəyişdiyinin şahidi olduq. Bəs 25 yaşdan aşağı kişilərdə bu niyə baş verir? Burada əsas səbəb genetik faktordur. Bu, isbatlanmış bir məlumatdır. Ancaq qadınlarda qəfil ürək ölümünə klimaks dövrünə qədər nadirən rast gəlinir. Çünki qadınlarda estrogen hormonu infarktdan, qəfil ölümlərdən qoruyur.

Qəfil ürək ölümləri cavan yaşlı xanımlarda da ola bilər. Buna isə tromb emboliya səbəb ola bilər. Uzunmüddətli oturaq həyat şəraiti, oturaq iş rejimi və yaxud da təyyarədə səyahət, damar divarında qan durğunluğuna səbəb olur. Bu da tromba səbəb olur və sonra hərəkət zamanı qısa müddətdə tromb qoparaq dərin venalardan ürəyə doğru hərəkət edir. Nəticədə ürəyin damarının tıxanmasına səbəb olur ki, bu da qəfil ürək ölümünə səbəb olur.

Yəni ümumiyyətlə, qəfləti ürək ölümlərinin səbəbi ya trombdur, ya da ürəyə kəskin qan dövranı təchizatının pozulmasıdır. Buna görə də qəfil ürək ölümləri halları baş verir".

Həkim onu da qeyd edib ki, ürək xəstəliklərinin 45-50 yaş arası müalicəyə tabe olmaması deyə bir anlayış yoxdur:

"Sadəcə, bizim 10 milyonluq əhalisi olan ölkəmiz, digər ölkələrlə nisbətdə daha kiçikdir. Əhali sayı az olduğuna görə, bu xəstəliklər daha çox üzə çıxır. Bizdə demək olar ki, ölkəmizdə "Check-up" müayinələrə hər il gedənlərin sayı çox aşağıdır. Təəssüf ki, insanlar xəstəliyin mərhələlərində həmişə həkimə ən sonda müraciət edirlər. Buna görə də müalicə üçün artıq çox gecikmiş vəziyyət olur. Yəni müalicəyə cavab verməmək bundandır, yoxsa xəstəliyin hər hansı bir xüsusiyyəti yoxdur ki, ürək-damar xəstəlikləri müalicəyə tabe olmasın. Yalnız bu trombdan qaynaqlanan qəfil ürək ölümünü çıxmaq şərti ilə.
Amma profilaktik tədbirlər görülərsə, əlbəttə ki, bunların da qarşısını almaq mümkündür".

Həkim Günel Sadıqlı onkoloji xəstəlikləri ən başlarda özünü büruzə verməyən çox gizli keçən bir xəstəlik olduğunu diqqətə çatdırıb:

"Bu kimi xəstəlikləri vaxtında aşkarlamaq üçün mütəmadi olaraq kontrol "Check-up" müayinələr vacibdir. Yəni insanlarımızın il ərzində ən azı iki dəfə müayinələrdən keçmədiyinə görə, xərçəng də özünü ən son - gecikmiş mərhələdə büruzə verir. İnsan ağrıdığı, simptom üzə çıxdığı zaman həkimə müraciət edir. Bu zaman artıq xərçəngin gecikmiş mərhələsi olur. Onkoloji xəstəliklərin qarşısını almaq olmur.

Kimyaterapiya, şüaterapiya, bəzən poleativ əməliyyatlar tətbiq edilir. Ancaq onu qeyd edim ki, bu xəstəlikləri kimyaterapiya ilə remissiyaya, yəni yatmış vəziyyətə salmaq olur. Şüaterapiya, kimyaterapiya və yaxud hər hansı bir cərrahi əməliyyatla sadaladığım kimi xəstəliyi yatmış vəziyyətə (passiv hala) salmaq mümkündür. Lakin xərçəng xəstəliyinin özünün də genetikası var.

Misal üçün qeyd edim ki, süd vəzi onkologiyasının iki yüzündən çox genetik növü məlumdur. Bunlardan ləng inkişaf edən, çox sürətli inkişafa malik olan növləri də var. Bəziləri müalicəyə cavab verir, bəziləri isə vermir. Kəskin qan xəstəlikləri də onun kimidir. Məsələn kəskin limfoblast leykozların özü sümük iliyi transplantasiyası mümkün olduğu halda belə bəzən xəstəliyi remissiyaya salmaq olmur. Yəni onun genetikası, xəstəlikdə sümük iliyi ilə biopsiya alınıb, genetikası yoxlanıldığı zaman hansı genetikaya malik olması artıq bizə müalicə üçün bir seçim verir. Öncədən təxmin edə bilirik ki, bu xəstəliklər müalicəyə necə tabe olacaq. Əksər hallarda limfa düyünləri xərçəngi və hər hansı bir orqan xərçəngləri öncədən aşkarlanarsa, müalicəyə tabe olur və uzunmüddətli remissiya almaq mümkündür. Yəni yatmış vəziyyətə keçməsi mümkündür".

Günel Sadıqlı bu xəstəliklərin ölkəmizdə rast gəlmə tezliyinin səbəblərini stresli iş rejimi, hava şəraitinin çirkli olmasında görür:

"Ölkəmizdə insanların gərgin iş şəraiti, çirkli hava və digər nüanslar ciddi zəmin yaradır. Məsələn, hər kəs demək olar ki, nəqliyyat vasitəsindən istifadə edir. Şəhərdəki tıxacları nəzərə alsaq, insanların neçə saat işdə oturaq qalması, daha sonra nəqliyyat vasitəsində oturaq halda zaman keçirməsi, gərginliyin artmasına və bir çox xəstəliklərin yaranmasına zəmin yaradır.

Onu da qeyd edim ki, bu yalnız bizim ölkədə deyil, ürək damar xəstəlikləri və xərçəng xəstəliyi bütün dünyada geniş yayılmış xəstəliklər sırasındadır. Sadəcə nisbət olaraq götürsək, bizim ölkədə əhali sayı daha aşağıdır və bu xəstəliklərin üzə çıxma ehtimalı daha çox olur. Digər ölkələrdə, məsələn, Amerika Birləşmiş Ştatlarında hər beş nəfərdən biri piylənmədən dünyasını dəyişir. Bu, sübut olunmuş statistik nəticədir.

"Fasd food"larla qidalanma, qidaların keyfiyyətsizliyi də əlbəttə ki, mühüm rol oynayır. Təəssüf ki, artıq mağazalarda demək olar ki, geni dəyişdirilmiş məhsullardan (GMO) qidalardan, eləcə də konservləşdirilmiş məhsullardan da çox istifadə olunur. Məhsullara istifadə olunan gübrələr, dəyişdirilmiş genetika, bunların hamısı əlbəttə ki, orqanizmdə müəyyən sadalanan xəstəliklərin, ən çox da onkoloji xəstəliklərin yaranmasına zəmin yaradır.

"Fasd food"la qidalanma qanda xolesterin səviyyəsinin artmasına zəmin yaradır. Bu da aşağı sıxlıqlı libillərin qanda artması, təbii ki, damarların tıxanmasının ən başlıca səbəblərindəndir. Zamanla damar tıxanıqlığı yaranır və uzun müddət sonra artıq ürəyə qan axımı zəifləməyə başlayır. Sonra işlənmiş qidalar demək olar ki, mədə-bağırsaq, həzm sistemində, onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Amerikada da, Avropada da nisbət olaraq götürsək, onkoloji xəstəliklərdən də, piylənmədən də, ürək-damar xəstəliklərindən də əziyyət çəkən şəxslərin sayı yetəri qədər çoxdur. Sadəcə olaraq, xüsusilə qeyd edirəm ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da əhali arasında "Check up" müayinələrdən keçməyin vacibliyi istiqamətində maarifləndirmənin aparılması çox önəmlidir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1016   Tarix: 13 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır

Mətbəx və vanna otağı xərclərinin gündən-günə artdığı bu dövrdə ev təsərrüfatına töhfə verəcək praktiki təmizlik üsulları diqqət çəkir. Paltaryuyan vərdişlərini kökündən dəyişəcək təbii düsturlar bahalı kimyəvi maddələrə xərclənən pulu cibinizdə saxlayır. Paltaryuyan maşının gözünə əlavə ediləcək bi

13:00 94
.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

00:41 255
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20.09.2026 337
.

Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır

Xüsusilə uzun müddət geynilən idman ayaqqabılarında yaranan xoşagəlməz qoxu ayaqqabı çıxarıldıqdan sonra belə günlərlə qala bilir. Qoxunu maskalamaq üçün ətirıi məhsullar istifadə etmək əvəzinə, ayaqqabının içinə bir xörək qaşığı soda tökərək gecə boyu gözlətmək nəm və pis qoxunu azaldır. xəbər veri

20.09.2026 330
.

Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı

Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəli

20.09.2026 240
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 253
.

Siqaret çəkənlər daha tənha olur

Siqaret çəkən insanların tənhalıq hissini daha çox yaşadığı müəyyənləşib. Axşam.az xəbər verir ki, bunu London İmperial Kollecinin alimləri araşdırma zamanı müəyyən ediblər. Tədqiqatda Avropanın 15 ölkəsindən 50 mindən çox insanın məlumatları araşdırılıb. Nəticələrə görə, siqaret çəkənlər araşdırmanı

19.09.2026 214
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 274
.

Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır

Bəzi kəpənək növlərinin qocalma prosesini digər növlərlə müqayisədə daha yavaş keçirdiyi müəyyən edilib. xəbər verir ki, Bristol Universitetinin rəhbərliyi ilə Smithsonian Tropik Tədqiqat İnstitutunun əməkdaşlığı çərçivəsində aparılan araşdırmada Cənubi və Mərkəzi Amerikanın tropik yağış meşələrind

19.09.2026 227
.